Rio Olimpiadası

Rio-da liderlik uğrunda mübarizə davam edir

20
Hələ də reytinq cədvəlinin yuxarı pilləsində, hesabında 30 qızıl, 32 gümüş və 31 bürünc medal olan ABŞ dayanır

BAKI, 18 avq — Sputnik. Rio-de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında geridə qoyulan on iki gündə aparılan mübarizədə 80 ölkənin idmançıları medallara sahib olublar. Sputnik-in verdiyi məlumata görə, aktivində üç gümüş və altı bürünc medal olan milli yığmamız medal sayına görə 55-ci sırada yer alıb.

Hal-hazırda reytinq cədvəlinə, hesabında 30 qızıl, 32 gümüş və 31 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 19 qızıl, 19 gümüş, 12 bürünc medalla ikinci, Çin 19 qızıl, 15 gümüş və 20 bürünc medalla üçüncü pillədə yerləşib.

İlk onluğu isə Rusiya (12-14-15), Almaniya (12-8-9), Yaponiya (10-5-18), Fransa (8-11-12), İtaliya (8-9-6), Niderland (8-4-3) və Avstraliya (7-8-9) tamamlayır.

Qeyd edək ki, cüdo yarışlarında Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq), qadın güləşində Mariya Stadnik (48 kq) Azərbaycana gümüş medal qazandırıblar. Yunan-Roma güləşi yarışlarında çıxış edən Sabah Şəriəti (130 kq) və Rəsul Çunayev (66 kq) bürünc medala sahib olublar.

İnna Osipenko-Radomskaya isə bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə üçüncü olub. Taekvondoçumuz Patimat Abakarova (49 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb. "Rio-2016"da boksçularımız Lorenzo Sotomayor (64 kq) və Kamran Şahsuvarlı (75 kq) yarımfinala vəsiqə qazanaraq ən az yarışın bürünc medalını təmin ediblər.

20
Teqlər:
lider, medal, XXXI Yay Olimpiya Oyunları, Rio-de Janeyro
Əlaqədar
Rio-2016-dan növbəti məğlubiyyət
Rəsul Çunayev Rio-da 1/4 finala vəsiqə qazanıb
"Rio-2016"da çalışan xilasedicilər nə qədər qazanırlar?
Sabah Şəriəti Rio-2016-nın bürüncünü qazandı
Rio-2016-dan növbəti məğlubiyyət
Kamran Şahsuvarlı Rio-2016-nın yarımfinalına çıxıb
Elvin Məmişzadə Rio-2016-da 1/4 finalda
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

38
(Yenilənib 21:08 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad Məmmədovun səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

38
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

39
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

39
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Füzuli rayonu, arxiv şəkli

Qondarma "Dağlıq Qarabağ" məsələsi Azərbaycan itirdi?

7
Bütün bunlar tarixi Azərbaycan torpaqlarında - İrəvan və Zəngəzurda yaradılan Ermənistan adlı dövlətin millətçi-şovinist və mədəni terrorçu mahiyyətinin nəticəsidir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan xalqı zaman-zaman erməni təcavüzü ilə qarşılaşmalı olub.

Belə ki, erməni millətçilərinin 1988-ci ildə başladıqları "Qarabağ" fitnəkarlığı həm də Ermənistan SSR-də yaşayan azərbaycanlıların öldürülməsi və kütləvi deportasiyası ilə müşayiət olundu.

Bu barədə Sputnik Azərbaycan-a danışan tarixçi Kamran İsmayılov bildirib ki, qondarma "Dağlıq Qarabağ" məsələsinin qızışdırılması fonunda Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlı ən zorakı üsullarla öz doğma torpaqlarından, yurd-yuvalarından deportasiya olundu.

K.İsmayılovun sözlərinə görə, etnik təmizləmə zamanı on minlərlə insan qətlə yetirilir, şikəst edilir və itkin düşür. Onların əmlakı, var-dövləti erməni quldurları tələfindən ələ keçirilir, nəticədə didərgin düşən azərbaycanlı əhaliyə milyardlarla ziyan vurulurdu: "Ermənistan SSR-dən ilk qaçqın dalğası məhz Zəngəzurdan başladı. Həmin il ərzində Zəngəzurun demək olar ki, bütün azərbaycanlı əhalisi öz doğma yurdlarından deportasiya olundu. 1991-ci ilin avqustunda Zəngəzurun azərbaycanlılar yaşayan sonuncu kəndinin - Mehri rayonunun Nüvədi kəndin əhalisinin qovulması ilə Zəngəzur bölgəsinin və Ermənistan Respublikasının əhatə etdiyi bütün torpaqların "türksüzləşdirilməsi" prosesi başa çatdırıldı".

Tarixçi bildirir ki, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Belə ki, təkcə 1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılır ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172-si, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89 idi.

"Bundan başqa daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşayırdılar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 min 928 ailədə 250 min nəfər olub. Tam olmayan məlumatlara görə, 1988-1989-cu illər soyqırımı zamanı Ermənistanda 226 azərbaycanlı ermənilər tərəfindən öldürülüb, 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Bu da həmin illərdə ermənilər tərəfindən öldürülən və yaralanan soydaşlarımızın tam siyahısı deyil. Təxmini hesablamalara görə, kolxozlarda azərbaycanlılara məxsus 43789 baş iribuynuzlu, 454660 baş xırda buynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qalıb".

Onun sözlərinə görə, azərbaycanlı qaçqınlar Ermənistanda təqribən 677.870 ha torpaq fondu qoyub gəliblər. Bütün bunların hamısının dəyəri isə, təxmini hesablamalarla 17,5 milyard ABŞ dolları təşkil edir.

Qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir. 1988-ci ilə kimi Ermənistan SSR-də 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbiristanlığı (bu kəndlərin böyük əksəriyyəti qədim yaşayış məskənləri olduğundan onlarda yeni qəbiristanlıqlarla yanaşı, çox vaxt iki, üç, hətta 4-5 köhnə və qədim qəbiristanlıq vardı) erməni tapdağı altında qaldı və həmin qəbiristanlıqların əksəriyyəti yer üzündən silinib.

© Official website of President of Azerbaijan Republic

Erməni millətçilərinin mənəvi və fiziki terroru, kütləvi qətliamlar nəticəsində Ermənistan vətəndaşı olan 20 minə yaxın müsəlman kürd, eləcə də yezidilər, ruslar, malakanlar da bu ölkəni tərk etməli olublar.

Və 1988-1989-cu illərdə bütün qeyri-erməni əhalinin deportasiya edilməsi nəticəsində Ermənistan Respublikası monoetnik erməni dövlətinə çevrildi.

Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olub.

Tarixçi bildirir ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalıb. Onu da ermənilər dünya ictimaiyyətinə "fars" məscidi kimi təqdim edirlər.

1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan 250 minə yaxın azərbaycanlı deportasiya edildi.

Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən məhv edilib. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranıb, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinərək, qəbiristanlıqlar dağıdılıb. Bütün bunlar tarixi Azərbaycan torpaqlarında - İrəvan və Zəngəzurda yaradılan Ermənistan adlı dövlətin millətçi-şovinist və mədəni terrorçu mahiyyətinin nəticəsidir.

7
Teqlər:
azad edilmə, Dağlıq Qarabağ münaqişǝsi, erməni təxribatı, Azərbaycanın işğal altında olan əraziləri, Şuşa şəhərinin işğalı, Qarabağın işğalı, Ağdamın işğalı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə