Dağçılıq məktəbinin rəhbəri Babək Orabanlı

"Dağçılıq məktəbi" dərslərə start verir

58
Müraciət üçün yaş məhdudiyyəti qoyulmayıb. 7-dən 77-yə kimi hər kəs bu idman növü ilə məşğul ola bilər.

BAKI, 27 sen — Sputnik. "Dağçılıq məktəbi" 2016-2017 —ci il üçün dərslərə başlayır. Bu barədə Sputnik-ə "Dağçılıq məktəbi"nin rəhbəri Babək Orabanlı məlumat verib.

"2009-cu ildən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən "Dağçılıq məktəbi" 2016-2017-ci illər üçün dərslərə başlayır. Federasiyamız dağçılığa yeni başlayanlar üçün 2016-2017-cı il üzrə tədris qruplarına dinləyici qəbulu elan edir", — Orabanlı deyib.

Onun sözlərinə görə, müraciət üçün yaş məhdudiyyəti qoyulmayıb: "Yaş həddimiz yoxdur. Hər kəs bizim məktəbə yazıla bilər. 7 yaşından 77 yaşına kimi hər bir kəs bu idman növü ilə məşğul ola bilər".

Məktəbin rəhbəri bu idman növünün olimpiya idman növü olduğundan, daha çox diqqət ayrılacağını da qeyd edib: "Qarşıya qoyduğumuz məqsədlər çoxdur. 2020-ci il olimpiadasına kimi peşəkar idmançılar yetişdirmək, eyni zamanda vətənpərvər, sağlam insanlar yetişdirmək istəyirik".

Qeyd edək ki, "Dağçılıq məktəbi"nin dərslərinə 10 oktyabr 2016-cı ildə start veriləcək. Dərslər həftədə iki dəfə olmaqla təcrübi və nəzəri keçiriləcək. Qeydiyyatın son tarixi 5 oktyabr 2016-cı ildir.

İştirak üçün Ş\V surəti, 3x4 üç ədəd fotoşəkil, tibbi arayış lazımdır. Bu sənədlərlə FAIREX-in ofisinə yaxınlaşın.

58
Teqlər:
Hava və Ekstremal İdman Növləri Federasiyası, Babək Orabanlı, "Dağçılıq məktəbi", olimpiada, idman
Əlaqədar
Ulduz idmançı faciəli şəkildə həlak olub
İdmançını tez "parladıb", tez "söndürən" qidalar
"Dopinq Qərbdə icad olunub, amma nədənsə, onların idmançılarında dopinq tapılmır"
Rio-2016: rekordlar, haqsızlıqlar, oğurluqlarla dolu idman karnavalı
Cüdo yarışı, arxiv şəkli

Avropa çempionatı: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulacaq

11
Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

BAKI, 20 noyabr — Sputnik. Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxacaq.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatına görə, Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

73 kq

1/16 final. Rüstəm Orucov - Klaudio Nunyes Dos Santos (Lüksemburq)

1/16 final. Telman Vəliyev - Vadim Şoka (Belarus)

81 kq

1/32 final. Murad Fətiyev - Yaromir Musil (Çexiya)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanıb.

11
Futbol topları, arxiv şəkli

Türkiyə yığması Rusiya üzərində qələbə qazandı

64
(Yenilənib 23:43 15.11.2020)
İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

BAKI, 15 noyabr - Sputnik. UEFA Avropa Liqasında V turun ikinci oyun günündə Türkiyə və Rusiya yığmaları üz-üzə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 11-ci dəqiqədə Denis Çerışev açsa da, 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. Say üstünlüyündən "ay-ulduzlular" tezliklə yararlanmağı bacarıblar. 26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib.

52-ci dəqiqədə isə Cenk Tosun penaltini dəqiq yerinə yetirib. 57-ci dəqiqədə Daler Kuzyayev fərqi azaltsa da, Rusiya millisinin bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra Rusiya 8 xalla 1-ci, ilk qələbəsinə imza atan Türkiyə 6 xalla 3-cü pillədə qalıb.

64
Dilarə Kazımova, arxiv şəkli

"Avroviziya" mahnı müsabiqəsinin iştirakçısından "Azərbaycanım" - VİDEO

0
Bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq sosial mediada yeni işini paylaşıb.

BAKI, 23 noyabr — Sputnik. Müğənni Dilarə Kazımova vətənimizin qələbə qazanması münasibətilə yeni mahnısı "Azərbaycanım"ı təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq yeni işini özünün "Instagram" səhifəsində paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от D I L A R A (@dilarakazimova)

Musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə Dilarə fikirlərini belə ifadə edib: "İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir. Stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir".

D.Kazımova mahnı üçün kamera qarşısına da keçib. O, Gülnarə Xəlilovanın "Xalçaların dili" kolleksiyasından libas geyinib.

Qeyd edək ki, mahnının aranjmanı Camal Qurbanov, miks və soundu isə Samir Əsədova məxsusdur.

0
Teqlər:
müsabiqə, Dilarə Kazımova, qələbə, mahnı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə