Azərbaycanlı boksçu Elvin Məmişzadə. Arxiv şəkli

Rio Olimpiadasında yarışacaq boksçumuz: "Çox təəssüf..."

252
(Yenilənib 12:45 15.08.2016)
Elvin Məmişzadə: "Güləşcilərlə bağlı, xüsusilə Toğrul Əsgərov, Cəbrayil Həsənov və Rövşən Bayramovdan medal gözləyirəm"

BAKI, 15 avq — Sputnik. Braziliyanın Rio-de Janeyro şəhərində təşkil olunan möhtəşəm Rio-2016 Yay Olimpiadası davam edir. 56 idmançı ilə yarışa qoşulan Azərbaycanın, artıq 22-dən artıq idmançısı öz gücünü sınayıb və 20 idmançı medalsız, 2 idmançımız isə gümüş medalla yarışları başa vurub. Hazırda bir çox idman növlərində yarışlar davam edir.

Azərbaycanlı boksçu, mübarizəyə yaxın günlərdə qoşulacaq Elvin Məmişzadə, yarışqabağı fikirlərini Sputnik-lə bölüşüb: "Ən çox cüdoçularımız Orxan Səfərov və Nicat Şıxalizadənin qalib olmasını istəyirdim. Təəssüflər olsun ki, onlar məğlub oldular".

"Hal-hazırda güləşçilərimizdən və komanda yoldaşlarımdan qələbə gözləyirəm. Güləşcilərlə bağlı, xüsusilə Toğrul Əsgərov, Cəbrayil Həsənov və Rövşən Bayramovdan medal gözləyirəm", — E. Məmişzadə bildirib.

252
Teqlər:
Elvin Məmişzadə, Rio-2016 Yay Olimpiadası, Rio-de Janeyro, boksçu, Braziliya, boks
Əlaqədar
Rio-2016: Azərbaycan olimpiyaçılarından biabırçı nəticələr
Cüdoçumuz Elmar Qasımov Rio-2016-nın yarımfinalında
Azərbaycandan qovulan idmançı Rio-2016-nın qızıl medalını Qazaxıstana apardı
Məmmədəli Mehdiyev Rio-2016-da iştirakını dayandırdı
Rio-2016 Olimpiya çempionunu döydülər və qarət etdilər
Rio-de-Janeyroda jurnalistlər atəşə tutulub