BŞH Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərlə görüşdə

Formula 1 Avropa Qran Prisi-nin adı dəyişir

43
Bu dəfə yarış Formula 1 Azərbaycan Qran Prisi adlandırılacaq

BAKI, 3 okt — Sputnik. Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bir qrup yerli idman jurnalisti ilə görüş keçirib. Görüş zamanı bu il Azərbaycanda ilk dəfə keçirilən Formula 1 yarışının nəticələri və növbəti il üçün hazırlıqlara dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, son illər ərzində ölkədə idman, turizm və mədəniyyət sahəsində aparılan böyük islahatlar iri miqyaslı beynəlxalq yarışların və tədbirlərin həyata keçirilməsi üçün əlverişli mühit yaranıb. Bunun təbii nəticəsi olaraq bu ilin yayında uğurla baş tutmuş Avropa Qran Prisi Formula 1 tarixində yeni səhifə açmaqla yanaşı, həm də Azərbaycanın, xüsusən də paytaxt Bakı şəhərinin bütün dünyada yarış həvəskarları tərəfindən daha yaxından tanınmasına öz töhfəsini verib.

 Formula 1 oyunlarının rəsmi elçisi Rəhim Əliyev
© Photo : BŞH mətbuat xidməti
Tədbirdə Formula 1 oyunlarının rəsmi elçisi Rəhim Əliyev də iştirak edib

Görüş zamanı qeyd edilib ki, Bakı Şəhər Halqasında keçirilmiş Avropa Qran Prisi zamanı 2016-cı il Formula 1 mövsümündə şəhər trekləri arasında ən yüksək sürət qeydə alınıb. "Williams" komandasının pilotu Valteri Bottas trekin 2,2 km olan dənizkənarı hissəsində 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasında keçirilən ilk yarışda ən yüksək sürəti reallaşdırıb.

Bununla yanaşı, 2016 Avropa Qran Prisində başqa bir rekord da əldə olunub. "Williams" komandası 1,92 saniyədə pit-stop əməliyyatını həyata keçirməklə Formula 1 tarixində ən sürətli pit-stop edən komanda adına yiyələnib.

N. Arpadarai növbəti il üçün artıq hazırlıqlara start verildiyini bildirib: "Ötən yay Formula 1-in Bakıya gəlişi "Odlar Ölkəsində, Sürət Zirvəsində" devizi ilə baş tutdu və yarış devizə uyğun olaraq reallaşdı. Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran Prisi zamanı digər şəhər trekləri ilə müqayisədə Bakı Şəhər Halqasında ən yüksək sürət qeydə alındı və həmçinin bu yarış zamanı Formula 1 tarixində ən sürətli pit-stop əməliyyatı həyata keçirildi".

Jurnalistlər görüş zamanı
© Photo : BŞH mətbuat xidməti
Jurnalistlər görüş zamanı

"Ölkəmizdə ilk dəfə keçirilən Formula 1 yarışını Avropa Qran Prisi adlandırmaqda məqsədimiz Bakı yarışını bu idmanın ənənəvi mərkəzi və azarkeşləri ilə yaxınlaşdırmaq və eyni zamanda Bakı şəhərinin sahib olduğu bir çox Avropa dəyərlərini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Milyonlarla qlobal azarkeşin qarşısında paytaxtımızda ilk dəfə Formula 1 yarışını uğurla keçirdikdən sonra biz hesab edirik ki, bu yarışın adını artıq öz ölkəmiz ilə əlaqələndirməyin tam vaxtıdır. İnanırıq ki, növbəti ildən etibarən Bakıda keçiriləcək yarış Formula 1 Azərbaycan Qran Prisi (Formula 1 Azerbaijan Grand Prix) adlandırılacaq. Biz 2017-ci ildə Bakı Şəhər Halqasında keçiriləcək növbəti Formula 1 yarışını birlikdə qeyd etmək və yarış coşğusunu yaşamaq üçün sizinlə yenidən işləməyi səbrsizliklə gözləyirik", — şöbə rəhbəri vurğulayıb.

43
Teqlər:
Azərbaycan Qran Prisi, Nigar Arpadarai, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Formula 1
Əlaqədar
Formula 1-in suvenirləri endirimli qiymətlərlə satılacaq
Formula 1-in kommersiya direktorunun qaynanası oğurlandı
Sputnik Formula 1 diplomu ilə mükafatlandırılıb
Formula 1 geyimləri satışa çıxarıldı
Formula-1 ilə əlaqədar bağlanmış küçələr nə vaxt açılacaq?
Alonso Formula-1-i tərk etdi
Formula-1-də bir pilot yarışdan çıxdı
Şəhriyar Məmmədyarov, arxiv şəkli

Azərbaycan millisi Türkiyəni onlayn matçda darmadağın edir

839
(Yenilənib 18:31 10.08.2020)
Azərbaycan yığmasının tərkibindəki ən uğurlu şahmatçılar - dörd mümkün xaldan üçünü yığan Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır

BAKI, 10 avqust — Sputnik, Teymur Tuşiyev. Azərbaycan şahmat yığması Türkiyə komandasına qarşı onlayn yoldaşlıq oyununda rəqibləri darmadağın etməkdədir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, hər iki komanda ümumi hesabda altı matç keçirəcək. Vaxt hər bir gedişdən sonra 5 saniyə əlavə olmaqla 15 dəqiqə təşkil edir.

Dörd oyundan sonra Azərbaycan şahmatçıları 16,5:7,5 hesabı ilə irəlidədirlər. Oynanılan dörd oyundan yalnız dördüncü oyun sülh yolu ilə yekunlaşıb (3:3), qalan görüşlərdə Azərbaycan yığması 4,5:1,5, 4:2 və 5:1 hesabı ilə qələbə qazanıb.

Hələlik Azərbaycan yığmasının tərkibində ən uğurlu oyunçular Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır. Onlar dörd partiyanın hamısında oynayıblar və hərəsində üç xal qazanıblar.

Günay Məmmədzadə əvəzedicisiz oynayıb, lakin onun aktivində 2,5 xal var. Türkiyə yığmasının heyətində isə hələlik ən yaxşı nəticəni dörd partiyada iki xal toplayan Draqan Solak göstərib.

Bu gün Azərbaycan və Türkiyə yığmaları daha iki oyun oynayacaq. Nəzəri baxımdan Türkiyə şahmatçıları Azərbaycan yığmasına çata bilərlər, lakin komandaların sinfindəki fərqi nəzərə alsaq, qalan iki turda bu, mümkün deyil.

839
Əlaqədar
Karantin dövrünün idmançıları: Video hazırlayan kim, xarici dil öyrənən kim...
Oyunçu aparsın - Karantin zamanı populyarlaşan oyunlar
Karantindir, nə olsun? Azərbaycanda 15 minlik mükafatı olan rəsmi yarış başlanır
Məhəmmədrəsul Məcidov, arxiv şəkli

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır

1267
(Yenilənib 17:21 09.08.2020)
Azərbaycanlı peşəkar boksçu hazırkı dünya çempionu Entoni Coşua ilə mübarizə aparmaq arzusundadır. Lakin onunla görüşdən əvvəl titul uğrunda beş döyüş keçirməlidir.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Azərbaycanlı peşəkar boksçu Məhəmmədrəsul Məcidov Moskva yaxınlığında avqustun 22-də britaniyalı Dilian Uaytla döyüşəcək məşhur rusiyalı boksçu Aleksandr Povetkinlə iki həftəlik təlim-məşq toplanışı keçirib. Sputnik Azərbaycan-la müsahibəsində Məcidov Povetkinlə birgə məşqlərdən və gələcək planlarından danışıb.

- Povetkinlə məşq keçmək ideyası necə yarandı?

- Biz bilirdik ki, Povetkin avqustun 22-də Dilian Uaytla mübarizə aparmalıdır və onun sparrinq-tərəfdaşlara ehtiyacı olacaq. Mən öz menecerimə təklif etdim ki, onun nümayəndələri ilə birgə təlim-məşqlər keçirilməsi barədə danışıq aparsın. Nəticədə razılığa gəlmək mümkün oldu.

Şübhəsiz ki, belə təcrübəli boksçu, Olimpiya çempionu ilə məşqlərim mənə böyük fayda gətirib, mən ondan çox faydalı şeylər götürmüşəm. O da həmçinin mənimlə məşq etdiyi üçün çox minnətdardır, çünki mənim iştirakımla olan sparrinq onun üçün də faydalı olub.

- Sparrinqlər necə keçdi?

- Biz birlikdə yaxşı işlədik. Əsasən, mən ona Dilian Uaytla döyüşə hazırlaşmağa kömək edirdim, ona görə də onun travma almaması üçün maksimum səy göstərirdim.

- Povetkinin qarşıdakı döyüşdəki şansını necə qiymətləndirirsiniz?

- Onun yaxşı qələbə şansı var. O, çox təcrübəli boksçudur və bu, ona kömək etməlidir. Əlbəttə, rəqib də hədiyyə deyil, amma hamımız bilirik ki, Saşa fiziki və mənəvi cəhətdən çox güclüdür, tez-tez xarakter döyüşlərini qazanır.

- Siz onunla eyni çəki kateqoriyasında çıxış edirsiniz. Onunla döyüş keçirmək barədə heç düşünməmisiniz?

- Onunla döyüşmək mənim üçün hələ maraqlı deyil. Povetkinin yanında bir çox digər boksçular var ki, mən onları məğlub etməliyəm. Həm də məni onunla dostluq münasibətləri bağlayır. Birlikdə sparrinq edən döyüşçülərin çoxu adətən bir-biri ilə rəsmi döyüşlər keçirmirlər. Povetkin yolumun üstündə dayanmır, mənə nəyəsə nail olmaq üçün ona qalib gəlmək lazım deyil. Mənə qalxmağa imkan verəcək digər boksçularla görüşlər keçirmək daha vacibdir.

- Kimləri məğlub etmək istərdiniz?

- İlk növbədə, hazırkı dünya çempionu Entoni Coşuanı. Deyim ki, o da mənimlə mübarizə aparmaq istəyir. Amma onunla döyüşə çıxmazdan qabaq mən titul uğrunda beş döyüş keçirməliyəm. Bu, bir çox amillərdən asılıdır. Həm də dünya çempionunun reqlamentinə görə, mütləq titulun müdafiəsi həyata keçirilməlidir.

Bundan başqa, mənə Povetkinin rəqibi - britaniyalı Uaytla döyüşmək maraqlı olardı. Böyük hesabla götürsək, kiminlə döyüşməyimin mənim üçün fərqi yoxdur. Peşəkar boksda zirvəyə çatmaq üçün istənilən rəqiblə mübarizə aparmağa hazıram. Ən yaxşıları ilə bokslaşmaq istəyirəm.

- Sizin növbəti döyüşünüzlə bağlı məsələlər aydınlaşıbmı?

- Hələlik bu barədə dəqiq məlumat yoxdur. Məsələ bundadır ki, hazırda koronavirus pandemiyası səbəbindən tamaşaçıların boks şoularını ziyarət etməsi qadağandır. Həm də axşam döyüşlərinin sayı azaldılıb. Buna görə boks axşamlarının iştirakçıları sırasına düşmək üçün rəqabət artıb.

Mənim növbəti döyüşüm sentyabr ayının ortalarında və ya sonunda keçirilə bilər. Ancaq payızın ilk günlərində də rinqə çıxa bilərəm. Hətta indi də istənilən döyüşə hazıram. Amma koronavirus səbəbindən hələ heç bir aydınlıq yoxdur, çünki bir çox ölkələrin sərhədləri bağlıdır. Bundan əlavə, tezliklə vizaları yeniləmək üçün Azərbaycana gəlmək lazımdır.

1267
Argentinada epidemioloji vəziyyət

Virus gücünü itirmir, rəqəmlərsə atır

0
(Yenilənib 11:39 13.08.2020)
Yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 5 milyon 197 min 148 nəfərə çatıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 20 621 949 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 749 372 nəfər vəfat edib, 12 828 195 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 5 milyon 197 min 148 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 900 745 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0