Elmar Qasımov Tagir Haibullayevə qarşı

"Elmarın uşaq yaşlarından yarışlarla bağlı psixoloji problemi olmayıb"

39
(Yenilənib 15:05 12.08.2016)
Rio-2016-nın gümüş medalçılarının məşqçisi Fərhad Məmmədov: "Onlar 10 yaşları olanda mənimlə məşqə başlayıblar."

BAKI, 12 avq-Sputnik. Dünən 100 kq-a qədər çəki dərəcəsində uğura gedən yolda rəqiblərinə aman verməyərək finala vəsiqə qazanan cüdoçu Elmar Qasımov yalnız həlledici görüşdə çexiyalı rəqibi Lukas Krpalekə məğlub olaraq olimpiadanın gümüş medalını qazanıb. Olimpia mükafatçısının şəxsi məşqçisi Fərhad Məmmədov Sputnik-lə qələbə sevincini bölüşüb:

"Ən böyük arzum idi tələbələrimin qələbə qazanması. O da nəsib oldu. Həm tələbəm Rüstəm Orucov, həm Elmar Qasımov yarışda gümüş medal qazandılar."

F.Məmmədov olimpiyaçıların uşaqlıqdan onun tələbələri olduğunu deyib:

"Elmar Qasımov 10 yasından mənim rəhbərliyimlə məşqə başlayıb. Rüstəm Orucov isə 10 yaşında Rusiyadan Azərbaycana köçdükdən sonra mənim qrupuma yazıldı və o gündən mən məşqçisiyəm. Orxan Səfərov da tələbəmdir. Təəssüflər olsun ki, son anda Orxanda mübarizə alınmadı."

Məşqçi Elmarın psixoloji yarışlara hazır olduğunu söyləyıb:

"Elmarda uşaq yaşlarından yarışlarla bağlı psixoloji problemi olmayıb. Onun üçün rəqibin kimliyi fərq eləmir, özünü yaxşı hiss edirsə güləşir və qalib gəlir."

39
Teqlər:
Lukas Krpalek, çexiyalı rəqibi Lukas Krpalek, Fərhad Məmmədov, Rüstəm Orucov, Elmar Qasımov, məşqçi
Əlaqədar
Elmar Qasımov gümüş medal qazandı
Azərbaycana ikinci medal da cüdodan gəldi
Cüdoçumuz Elmar Qasımov Rio-2016-nın yarımfinalında
Cüdoçumuz ilk rəqibinə qalib gəldi
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Bakını pul gətirən layihədən çıxarırlar?

89
(Yenilənib 13:30 25.01.2021)
Türkiyə yalnız coğrafi baxımdan Azərbaycana yaxın deyil, həmçinin ənənəvi olaraq öz komandalarını fəal şəkildə dəstəkləyən türk azarkeşlərin axınını da nəzərə alsaq, paytaxtımız UEFA oyunlarının keçirilməsi üçün sərfəli məkan hesab oluna bilər.

BAKI, 25 yanvar — Sputnik, Teymur Tuşiyev. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) 2020-ci ildə keçirilməli olan və koronavirus pandemiyası səbəbindən 2021-ci ilə kimi təxirə salınan Avropa çempionatının təşkilatçı sayını azaltmaq məqsədilə dörd variantı nəzərdən keçirir. Sputnik Azərbaycan bu barədə Express.de-yə istinadən xəbər yayıb.

AVRO 2020-nin təşkilatçıları ilə bağlı ssenarilərdən biri çempionata ev sahibliyi edəcək şəhərlərin sayının 12-dən 10-a endirilməsindən ibarətdir. İkinci variantda şəhərlərin sayının 5-ə, üçüncü variantda isə 2-yə endirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sonuncu dəfə 2012-ci ildə Avropa çempionatı iki ölkədə keçirilmiş, həmin vaxt turnirə Polşa və Ukrayna ev sahibliyi etmişdi.

Nəhayət, dördüncü ssenari keçən il Avropa Liqasının həlledici mərhələsində olduğu kimi, çempionatın yalnız bir ölkədə keçirilməsini nəzərdə tutur.

Bununla belə, hansı şəhərlərin təşkilatçılar siyahısından çıxarıla biləcəyi haqqında məlumat verilmir, yalnız o qeyd olunur ki, şəhərlərin sayının azaldılması çoxsaylı səfərlərin qarşısını almaq zərurətindən irəli gəlir. Əgər coğrafi prinsipdən çıxış edilərsə, siyahıda Avropaya ən uzaq olan şəhərlər Bakı və Sankt-Peterburqdur. Bu səbəbdən AVRO 2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılan ilk namizədlər məhz bu şəhərlər ola bilər.

"Qarabağ" futbol klubundan sensasion açıqlama>>

Digər tərəfdən, üç qarşılaşması Bakıda keçirilməli olan "A" qrupunda Türkiyə yığması da var. Özü də bu ölkə yalnız coğrafi baxımdan Azərbaycana yaxın deyil, həmçinin ənənəvi olaraq öz komandalarını fəal şəkildə dəstəkləyən türk azarkeşlərin axınını da nəzərə alsaq, Bakı UEFA oyunlarının keçirilməsi üçün sərfəli məkan hesab oluna bilər. Bununla belə, eyni qrupda olan Uels komandası Bakıya gəlmək üçün min kilometr yol qət etməlidir. Odur ki, UEFA qərar qəbul edərkən bu iki amildən birinə üstünlük verməlidir.

Əgər Avropa Futbol İttifaqı AVRO 2020-yə ev sahibliyi edəcək şəhərlərin sayını kəskin şəkildə azaltmağa qərar versə, bu halda oyunların keçirilə biləcəyi dörd Avropa şəhəri qeyd olunur: Münhen (Almaniya), London (Böyük Britaniya), Vyana (Avstriya) və Lissabon (Portuqaliya).

UEFA AVRO 2020-nin təşkilatçılarının sayının azaldılması ehtimalı ilə bağlı xəbərləri şərh etməyib, bununla belə qurumdan bildirilib ki, hazırda assosiasiya 12 təşkilatçı ilə birgə Avropa çempionatı ərzində stadionların hansı formada doldurulması ilə bağlı turnir ssenariləri üzərində işləyir. Həmin ssenarilərə əsasən, çempionat vaxtı tribunaların 50 faizdən 100 faizə, 20 faizdən 30 faizə qədər doldurulması və ya oyunların tamamilə azarkeşsiz keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Bakı futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi etməli idi. Bakı Olimpiya Stadionunda İsveçrə - Uels, Türkiyə - Uels və İsveçrə - Türkiyə milli komandaları arasında A qrupunun oyunları və dörddə bir finallardan birinin keçirilməsi nəzərdə tutulmuşdu. AVRO 2020-nin bu il iyunun 11-dən iyulun 11-nə kimi keçirilməsi planlaşdırılır.

Avropa çempionatının formatı ilə bağlı son qərar martın əvvəlində açıqlanacaq.

89
Teqlər:
Bakı, UEFA, AVRO-2020, futbol
Məsut Özil, arxiv şəkli

Məsut Özil bundan sonra Türkiyədə oynayacaq

24
(Yenilənib 20:41 24.01.2021)
Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

BAKI, 24 yanvar - Sputnik. Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Məsut Özillə 3,5 illik müqavilə bağlayıb.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, 2014-cü ildən oyunçusu olduğu Almaniya millisindən istefa verən türkəsilli hücumameylli yarımmüdafiəçi müqaviləyə imza atdıqdan dərhal sonra məşqlərə başlayıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə Özil vurğulayıb.

33 yaşlı oyunçunun transferi "sarı-lacivərdlilər"ə demək olar ki, havayı başa gəlib. Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul klubu ilə razılaşıb. 

24
Teqlər:
İstanbul, "Fənərbaxça", məşhur futbolçu, futbolçu, Məsut Özil
AŞPA-da plenar iclas, arxiv şəkli

Ermənistanın düzəlişlərini AŞPA rədd edib - Azərbaycan XİN

0
AŞPA-dakı Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib

BAKI, 27 yanvar - Sputnik. Bu il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib. Hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.

​Qeyd olunmalıdır ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.

​Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.

"​Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-nin səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib", - XİN-in məlumatında deyilir.

0