Cüdo

Cüdo komandamızın reytinqi yüksəlib

27
Yığmamızın lider cüdoçularından yalnız birinin mövqeyində dəyişiklik edilib

BAKI, 27 sen — Sputnik. Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Beynəkxalq Cüdo Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, oktyabr ayı üçün açıqlanan siyahı üzrə Azərbaycan milli komandasının üzvləri reytinq cədvəlində öndədir.

Belə ki, yığmamızın lider cüdoçularından yalnız birinin mövqeyində dəyişiklik edilib. Tərlan Kərimov (66 kq) 35-ci yeri 36-ya düşüb. Ondan fərqli, Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) yenə öz çəkisinin birinciliyi qoruya bilib.

Komandamızın digər idmançıları İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 8-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (+100 kq) 22-ci və Aişə Qurbanlı (48 kq) 40-cı yerlərdə qərarlaşıblar.

27
Teqlər:
siyahı, cədvəl, reytinq, cüdo, Beynəlxalq Cüdo Federasiyası
Əlaqədar
Azərbaycan cüdocusu Olimpiadada çıxışını dayandırdı
Azərbaycana ikinci medal da cüdodan gəldi
Cüdoçumuz Elmar Qasımov Rio-2016-nın yarımfinalında
Cüdoçumuz ilk rəqibinə qalib gəldi
Cüdoçumuz 1/4 finalda məğlub oldu
Azərbaycanlı cüdoçu növbəti mərhələdə
Yapon cüdoçular onun üçün psixoloji baryerdir