Cüdoçu Ramil Qasımov

Rio-2016 Paralimpiya oyunlarından ilk qızıl medal gəldi

263
(Yenilənib 10:20 10.09.2016)
Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.

BAKI, 9 sent-Sputnik. Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.

Cüdoçu Ramil Qasımov rəqibini ipponla məğlub edərək turniri qələbə ilə başa vurub.

Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.

Yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev gümüş medal qazanıb.

263
Teqlər:
Cüdoçu Ramil Qasımov, Azərbaycan millisi, Rio-2016 Paralimpiya oyunları, qızıl medal
Əlaqədar
Azərbaycan Paralimpiya lisenziyalarından rəsmən imtina etdi
Paralimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb
Azərbaycanın paralimpiya yığması Braziliyadadır
Olimpiyadan qazandığımızı qazandıq, bəs paralimpiya?
"Azərbaycan paralimpiya komandası dünyanın ən güclüləri sırasında qərarlaşıb"