Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rio-2016: Azərbaycan olimpiyaçılarından biabırçı nəticələr

© Sputnik / Murad FarzaliyevЛетние Олимпийские игры в Рио-де-Жанейро, день второй
Летние Олимпийские игры в Рио-де-Жанейро, день второй - Sputnik Azərbaycan
Abunə olmaq
Çıxış edən 22 idmançımızdan 20-si biabırçı nəticə göstərib.

BAKI, 12 avq-Sputnik. Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən möhtəşəm XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən 56 idmançıdan 20-si çıxışını başa vurub.

Sputnik xəbər verir ki, çıxışını yekunlaşdıran idmançılar arasında cəmi 2 idmançı gümüş medal qazana bilib. Bunlar cüdoçular Rüstəm Orucov və Elmar Qasımovdur.
Olimpiadada nəticəsiz çıxışlarını başa vuran idmançılar aşağıdakılardır:

Boks

Rüfət Hüseynov (49 kq) — 1/16 finalda uduzub
Cavid Çələbiyev (56 kq) — 1/16 finalda uduzub
Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub
Abdulqadir Abdullayev (91 kq) — 1/4 finalda uduzub

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) — 48 iştirakçı arasında 41-ci yer
Boris Kirillov (200 metr məsafəyə arxası üstə) — 26 iştirakçı arasında sonuncu yer

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi — qadınlar) — 35-ci yer
Maksim Averin (şosse velosipedi — kişilər) — finişə çata bilməyib

Cüdo

Orxan Səfərov (60 kq) — 5-ci yer
Nicat Şıxəlizadə (66 kq) — 1/8 finalda uduzub
Məmmədəli Mehdiyev (90 kq) — 7-ci yer
Elmar Qasımov (100 kq) — gümüş
Rüstəm Orucov (73 kq) — gümüş

Akademik avarçəkmə

Aleksandr Aleksandrov — Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq — M2X) — 12-ci yeri tutub.

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) — finalda 22-ci yer
Pavlo Paxnyuk (fərdi çoxnövçülük) — 34-cü yer

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) — 1/32 finalda uduzub.

Akademik avarçəkmə

Aleksandr Aleksandrov — Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq — M2X) — 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) — yarımfinalda 14-cü yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) — seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) — 1/16 finalda uduzub

Xəbər lenti
0