Ziya Rəcəbov, “Azəryol”un məşqçisi

"Azərbaycanda voleybol çökür"

183
İdman klublarımızda ciddi maliyyə böhranı başlayıb. Bununla bağlı mediaya müsahibə verdiyi üçün işdən qovulan baş məşqçi maraqlı açıqlamalar verdi

BAKI, 26 avq — Sputnik. Azərbaycanın idman cameəsində qalmaqallar səngimək bilmir. Növbəti belə hadisə "Azəryol" voleybol klubunda baş verir. Belə ki, bir neçə gün öncə klubun qadınlardan ibarət baş məşqçisi Ziya Rəcəbov işdən azad edilib.

O, yaşanan qalmaqalı Sputnik-ə belə nəql edib: "3 gün öncə "Azəryol" voleybol komandasının direktoru məni çağıraraq bildirdi ki, "bir müddət əvvəl CBC kanalına müsahibə vermisiniz və bu müsahibəniz rəhbərliyin xoşuna gəlməyib. Ona görə də birinci məşqçi kimi yox, ikinci məşqçi kimi işləməyinizi istəyirik". Mən də ikinci məşqçi olmaq istəmədim və işdən çıxmaq qərarına gəldim. Bilmirəm, müsahibə bəhanədir, yoxsa yox. Amma bunu səbəb gətirdilər".

Z. Rəcəbov, eyni zamanda klubun maliyyəsinin azalmasının da klubun işinə təsir göstərdiyini bildirib: "Aylıq büdcə 60 min manata düşüb. Mən də legioner yox, milli qızları komandaya cəlb etməklə uğurlu komanda qurmaq niyyətində idim. Amma belə qərar vermələri bütün işlərimi alt-üst etdi. Mən legioner yox, yerli idmançılara üstünlük verirəm. Axı əcnəbi bizim milləti yerli idmançı qədər sevə bilməz. Hətta deyərdim ki, legionerlərdən ilk olaraq dil biliyini öyrənməyi tələb etmək lazımdır. Necə ki, Türkiyədə bu, tətbiq edilir".

"Necə ki, Nicata qiymət qoymadılar gedib, o da Qazaxıstanın adından yarışaraq qalib oldu. Sonradan hamı Nicatın getməsinə təəssüfləndi. Bu gedişlə çox idmançı Azərbaycanı tərk edəcək və Azərbaycan çox idmançısını həmişəlik itirəcək. Mənimlə də danışıqlar gedir. Ola bilsin, Azərbaycanı tezliklə tərk edim", — keçmiş baş məşqçi vurğulayıb.

O, Azərbaycanda voleybolun çöküş yaşadığını əlavə edib: "Cəmi bir neçə klub qalıb. Bu gedişlə voleybol idman növü yox olacaq. Təcili ciddi qərarlar qəbul edilməlidir".

183
Teqlər:
maliyyə böhranı, Ziya Rəcəbov, "Azəryol" voleybol klubu, voleybol, idman
Əlaqədar
Azərbaycanın voleybol yığması barədə ilginc iddialar
Çimərlik voleybolu fotolarda
Voleybolçu qadınlarımızın növbəti qələbəsi
Voleybol yığmamızın qələbəsi
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

23
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

23
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10

Azərbaycanda koronavirus: rəqəmlər azalır

0
İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib

BAKI, 20 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib, aktiv xəstə sayı 7 367 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, ötən müddət ərzində isə ümumilikdə 2 336 498 test aparılıb.

0
Teqlər:
statistika, Azərbaycan, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər