Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli oldu

© Sputnik / Murad OrujovФутбольный матч Габала – Марибор
Футбольный матч Габала – Марибор - Sputnik Azərbaycan
Abunə olmaq
Avroliqada qrup mərhələsinin oyunları sentyabrın 15-i və 29-u, oktyabrın 20-si, noyabrın 3-ü və 24-ü və dekabrın 8-də keçiriləcək.

BAKI, 26 avq — Sputnik. Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Monakoda keçirilən püşkatma nəticəsində Azərbaycanın “Qarabağ” və “Qəbələ” klublarının da rəqibləri bəlli olub.

Beləliklə, 48 komanda 12 qrupa bölünüb.

C qrupunda yarışacaq "Qəbələ"nin rəqibləri "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa), "Maynz-05" (Almaniya) olacaqlar.

"Qarabağ" J qrupunda "Fiorentina" (İtaliya), PAOK (Yunanıstan), Slovan (Slovakiya) ilə yarışacaq.

Qeyd edək ki, Avroliqada qrup mərhələsinin oyunları sentyabrın 15-i və 29-u, oktyabrın 20-si, noyabrın 3-ü və 24-ü və dekabrın 8-də keçiriləcək.

Xəbər lenti
0