Расул Чунаев. Архивное фото

Güləşçimiz Rəsul Çunayev Olimpiadanın yarımfinalına çıxıb

17
(Yenilənib 18:40 16.08.2016)
Yunan-Roma növündə güləş üzrə yığmamızı təmsil edən Rəsul Çunayev 1/4 finalda əlcəzairli Tariq Əziz Benaissaya qalib gəlib.

BAKI, 16 avq — Sputnik. Yunan-Roma növündə güləşən Azərbaycan güləşçisi Rəsul Çunayev Rio-de-Janeyro Olimpiadasında 1/4 finalda Əlcəzair idmançısı Tariq Əziz Benaisa ilə qarşılaşıb.

Qarşılaşma həmyerlimizin üstünlüyü ilə keçib — 10:2.

Daha öncə Çunayev kubalı və rusiyalı idmançılara qalib gəlmişdi.

Yarımfinalda Çunayev Ermənistan güləşçisi Miqran Arutyunyan ilə rastlaşacaq.

17