Güləş üzrə

15-16 yaşlı güləşcilər üz-üzə gələcəklər

14
Yarışın keçirilməsində məqsəd paytaxtda sərbəst və yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirməkdir

BAKI, 5 okt — Sputnik. Oktyabrın 13-16-da Hövsan Olimpiya İdman Kompleksində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçiriləcək. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yarışın keçirilməsində məqsəd paytaxtda sərbəst və yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək, Bakı şəhərindəki idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri güləş ilə müntəzəm məşğul olmağa cəlb etməkdir.

Qeyd edək ki, 4 gün davam edəcək birincilikdə güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85,100 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Proqrama əsasən, oktyabrın 13-14-də sərbəst, 15-16-da isə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləş yarışlarında 1-3, yunan-Roma güləşi yarışlarında isə ilk beşlikdə qərarlaşan idmançılar Respublika turnirinə vəsiqə əldə edəcək.

14
Teqlər:
yeniyetmələr, yarış, güləş, idman, Hövsan Olimpiya İdman Kompleksi
Əlaqədar
Azərbaycan yığması güləş üzrə dünya çempionatını ikinci yerdə başa vurub
Güləşçilərimizdən sevinc və təəssüf dolu təəssüratlar
Azərbaycan güləşçisi qızıl medal şansını itirdi
Güləşçimiz Hacı Əliyev Olimpiadada növbəti mərhələyə çıxdı
Qadın güləşçilərimiz 1/4 finala vəsiqə qazandılar