Qapıçı Emil Balayev

"Azad agent" "Qarabağ"a gəldi

27
Gənc qolkiperlə klub arasında bir illik müqavilə imzalanıb

BAKI, 6 okt — Sputnik. "Qarabağ" futbol klubu bu gün növbəti transferini reallaşdırıb. Sputnik klubun rəsmi saytına istinadən xəbər verir ki, milli komandaya da dəvət alan, "azad agent" statusu daşıyan qolkiper Emil Balayevlə "Qarabağ" arasında bir illik müqavilə imzalanıb.

Son klubu Almaniyanın "Ayntraxt" olan (2014-16) Emil Balayev, bu komandadan ayrıldıqdan sonra "Qarabağ"ın düşərgəsində məşq edirdi. Gənc qolkiper "Qarabağ"a transfer olmasında dolayı məmnunluğunu ifadə edib.

"İlk olaraq baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm, çalışacağam ki, bu etimadı doğruldum. "Qarabağ"a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komandayla məşq etmək mənə çox şey öyrətdi. Çalışacağam, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim", — futbolçu bildirib.

27
Teqlər:
Emil Balayev, "azad agent", "Qarabağ" futbol klubu, transfer, komanda, klub
Əlaqədar
"Qarabağnamə" yeni mövsümün açılışını edib
"Qarabağ" qrup mərhələsinə heç-heçə ilə başladı
“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli oldu
"Qarabağ" Avroliqanın qrup mərhələsində
"Qarabağ geyimləri" Özbəkistanda
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

19
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

19
Teqlər:
Formula-1 yarışı, Formula 1
Oskar heykəli, arxiv şəkli

Hollivudla əməkdaşlıq edən məşhur idmançı "Oscar" almaq istəyir

13
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib.

BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".

Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.

13
Teqlər:
Oskar, Hollivud, Həbib Nurməhəmmədov
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti son bir ildə maksimum göstəriciyə çatdı

0
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 5 mart — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,95 dollar artaraq 67,70 dollar təşkil edib. Bu, son 13 ayın maksimum göstəricisidr.

"Brent" markalı neftin qiyməti 0,90 dollar artaraq 67,64 dollar, "Light" markalı neftin qiyməti isə 0,82 dollar bahalaşaraq 64,65 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
qiymət artımı, Azərbaycan, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj