Paralimpiyaçılarla görüş

Olimpiyadan qazandığımızı qazandıq, bəs paralimpiya?

135
İdman jurnalistləri Rio-2016 Paralimpiya Oyunlarından gözləntilərini açıqlayıblar

BAKI, 2 sen — Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən möhtəşəm Yay Olimpiya Oyunları sona çatdı. Qarşıda bizi 7-18 sentyabr tarixlərində Rio-2016 Paralimpiya Oyunları gözləyir.

Azərbaycan 27 idmançı ilə Paralimpiya Oyunlarında təmsil olunacaq. Sputnik-in əməkdaşı, paralimpiya oyunlarına marağın olimpiya oyunlarında olduğu kimi olub-olmayacağına dair jurnalistlər arasında kiçik sorğu keçirib.

Elnur Elturk — Azərbaycan Kikboks Federasiyasının mətbuat xidmətinin rəhbəri: "Hesab edirəm ki, idmana marağı olanlar Olimpiyanı necə maraqla izləyirdilərsə, paralimpiya yarışlarını da belə qarşılayacaqlar. Ola bilər ki, hansısa idman növünə daha çox maraq olsun. Amma əsas odur ki, insanlar tərəfindən idmana böyük maraq olub və bundan sonra da olacaq. Bizim paralimpiyadada iştirak edən idmançılarımızdan qələbələr gözləyirik. Çünki onların idman potensialları böyükdür və dünyada titullu idmançılar sayılırlar. Qələbə qazanmaqla xalqımızı sevindirəcəklər".

Kənan Məstəliyev — rekord.az saytının baş redaktoru: "Nə qədər hörmətlə yanaşsaq da, paralimpiyaçıların çıxışı böyük maraq doğurmur. Bu da təbiidir. Məncə, paralimpiya oyunları idmandan çox insanların mübarizliyi, əzmkarlığı, döyüşkənliyinin ortaya qoyulduğu bir yarışlar toplusudur. Hər birimiz onlara həsəd aparır, bütün çətinliklərə sinə gərərək idmanla məşğul olmalarını alqışlayırıq. Ancaq sırf idman baxımından bu, o qədər də böyük əhəmiyyət kəsb etmir. Çünki ortaya qoyulan nəticələr çox da yüksək deyil. O ki qaldı millimizin çxışına, idmançılarımıza uğurlar arzulayır, qələbələrlə geri dönəcəklərinə inanıram".

Elsevər Məmmədov — qafqazinfo.az saytının idman müxbiri: "Hər Olimpiadadan sonra paralimpiya oyunları keçirilir. Bu yarışlara müəyyən qədər maraq olur. Amm təbii ki, bu, Olimpiya oyunları səviyyəsində deyil. Bu il də eyni olacaq. Amma bəzən xüsusi idmançılar olur ki, onlara maraq çox yüksək olur. Məsələn, İlham Zəkiyev kimi. Bu idmançıya maraq daha çoxdur. Qaldı ki, nəticəyə, düşünürəm ki, yarışdan komandamız uğurla dönə biləcək. Fikrimcə, ən yaxşı halda 3 medalla yarışı bitirə bilərik".

Zəki Feyzullayev — azerisport.com saytının əməkdaşı: "Məncə, Paralimpiya oyunları maraqlı olacaq. Məni maraqandıran sual isə odur ki, İlham Zəkiyev paralimpiyada üçüncü qızıl medalını qazana biləcəkmi? Hər yarışın öz tamaşaçı kütləsi var. Əlbəttə Olimpiya və Paralimpiya Oyunları arasında fərq böyükdür. Bir neçə idman növündə medal qazanmaq üçün yaxşı imkanlarımız var. Həm də paralimpiyaçılar üçün bu yarış yeni stimul yaradacaq".

Əli Zülfüqaroğlu — baymedia.az informasiya agentliyinin əməkdaşı: "Təbii ki, paralimpiya olimpiya oyunları ilə müqayisədə dünya ictimaiyyəti üçün o qədər də maraqlı deyil. Amma bütövlükdə paralimpiya da önəmlidir və Azərbaycanın burada iştirakı vacibdir. Azərbaycan paralimpiyaçılarınıın çıxışı əksər hallarda uğurlu alınıb. Burada xüsusilə İlham Zəkiyevi qeyd edə bilərik. Onun uğurlu çıxışı ölkəmizin dünyada tanınması üçün mühüm əhəmiyyət daşıyır. Mən bütün paralimpiyaçılarımıza uğurlar arzu edirəm".

135
Teqlər:
Rio-de-Janeyro, paralimpiya, Braziliya, Yay Olimpiya Oyunları, idman
Əlaqədar
İlqar Rəhimov: Paralimpiyaçılarımız Rio-ya qələbə üçün gedirlər
Zinət Vəliyeva: Paralimpiyaçılar lisenziyanı daha çətinliklə qazanırlar
Rusiyanın Paralimpiadaya buraxılmamasına azərbaycanlı həmkarları sərt təpki göstərdi
Rusiya yığması Paralimpiada-2016-da iştirak etməyəcək
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Baş katib cüdoçularımızın ““Böyük dəbilqə”dəki çıxışından danışır

14
(Yenilənib 08:33 27.10.2020)
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyir ki, Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması turnirin əhəmiyyətliliyini daha da artırır
Elmar Babanlı: “Medal gözlədiyimiz idmançımız ümidləri doğrultmadı”

““Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnir idi” . Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.

O bildirib ki, yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır:

“Cüdoçumuz Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.

Elmar Babanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14
Makkabi - Qarabağ oyunu

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

33
(Yenilənib 10:23 23.10.2020)
I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib və ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

BAKI, 23 oktyabr - Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Dalbadal 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əvivin “Makkabi” komandası ilə görüşüb. I qrupunun I turu çərçivəsində keçirilən görüşdə hesab 10-cu dəqiqədə açılıb. Yonatan Kohen "Makkabi"ni irəli çıxarıb - 1:0. Birinci hissə bu hesabla bitib.

İkinci hissədə də "Qarabağ" buraxılmış qolun əvəzini çıxa bilməyib. Oyun minimal hesabla israillilərin xeyrinə başa çatıb. 

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib. Oyun ispanların 5:3 hesablı qələbəsi ilə qurtarıb.

II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

33
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

42
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

42
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı