Toğrul Əsgərov

Toğrul Əsgərov: "Özüm anlamadım ki, necə oldu"

100
Olimpiadadan gümüş medan gətirən idmançımız: "Zərbədən sonra o qədər özümü itirdim ki, hətta həkimlərə də müraciət edə bilmədim"

BAKI, 22 avq — Sputnik. Rio Olimpiadasının son günündə sərbəst güləş yarışlarında 65 kq çəki dərəcəsində gümüş medal qazanan Toğrul Əsgərov final görüşündən sonra müsahibə verib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, olimpiya ikincisi həlledici görüşdəki məğlubiyyətini finalda üzündən aldığı zərbə ilə əlaqələndirib.

- Təbrik edirik, ardıcıl ikinci Olimpiya medalını qazandın. Gümüş medal da yaxşı nəticədir. Sənin təəssüratların necədir?

— Dörd ildən bir keçirilən turnirdən medalsız qayıtmıramsa, sevinməliyəm. Ancaq istərdim ki, qızıl olsun. Finaldan əvvəlki görüşlərim daha çətin idi. Ancaq qalib gələ bilmişdim. Finalda isə başlayan kimi rəqibin başı almacıq sümüyümə dəydi, gözüm qaraldı. Xalçanı görmürdüm. Özüm də anlamadım ki, nətər oldu, necə oldu… Hər şey bir anda baş verdi.

- Hər kəs üçün maraqlı idi ki, finala qədər olduqca asan irəliləyən Toğrul həledici görüşdə niyə belə çıxış etdi?

— Dediyim kimi. O zərbədən sonra o qədər özümü itirdim ki, hətta həkimlərə də müraciət edə bilmədim.

- Səncə rəqib bilərək vurdu səni, ya təsadüfən?

— Təsadüfən oldu. Ancaq bu təsadüf də onun xeyrinə işlədi. Yarımfinalda qalib gəldiyim sonuncu dünya çempionu idi və çəkinin ən güclüsü o idi. Ancaq final sadəcə uğursuz alındı.

- Sən özün gümüş medalı necə dəyərləndirirsən?

— Sevinirəm ki, ən azı ikinci dəfə ardıcıl medal qazanıram. Əgər medalsız qayıtsaydım, çox heyfslənərdim. Neçə ildi çəkdiyim əziyyət hədər olardı. Ancaq "qızıl"ı da əldən verdim. Bunu da özümə bağışlamaq çətin olacaq.

- Hələ çox gəncsən, karyeran qabaqdadı. Səni Tokio Olimpiadasında da gözləyəkmi?

— Zaman hər şeyi göstərəcək.

100
Teqlər:
məğlubiyyət, qələbə, Toğrul Əsgərov, sərbəst güləş, Rio Olimpiadası
Əlaqədar
Rio-2016-dan növbəti məğlubiyyət
Sabah Şəriəti Rio-2016-nın bürüncünü qazandı
"Rio-2016"da çalışan xilasedicilər nə qədər qazanırlar?
Kamran Şahsuvarlı Rio-2016-nın yarımfinalına çıxıb
Rio Olimpiadasında daha bir rəzalət
Rio-2016: Azərbaycan olimpiyaçılarından biabırçı nəticələr
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

39
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

39
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
DSX əsgəri, arxiv şəkli

Baş Prokurorluq sərhədi qanunsuz keçənlərlə bağlı xəbərdarlıq etdi

0
(Yenilənib 12:43 21.10.2020)
Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

 

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları,eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə