Rio Olimpiadası

İngilislər çinliləri geridə qoydular

36
(Yenilənib 12:36 03.09.2016)
Olimpiadanın 10-cu günündə də medal qazanan idmançılar siyahıda liderlik edən ölkələrin idmançılarıdır

BAKI, 15 avq — Sputnik. Rio-2016 Yay Olimpiadasında daha 22 dəst medal qaliblərin boynuna salınıb. Sputnik xəbər verir ki, olimpiadanın 10-cu günündə də medal qazanan idmançılar siyahıda liderlik edən ölkələrin idmançılarıdır.

ABŞ medalların sayını 69-a çatdırdığı halda, Böyük Britaniya ikinci pilləyə qalxıb. 5 qızıl və 3 gümüş mükafat qazanan ingilislər çinliləri üçüncü pillədə qərarlaşmağa məcbur ediblər.

Azərbaycan isə son bir neçə gündə medal qazana bilmədiyindən, siyahıda geriləməkdə davam edir. Ölkəmiz 68 ölkə arasında 49-50-ci yerləri bölüşür. Qeyd edək ki, millimiz dünənlə müqayisədə 3 pillə geriləyib.

Sıra yeri

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

ABŞ

26

21

22

69

2

Böyük Britaniya

15

16

7

38

3

Çin

15

13

17

45

4

Rusiya

9

11

10

30

5

Almaniya

8

5

4

17

6

Fransa

7

8

7

22

7

İtaliya

7

8

6

21

8

Yaponiya

7

4

16

27

9

Avstraliya

6

7

9

22

10

Cənubi Koreya

6

3

5

14

11

Macarıstan

5

3

5

13

12

Hollandiya

4

2

3

9

13

İspaniya

3

0

2

5

14

Yeni Zelandiya

2

6

0

8

15

Kanada

2

2

9

13

16

Qazaxıstan

2

2

4

8

17

Kolumbiya

2

2

0

4

18

İsveçrə

2

1

2

5

19

Belçika

2

1

1

4

19

Tailand

2

1

1

4

21

Xorvatiya

2

1

0

3

22

İran

2

0

1

3

22

Yamayka

2

0

1

3

24

CAR

1

5

1

7

25

İsveç

1

4

1

6

26

Danimarka

1

3

3

7

27

KXDR

1

3

2

6

28

Braziliya

1

2

3

6

29

Belarus

1

2

1

4

30

Keniya

1

2

0

3

31

Kuba

1

1

3

5

32

Polşa

1

1

2

4

32

Rumıniya

1

1

2

4

34

Sloveniya

1

1

1

3

35

Argentina

1

1

0

2

35

Slovakiya

1

1

0

2

35

Vyetnam

1

1

0

2

38

Çexiya

1

0

5

6

39

Özbəkistan

1

0

4

5

40

Efiopiya

1

0

3

4

41

Çin Taypeyi

1

0

2

3

42

Yunanıstan

1

0

1

2

42

Qaçqınlar yığması

1

0

1

2

44

Fici

1

0

0

1

44

Kosovo

1

0

0

1

44

Puerto Riko

1

0

0

1

44

Sinqapur

1

0

0

1

48

Ukrayna

0

3

1

4

49

AZƏRBAYCAN

0

2

0

2

49

İndoneziya

0

2

0

2

51

Litva

0

1

2

3

52

Gürcüstan

0

1

1

2

52

Monqolustan

0

1

1

2

54

Bəhreyn

0

1

0

1

54

Qrenada

0

1

0

1

54

İrlandiya

0

1

0

1

54

Malayziya

0

1

0

1

54

Filippin

0

1

0

1

54

Türkiyə

0

1

0

1

54

Venesuela

0

1

0

1

61

Norveç

0

0

3

3

62

Misir

0

0

2

2

62

İsrail

0

0

2

2

64

Estoniya

0

0

1

1

64

Qırğızıstan

0

0

1

1

64

Portuqaliya

0

0

1

1

64

Tunis

0

0

1

1

64

BƏƏ

0

0

1

1

36
Teqlər:
Rio-2016 Yay Olimpiadası, olimpiya, medal, idmançı
Əlaqədar
Rio Olimpiadasında yarışacaq boksçumuz: "Çox təəssüf..."
Rio-2016: Azərbaycan olimpiyaçılarından biabırçı nəticələr
Cüdoçumuz Elmar Qasımov Rio-2016-nın yarımfinalında
Azərbaycandan qovulan idmançı Rio-2016-nın qızıl medalını Qazaxıstana apardı
Məmmədəli Mehdiyev Rio-2016-da iştirakını dayandırdı
Rio-2016 Olimpiya çempionunu döydülər və qarət etdilər
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

35
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

35
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Qurban Qurbanov, arxiv şəkli

"Qarabağ"dan üzücü xəbər: Qurban Qurbanov koronavirusa yoluxub

23
(Yenilənib 19:16 29.11.2020)
Dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub

BAKI, 29 noyabr - Sputnik. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqlənib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, bu, Premyer Liqanın XI turunun “Sənail”lə matçından (1:1) sonra açıqlanıb.

Bildirilib ki, dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub. Qurbanovun koronavirus testi müsbət nəticə verib.

23
Teqlər:
Qurban Qurbanov, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

81
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

81
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın