Oluxan Musayev (soldan ikinci)

Paralimpiya oyunlarında "lipa" skandalı

391
Braziliya komandasından sağlam idmançı qüsurlu kateqoriyası üzrə yarışa buraxaraq, qızıl medalı ona qazandırıblar

BAKI, 30 sen — Sputnik. Rio-de-Janeyroda keçirilən Paralimpiya oyunlarında idmançılar növbəti haqsızlıqla üzləşiblər. Disk atma üzrə paralimpiya oyunlarında yarışa sağlam idmançı buraxılıb və o, yarışın qalibi olub.

Bu haqda Sputnik-ə paralimpiya komandamızın disk atma üzrə idmançısı Oluxan Musayev məlumat verib: "Braziliya komandasından sağlam idmançını bizim kateqoriya üzrə yarışa buraxdılar və biz idmançılara qarşı çox böyük haqsızlıqlar edərək qızıl medalı həmin braziliyalı idmançıya qazandırdılar".

"Həmçinin, yüngül atletikanin disk atma yarışının çəkilişini internetdə canlı vermədilər. Bu idman növü üzrə yarışın çəkilişinə icazə verilmədi", — O. Musayev qeyd edib.

İdmançımız bu yarışlardan çox narazı qalıb: "Bu, güclü paralimpiya oyunları yox, sadəcə adi turnir səviyyəsindəki yarış idi. Braziliyalılar oyuna lipa (onlara nisbətən daha az fiziki qüsuru olan —red.) idmançı çıxardılar. Axı gəzən o cür idmançı bizim idman növündə yarışa bilməz. Bizim kateqoriyada ayaqlardan tam qüsurlu idmançılar yarışırlar".

"Onlar lipa idmançı çıxardılar ki, bizə qalib gəlsin, amma biz ondan güclü idik. Güclü olsaq da, təəssüflər olsun ki, hakimlər bizi sıxışdıraraq qalib gəlməyimizə mane oldular", — idmançı deyib.

O, bir sıra ölkələrin idmançılarının yarışın nəticələrinə qarşı protest verdiklərini, lakin çəkiliş olmadığından protestlərə baxılmadığını qeyd edib: "Azərbaycan, ABŞ, Kuba kimi dövlətlər xüsusilə narazılıq edib. Amma heç bir nəticə əldə olunmayıb".

Qeyd edək ki, idmançımız Rio-de-Janeyro Paralimpiya Oyunlarında disk atma idman növündə dördüncü yerdə qərarlaşıb.

391
Teqlər:
lipa, Oluxan Musayev, disk atma, Paralimpiya Oyunları, Rio-de-Janeyro
Əlaqədar
Paralimpiya çempionu: "İlham Zəkiyevin səhhətində problem olmasaydı..."
Paralimpiyaçılarımızın təntənəli qayıdışı
Prezident vətənə qayıdan paralimpiyaçılarla görüşüb
Paralimpiyaçılar Azərbaycana 11 medal gətiriblər
Azərbaycan atleti Paralimpiya Oyunlarının finalına yüksəlib
Rio-2016 Paralimpiya oyunlarından ilk qızıl medal gəldi

Vladimir Petkoviç: Bakıda keçiriləcək oyun İsveçrə yığması üçün həlledici olacaq

10
(Yenilənib 08:46 20.06.2021)
Futbol üzrə İsveçrə yığmasının baş məşqçisi AVRO-2020 çərçivəsində Türkiyə komandasına qarşı növbəti oyun barədə fikirlərini bildirib

BAKI, 20 iyun — Sputnik. Türkiyə və İsveçrə milli komandaları arasında Bakıda keçiriləcək oyun hər iki komanda üçün həlledici qarşılaşma olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu oyundan əvvəl keçirilən mətbuat konfransında İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç deyib.

Bazar günü, iyunun 20-də Bakı Olimpiya stadionunda AVRO-2020 qrup mərhələsinin üçüncü turunda Türkiyə və İsveçrə yığmaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Türkiyə millisi iki turdan sonra xalsızdır, isveçrəlilərin isə iki oyundan sonra 1 xalı var.

Petkoviç onu da deyib ki, onun yetirmələri bazar günü AVRO-2020-dkə ən yaxşı oyunlarını keçirməlidirlər.

"Sabah biz Uels və İtaliya ilə oynadığımızdan xeyli yaxşı oynamalıyıq. Qələbə çalmaq üçün xeyli səy göstərməli olacağıq. Ancaq bu halda bizim qrup mərhələsini adlamaq şansımız olacaq", - deyə Petkoviç bildirib.

Mütəxəssis sabahkı oyunu həmçinin pley-off oyunları ilə müqayisə edib – uğursuz oynayan komanda turnirlə vidalaşacaq.

"Bu, çox vacib oyundur və bizim AVRO-2020-də mübarizəni davam etdirəcəyimiz, yaxud evə yollanacağımız həll olunacaq. Tribunalarda 30 min tamaşaçının olacağını gözləyirik və bu bizim üçün mənfi amildir. Amma yenə də yaxşı oyun göstərməyə çalışacağıq", - deyə Petkoviç vurğulayıb.

Komandasının heyətində dəyişikliklərə gəlincə məşqçi hələ bununla bağlı bir qərarının olmadığını dilə gətirib.

"İstisna deyil ki, komandanın heyətində dəyşikliklər olacaq, lakin mən hansı zonada və hansı dəyişikliklər ediləcəyi barədə bir qərara gəlməmişəm. Cabah tezdən oyanaram, sonra baxıb bir qərara gələrəm", -deyə Petkoviç bildirib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1) və iyunun 16-da Türkiyə-Uels (0:2) oyunları artıq keçirilib. Bundan əlavə qarşıda İsveçrə-Türkiyə (20 iyun) qarşılaşması var. İyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

10

Bakıda sonuncu məşq: Türkiyə millisi İsveçrə ilə oyundan əvvəl

28
Futbol üzrə Türkiyə yığması AVRO-2020-nin qrup mərhələsinin üçüncü turunun İsveçrə ilə görüşündən əvvəl sonuncu məşqini keçirib.

Türkiyə komandası hazırkı Avropa çempionatında indiyədək keçirdiyi iki oyunun ikisində də İtaliya (0:3) və Uels (0:2) yığmalarına uduzub. Qrupdan çıxmaq şanslarını qorumaq üçün o bazar günü Bakıda keçiriləcək qarşıalşmada mütləq qalib gəlməlidir və böyük hesabla qalib gəlsə daha yaxşı olar.

Xatırladaq ki, Bakı Olimpiya stadionu AVRO-2020-nin dörd oyununu qəbul etməlidir. Onlardan ikisi artıq keçirilib - A qrupunda İsveçrə - Uels və Uels - Türkiyə oyunları. İsveçrə - Türkiyə oyunu isə iyunun 20-də olmalıdır.

Həmçinin iyulun 3-də Bakıda 1/4 final oyunlarından biri keçirilməlidir.

28
  • © Sputnik / Murad Orujov

    Тренировка сборной Турции в Баку перед матчем группового этапа чемпионата Европы по футболу 2020.

İsveçrə -Türkiyə matçından göz oxşayan görüntülər

0
(Yenilənib 23:54 20.06.2021)
İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Sputnik Azərbaycan-ın fotomüxbiri bu matçın unudulmaz anlarını fotokamerasının yaddaşına köçürüb. Həmin fotoların bir hissəsi bizim fotolentdə.

0
  • © Sputnik / Murad Orujov

    İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.