Qazax İdman və Sağlamlıq Komleksinin tərkibindəki futbol meydançasının bugünkü vəziyyəti

Azərbaycanda futbolun inkişafı ilə bağlı fond yaradılıb

15
Məqsəd sponsorlardan gələn pulların toplanması və klublar arasında bölüşdürülməsidir.

BAKI, 29 avq — Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbolun inkişafı ilə bağlı fond yaradıb.

"Report"un məlumatına görə, bu haqda AFFA pezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirdiyi brifinqdə bildirib.

O, fondun yaradılma səbəbini belə izah edib:

"Biz klublara az-çox kömək edirik. Ancaq AFFA-nın bunu etməsi düz alınmır. Ona görə də şəffaf şəkildə belə bir fond yaratmağı qərara aldıq. Bu, AFFA-nın təsisçiliyi ilə yaranıb. Düşündük ki, klublar istədiyi maddi köməyi bu fonda edə bilərlər. Məqsəd odur ki, sponsorlardan gələn pullar, gəlirlər fonda toplansın və onun bölüşdürülməsini şəffaf şəkildə həyata keçirsin".

R.Abdullayevin fikrincə, bu proses optimallaşmaya imkan verəcək:

"Sponsorlar gələn kimi dərhal Premyer Liqada oynamaq istəyirlər. Hələ bir I Diviziondan başlayın siz…Çox vaxt futboldan kənar adamlar futbolla özlərini reklam etmək istəyirlər, klubları yarı yolda qoyub gedirlər. Gəlib lisenziya alsınlar, maddi məsələlərlə bağlı bank təminatı göstərsinlər, sonra çempionatda çıxış etsinlər".

15