İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı

Vətənə qələbə ilə döndülər

42
Avropa çempionatında 2 qızıl medal və komanda yarışlarında gümüş medal qazanmış cüdo yığmamız ölkəmizdə coşğu ilə qarşılanıblar

BAKI, 21 sen — Sputnik. İspaniyada cüdo üzrə gənclər arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Cüdo Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, mötəbər turnirdə 2 qızıl medal və komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında cüdoçularımızdan Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) qızıl medala sahib olublar.

  • İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    © Photo : judo.az
  • İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    © Photo : judo.az
  • İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    © Photo : judo.az
  • İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    © Photo : judo.az
  • İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    © Photo : judo.az
  • İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    © Photo : judo.az
  • İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
    © Photo : judo.az
1 / 7
© Photo : judo.az
İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı

42
Teqlər:
cüdoçu, Avropa çempionatı, cüdo, qızıl medal, qələbə
Əlaqədar
Azərbaycan cüdocusu Olimpiadada çıxışını dayandırdı
Azərbaycana ikinci medal da cüdodan gəldi
Cüdoçumuz Elmar Qasımov Rio-2016-nın yarımfinalında
Cüdoçumuz ilk rəqibinə qalib gəldi
Cüdoçumuz 1/4 finalda məğlub oldu
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Yığma komandamız Türkiyəyə hazırlaşır - FOTO

5
(Yenilənib 15:00 14.08.2020)
Kamandan oxatma üzrə yığma komandamızın baş məşqçisi deyir ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Azərbaycanın kamandan oxatma üzrə yığma komandası Qəbələ Atıcılıq Klubunda məşqlərə start verib. Son altı ay ərzində ilk dəfədir ki, komanda açıq havada təlim-məşqlərə başlayıb. Toplantıların 15 gün davam edəcəyi nəzərdə tutulub. Yığma komandanın məşqçisi Natiq Fazilovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, bu məşqlər olduqca vacib və mütləqdir: “Əslində, bu məşqlər hazırlıq məqsədi ilə nəzərdə tutulmamışdı. Lakin Qəbələdə olanda xəbər gəldi ki, Türkiyənin Antalya şəhərində beynəlxalq turnir planlaşdırılır. Turnir Türkiyənin şəhidi Qəhrəman Baqatırın xatirəsinə həsr olunacaq.

© Sputnik / Ilham Ahmadov
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Turnirdə 12 dövlətdən iştirakçıların olcağı bildirilib. Buna görə də bizim bu gün Qəbələdə məşqlərdə olmağımız yerinə düşdü və oxatanlarımız çalışacaqlar ki, məşqlərdə yüksək səviyyədə iştirak etsinlər. Qəbələdə hazırda məşqlərdə 12 nəfər idmançı və üç məşqçi iştirak edir".

Yığma komandanın məşqçisi onu da bildirdi ki, ilk həftə idmançıların məşqlərə köklənməsi olduqca çətin keçib. Onun sözlərinə görə, bu, başadüşüləndir, çünki onlar altı aya yaxın idi ki, ancaq evlərdə fərdi şəkildə məşq edirdilər: "Hazırda vəziyyət, demək olar ki, yaxşıdır. Artıq gündə iki dəfə məşqlər edirik və hər məşq zamanı 120-200-dək atışlar edilir. Əlbəttə, bu olduqca böyük əziyyət və güc tələb edən bir məşqdir, ancaq bütün bunlara baxmayaraq çox böyük ümidlərimiz var ki, şanlı bayrağımızı istənilən xarici ölkədə dalğalandıracağıq".

  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
1 / 3
© Sputnik / Ilham Ahmadov
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Natiq Fazilov həmçinin bildirdi ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər və bu turnirin beynəlxalq səviyyədə ya Bakı şəhərində, ya da Qəbələdə - qəhrəmanımızın doğma diyarında - olmasına ümid edirlər.

Komandanın üzvü Nəzrin Zamanova son bir necə gündür ki, məşqlərin əla keçdiyini və nəticələrin qalxdığını deyir "İlk günlər yadırğadığımızı hiss etdik, hətta məsafəyə belə çatmaq bizim üçün çox çətin idi. Hazırda əla vəziyyətdəyik və bizə bu şəraiti yaratdıqları üçün minnətdarlığımızı bildiririk".

© Sputnik / Ilham Ahmadov
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Komandanın üzvü Məhəmmədəli Əliyev də irəliləyişin olduğunu vurğulayır: "Rejimlə işləyirik, uğur əldə etməyə çalışırıq. Uzun müddətdən sonra ilk dəfədir ki, ağır məşqlərdəyik. Artıq uyğunlaşırıq və irəliləyişlər var. Bizim üçün çətin olsa da qaldığımız yerdən davam edərək nailiyyətlər əldə edəcəyimizə əminəm".

5
Şəhriyar Məmmədyarov, arxiv şəkli

Azərbaycan millisi Türkiyəni onlayn matçda darmadağın edir

839
(Yenilənib 18:31 10.08.2020)
Azərbaycan yığmasının tərkibindəki ən uğurlu şahmatçılar - dörd mümkün xaldan üçünü yığan Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır

BAKI, 10 avqust — Sputnik, Teymur Tuşiyev. Azərbaycan şahmat yığması Türkiyə komandasına qarşı onlayn yoldaşlıq oyununda rəqibləri darmadağın etməkdədir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, hər iki komanda ümumi hesabda altı matç keçirəcək. Vaxt hər bir gedişdən sonra 5 saniyə əlavə olmaqla 15 dəqiqə təşkil edir.

Dörd oyundan sonra Azərbaycan şahmatçıları 16,5:7,5 hesabı ilə irəlidədirlər. Oynanılan dörd oyundan yalnız dördüncü oyun sülh yolu ilə yekunlaşıb (3:3), qalan görüşlərdə Azərbaycan yığması 4,5:1,5, 4:2 və 5:1 hesabı ilə qələbə qazanıb.

Hələlik Azərbaycan yığmasının tərkibində ən uğurlu oyunçular Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır. Onlar dörd partiyanın hamısında oynayıblar və hərəsində üç xal qazanıblar.

Günay Məmmədzadə əvəzedicisiz oynayıb, lakin onun aktivində 2,5 xal var. Türkiyə yığmasının heyətində isə hələlik ən yaxşı nəticəni dörd partiyada iki xal toplayan Draqan Solak göstərib.

Bu gün Azərbaycan və Türkiyə yığmaları daha iki oyun oynayacaq. Nəzəri baxımdan Türkiyə şahmatçıları Azərbaycan yığmasına çata bilərlər, lakin komandaların sinfindəki fərqi nəzərə alsaq, qalan iki turda bu, mümkün deyil.

839
Əlaqədar
Karantin dövrünün idmançıları: Video hazırlayan kim, xarici dil öyrənən kim...
Oyunçu aparsın - Karantin zamanı populyarlaşan oyunlar
Karantindir, nə olsun? Azərbaycanda 15 minlik mükafatı olan rəsmi yarış başlanır
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Ermənistanın Gəncə hədəsinə Azərbaycan Müdafiə Nazirliyindən cavab

1
Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir

BAKI, 14 avqust — Sputnik. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimin nümayəndələrinin səsləndirdiyi fikirlər heç bir mahiyyət kəsb etmir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı, işğalçılıq siyasətinin göstəricisidir və bu onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı.

Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq.

Bir daha qətiyyətlə bildiririk ki, Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir.

1
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan üçün ən böyük təhlükə Paşinyan hakimiyyətinin siyasətidir"
Akar: "Azərbaycanla Türkiyə hər cür təhdid və təhlükəyə qarşı həmişə bir yerdə olacaq"
Ermənistan ordusu bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub
"Bu ölkədə azərbaycanlılara qarşı açıq nifrət aşılanır" - Hikmət Hacıyev
Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"