Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb

Hərbçilərin dünya çempionatından qızıl medalımız var

34
(Yenilənib 11:17 22.09.2016)
Ağahüseyn Mustafayev Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək 65 kiloqramda dünya çempionu olub. Coşqun Əzimov isə final görüşündə Rusiya idmançısı Maqamed Qurbanəliyevə məğlub olaraq ikinci yerlə kifayətlənib.

BAKI, 22 sen — Sputnik. Sentyabrın 21-də Makedoniyanın paytaxtı Skopye şəhərinin ən böyük idman arenalarından biri Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının təntənəli açılış mərasimi olub. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, açılış mərasimində Makedoniyanın hökumət nümayəndələri, bu ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi, CİSM-in və iştirakçı ölkələrin nümayəndələri iştirak ediblər. Çıxış edənlər yarışın əhəmiyyətindən danışıb və idmançılara uğurlar arzulayıblar. 

Həmin gün Azərbaycanın 4 sərbəst güləşçisi yarışlara qatılıb. Onlardan Ağahüseyin Mustafayev 65 kiloqram, Coşqun Əzimov 70 kiloqram çəki dərəcələrində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar.

  • Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    © AR Ministry of Defense
  • Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    © AR Ministry of Defense
  • Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    © AR Ministry of Defense
  • Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    © AR Ministry of Defense
  • Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    © AR Ministry of Defense
  • Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb
    © AR Ministry of Defense
1 / 6
© AR Ministry of Defense
Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının qızıl medalını qazanıb

Final görüşündə Ağahüseyn Mustafayev Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək 65 kiloqramda dünya çempionu olub. Coşqun Əzimov isə final görüşündə Rusiya idmançısı Maqamed Qurbanəliyevə məğlub olaraq ikinci yerlə kifayətlənib.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdırlar. Dünya çempionatında sərbəst güləş yarışlarında ilk dəfə qadın hərbçi idmançılar da 8 çəki dərəcəsi üzrə iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan-Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Həmçinin dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakim Elman İsmayılov da daxildir.

34
Teqlər:
Makedoniya, hərbçi, qələbə, qızıl, medal
Əlaqədar
Paralimpiyaçılar Azərbaycana 11 medal gətiriblər
Hüseynzadə: Azərbaycan idmançılarının medalları çoxlarını narahat edib
Hüseynzadə: bizim 18 medalımız var, lakin Rio-da qızıl üçün nəsə çatmadı
Şərif Şərifov Olimpiadanın bürünc medalını qazandı
Kamran Şahsuvarlıdan bürünc medal
Oktaqona ümumi baxış, arxiv şəkli

UFC “DQR bayrağına” görə erməni idmançını cəzalandırdı

2
(Yenilənib 15:05 07.08.2020)
Erməni idmançı qaydaları pozduğuna görə cərimələnib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib

BAKI, 7 avqust – Sputnik. Erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan UFC-dəki çıxışı zamanı törətdiyi təxribata görə cəzalanıb.

Sputnik Azərbaycan-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu “Glendale fighting club”un rəhbəri Edmond Tarverdyan açıqlayıb.

Şahbazyanın şəxsi məşqçisi və meneceri olan Tarverdyan Ermənistan mətbuatına bildirib ki, avqustun 2-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “UFC Fight Night 173” turniri çərçivəsində keçirilən döyüş zamanı idmançının öz küncündə qondarma "Dağlıq Qarabağ Respublikası"nın “bayrağ”ını asması cəzasız qalmayıb: “Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin səfirlikləri bizdən şikayət ediblər ki, Edmen Şahbazyan oktaqona Dağlıq Qarabağ Respublikasının bayrağı ilə çıxıb. UFC rəhbərliyi bizi cərimələyib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib”.

Məşqçi səhv etdiklərini boynuna alıb: “Etiraf edim ki, biz səhv etdik. Müqavilənin bəndinə diqqət yetirməmişdik. Bunun cəzasını çəkməyə hazırıq”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi yarışda erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırması ilə bağlı UFC-yə etiraz məktubu ünvanlayıb. Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.

2
Roy Cons, arxiv şəkli

Dişləyə bilər. Mayk Taysonun rəqibinin qulaqları sığortalanacaq

14
(Yenilənib 15:36 05.08.2020)
1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb

BAKI, 5 avqust — Sputnik. Keçmiş mütləq dünya çempionu Roy Consun qulaqları həmvətəni Mayk Taysonla döyüşdən əvvəl sığortalana bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Consun meneceri Colt Barnanın belə bir niyyəti var.

Barnanın fikrincə, "mümkün kazusu" nəzərə almaq lazımdır.

1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb.

Holifild və Tayson 1996-cı ildən 1997-ci ilə qədər iki döyüş keçiriblər. Hər ikisində Holifild qalib gəlib. O, birinci döyüşün 11-ci raundunda Taysonu nokauta göndərib. İkinci döyüşdə isə rəqibinin qulağını dişlədiyinə görə Tayson diskvalifikasiya olunub.

Bu il iyulun 21-də 54 yaşlı Mayk Tayson 51 yaşlı keçmiş mütləq dünya çempionu Roy Consonla döyüşəcəyini bildirib. Döyüş sentyabrın 12-də Kaliforniyada keçiriləcək. Duelin səkkiz raundlu olması planlaşdırılır.

Tayson xeyriyyə turnirləri üçün peşəkar rinqə qayıtmaq istəyi barədə aprelin sonlarında danışıb. Amerikalı 2005-ci ildən döyüşlərdə olmayıb. Onun hesabına 58 duel var. O, onlardan 50-də qazanıb.

14
Mingəçevirdə tapılan filin qalıqları

Su altındakı nadir tapıntı: Mingəçevirdə quraqlıq nəticəsində daşlaşmış ağac aşkar edildi

2
(Yenilənib 16:05 07.08.2020)
Azərbaycanda bitən bu ağacdan tüfəng qundağı düzəltmək üçün 67 il əvvəl rus əsgərləri onu kəsib Tula şəhərinə göndəriblər

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Mingəçevirdə suyun altından daşlaşmış ağac parçası tapılıb. Suda çürümədən illərlə qalıb daşa dönən ağac qalığı Mingəçevir su anbarının ərazisində aşkarlanıb. Anbarda suyun azalması nadir tapıntını üzə çıxarıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət edən Mingəçevir şəhər sakini, ixtisasca rəssam heykəltəraş olan Böyükkişi Adilbəyli ölkədə ilk dəfə olaraq belə bir ağac qalığının tapıldığını iddia edib. O, daşlaşmış ağacın necə tapıldığından danışıb: “Yaxın dostlarım anbarın ətrafında ocaq qalayan zaman onu aşkarlayıblar. Bu zaman daşlaşmış ağac parçası ağır olması və yanmaması ilə onların diqqətini çəkib. Gətirib mənə verdilər, gördüm ki, unikal tapıntıdır. İnternetdə araşdırma apardım, qarşıma daşlaşmış ağacın yalnız Amerikanın Arizona ştatında tapıldığı çıxdı. Ölkəmizdə bu bir ilkdir”.

B.Adilbəyli ağacın çürüməməsini isə oksigenin təsirinə məruz qalmaması ilə izah edib. Onun fikrincə, ağac hava görmədiyindən daşlaşıb. O, ağacın tapıldığı əraziyə gedib onun digər qalıqlarını da aşkarlamaq fikrindədir.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Şəhər sakini ağacın növündən də danışıb: “Mənim bildiyimə görə, hazırda su anbarının altında qalan Samux ərazisində saxsı (saqqız) deyilən ağaclar bitib. Bu daşlaşmış ağac da həmin bitkinin qalıqlarındandır. Bu ağaclar çox möhkəm olur. Hətta eşitdiyimə görə, su anbarı tikilən zaman Kür çayının qarşısı kəsiləndə (1953-cü ildə) Samux meşəsində bu ağaclardan lap çox olub. Bu zaman rus əsgərləri həmin ağacları kəsib, nömrələyərək Rusiyanın Tula şəhərinə tüfəng qundağı düzəltmək üçün göndəriblər”.

Tapılan daşlaşmış ağac parçasının çəkisi 3 kq-dan artıq, uzunluğu 40 sm, eni 12, qalınlığı isə 5 sm-ə yaxındır. Rəssam heykəltəraş Böyükkişi Adilbəyli su anbarından tapılan eksponatın araşdırılması üçün mütəxəssislərə müraciət edib: “Onsuz da bunu gələcək nəsillərin görməsi üçün ekologiya və ya digər muzeylərdən birinə təqdim edəcəm. Azərbaycanın zəngin flora və faunasının olduğunu göstərəcəm. Amerikanın Arizona ştatında böyük bir sahədə muzey yaradıblar və ora gələnlər bir nəfər üçün 20 dollar pul ödəyirlər ki, ağac eksponatlara baxsınlar. Bu eksponatlar artıq Azərbaycanda mövcuddur”.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Qeyd edək ki, Mingəçevir su anbarının ərazisində bir neçə il öncə də maraqlı eksponatlar tapılıb. Onlar arasında cənub filinin, digər nəhəng heyvan sümüklərinin qalıqları aşkarlanıb. Hazırda həmin əşyalar Mingəçevirdə yerləşən muzeylərdə qorunur.

2