Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ümumdünya Şahmat Olimpiadasının açılışına belə hazırlaşırıq

© stop kadrÜmumdünya Şahmat Olimpiadasının açılışına belə hazırlaşırıq
Ümumdünya Şahmat Olimpiadasının açılışına belə hazırlaşırıq - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyilə tədbirin hazırlıq işləri həlledici mərhələyə çatıb

BAKI, 19 avq — Sputnik. Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq davam edir. Artıq tədbirin ssenarisi təsdiqlənib və mərasimin məşqlərinə başlanılıb.

Şahmatçı - Sputnik Azərbaycan
İDMAN
Qadın şahmatçılarımız Gürcüstan komandası ilə qarşılaşıblar

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyilə tədbirin hazırlıq işləri həlledici mərhələyə çatıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, mərasimin tərtibatçısı ukraynalı rejissor Knış Viktor Nikolayeviçdir. Yaradıcı heyətə Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, RAST Prodakşının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Haşımov dəvət olunub.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19-da başlayacaq.

Xəbər lenti
0