Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Olimpiadadakı iştirakımızla bağlı rüşvət qalmaqalı

© Sputnik / Murad FarzaliyevYay Olimpiya Oyunları
Yay Olimpiya Oyunları - Sputnik Azərbaycan
Abunə olmaq
Hicran Şərifov: "Hətta erməni olsa belə, mənim üçün göy və qırmızı trikoda olan idmançı var. Onun milliyyəti mənə yarış zamanı maraqlı deyil"

BAKI, 28 sen — Sputnik. Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən Rio-2016 Yay Olimpiya Oyunları bitsə də, bu oyunlar ətrafında yaşanan söz-söhbət bitmir. ABŞ-ın "Flowrestling" saytının dərc etdiyi məqalədə bildirilir ki, Dünya Güləş Federasiyasının baş hakimi Antonio Silvestri Rusiya, Azərbaycan və Özbəkistan idmançılarına, final mərhələsinə çatmaq üçün hakimlərin vasitəsi ilə kömək edib.

© Photo : subscribe.ruDünya Güləş Federasiyasının baş hakimi Antonio Silvestri
Dünya Güləş Federasiyasının baş hakimi Antonio Silvestri - Sputnik Azərbaycan
Dünya Güləş Federasiyasının baş hakimi Antonio Silvestri

Eyni zamanda bildirilir ki, Azərbaycan, Rusiya və Özbəkistan hakimləri döyüşlərin 50 faizini eyni tərkiblə idarə ediblər. Bu da digər ölkələrin nümayəndələri tərəfindən şübhə ilə qarşılanıb. Və sayt A. Silvestri rüşvət alaraq oyunları satmaqda ittiham edir.

Sputnik-in əməkdaşı məsələ ilə bağlı, məqalədə adı hallanan beynəlxalq dərəcəli hakim Hicran Şərifovun münasibətini öyrənib. O, iddiaları təkzib edib: "Mən 3 olimpiya oyunlarını, 30-dan çox dünya çempionatını, 40-dan çox Avropa çempionatını idarə etmişəm. Amerika saytında yazılan məqalə ilə tanış oldum. Bir onu deyə bilərəm ki, kənardan yarışa baxmaq asandır. Güləşin içində olsalar, bu idman növündə qarşılaşmanın hakim kimi idarə edilməsinin nə dərəcədə çətin olduğunun şahidi ola bilərlər".

"Antonio Silvester də yarışlar zamanı problem olmasın deyə hakimlərin ən təcrübəlilərindən istifadə edib. Bizim daha çox yarış idarə etməyimizin səbəbi də məhz təcrübəli olmağımızdır", — H. Şərifov bildirib.

© Photo : Hijran Sharifov / facebookHİcran Şərifov, güləş üzrə beynəlxalq dərəcəli hakim
Hİcran Şərifov, güləş üzrə beynəlxalq dərəcəli hakim - Sputnik Azərbaycan
Hİcran Şərifov, güləş üzrə beynəlxalq dərəcəli hakim

Beynəlxalq dərəcəli hakimimiz heç kimə güzəşt etmədiyini və onun üçün yalnız göy və qırmızı trikoda güləşən idmançıların olduğunu dilə gətirib: "Hətta erməni olsa belə, mənim üçün göy və qırmızı trikoda olan idmançı var. Onun milliyyəti mənə yarış zamanı maraqlı deyil. Amma elə hakimlər var ki, qorxur, döyüşü idarə edə bilmir, döyüş zamanı özlərini itirirlər. Bu səbəbdən onlara az döyüş həvalə edilir".

Müsahibimiz onu da qeyd edib ki, A. Silvesterdən əvvəl olan baş hakim zamanı korrupsiya olub: "Dürüstlük yox idi. Amma Antonio Silvester gələndən sonra belə hallar aradan qaldırılıb. Heç bir rüşvətdən söhbət gedə bilməz".

"Hakimlik borcunu layiqincə yerinə yetirməyi özümə borc bilirəm. Mən Azərbaycanı təmsil edirəm, ölkəmi təmsil edirəm. Mənə yaraşmaz ki, yarışlarda haqsızlıq edim. Bu zaman nüfuzumu itirərəm. Belə hallar bizə yaddır".

Xəbər lenti
0