Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançımız dünya çempionu oldu

© Photo : awf-az.orgİslam Abbasov qızıl medal qazandı
İslam Abbasov qızıl medal qazandı - Sputnik Azərbaycan
Abunə olmaq
84 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Avstriya, İran və Rusiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib

BAKI, 1 sen — Sputnik. Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Sputnik Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ikinci yarış günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurublar.

Rio-2016 - Sputnik Azərbaycan
İDMAN
Güləşçilərimizdən sevinc və təəssüf dolu təəssüratlar

66 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov ardıcıl olaraq Türkmənistan, Rumıniya, Qırğızıstan təmsilsilçilərini məğlub edib. Yarımfinalda Qazaxstandan olan rəqibinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İslambek Ermənistan təmsilçisini məğlub edərək Dünya çempionatının bürünc medalına sahib olub.

84 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Avstriya, İran və Rusiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda rəqib Türkiyə təmsilçisi Ali Cengiz olub. Gərgin keçən görüşü qələbə ilə başa vuran İslam Abbasov Dünya çempionatının qızıl medalını qazanıb.

Xəbər lenti
0