Çimərlik futbolu

Çimərlik futbolunda tarix yazdıq

21
Azərbaycan çimərlik futbolu tarixində ilk dəfə olaraq qadınlardan ibarət komandamız beynəlxalq turnirin final mərhələsinə yüksəlib

BAKI, 7 okt — Sputnik. Batumidə çimərlik futbolu üzrə, dörd ölkədən altı komandanın çıxış etdiyi beynəlxalq turnirdə ölkəmizi qadınlardan ibarət "İnter" komandası təmsil edir. Sputnik xəbər verir ki, ilk oyun günündə komandamız Gürcüstan təmsilçisi "Kobuleti"yə 5:1 hesabıyla qalib gəlib.

Qolları rəqib qapısından Aliyə Vəliyeva, Sevinc Babayeva, Sədaqət Vəliyeva və Ləman Babayeva keçirib. Daha sonra Türkiyənin İstanbul AS komandası ilə qarşılaşan xanım futbolçularımız qonşu ölkənin komandasını 2:3 hesabı ilə məğlub edib. Və beləliklə, Azərbaycan çimərlik futbolu tarixində ilk dəfə olaraq qadınlardan ibarət komandamız beynəlxalq turnirin final mərhələsinə yüksəlib.

Xatırladaq ki, turnirin təşkilat komitəsinə rəhbərliyi Acariya Çimərlik və Futzal Federasiyasının prezidenti Jaba Çanturiya, hakimlər qrupuna isə Azərbaycandan beynəlxalq dərəcəli hakim Əfqan Həmzəyev rəhbərlik edir.

21
Teqlər:
çimərlik futbolu, Batumi, turnir, qələbə, qadın, çempion
Əlaqədar
Əmək haqlarını ala bilməyən futbolçular üsyana qalxdılar
Britaniyalı futbolçu İslama görə peşəsini tərk etdi
Bəhram Bağırzadədən “Neftçi” futbolçularına sərt sözlər
Futbol üzrə Azərbaycan yığması seçmə mərhələyə qələbə ilə başlayıb
Azərbaycanda futbolun inkişafı ilə bağlı fond yaradılıb
Gəl də, bu şəraitdə futbolu inkişaf etdir...