Дзюдоист Эльмар Гасымов

Elmar Qasımov gümüş medal qazandı

131
(Yenilənib 00:32 12.08.2016)
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro XXXI Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov finalda çexiyalı rəqibi Lukas Krpalekə məğlub oldu.

BAKI, 11 avq-Sputnik. Azərbaycanı 2016-cı il Rio-de-Janeyro XXXI Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov finalda çexiyalı rəqibi Lukas Krpalekə məğlub oldu. Bununla da o, Rio-2016-nın gümüş medalını qazanıb. Rəqibi Elmar Qasımova ipponla qalib gəlib.

Sputnik-in məlumatına görə, o, yarımfinalda ukraynalı Artyom Bloşenko ilə qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

1/4 finalda o misirli Ramazan Dərvişə qalib gəlib.

Daha öncəki mərhələlərdə Qasımov əlcəzairli Lues Bouyaqub və rusiyalı Tahir Haybullayev üzərində qələbə qazanıb.

131
Teqlər:
XXXI Yay Olimpia Oyunları, Rio-2016, Elmar Qasımov
Əlaqədar
Cüdoçumuz Elmar Qasımov Rio-2016-nın yarımfinalında
Azərbaycandan qovulan idmançı Rio-2016-nın qızıl medalını Qazaxıstana apardı
Rio-2016 Olimpiya çempionunu döydülər və qarət etdilər
Rio-de-Janeyroda jurnalistlər atəşə tutulub
Azərbaycan Rio-2016-da ilk medalını qazanıb
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Qurban Qurbanov, arxiv şəkli

"Qarabağ"dan üzücü xəbər: Qurban Qurbanov koronavirusa yoluxub

20
(Yenilənib 19:16 29.11.2020)
Dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub

BAKI, 29 noyabr - Sputnik. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqlənib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, bu, Premyer Liqanın XI turunun “Sənail”lə matçından (1:1) sonra açıqlanıb.

Bildirilib ki, dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub. Qurbanovun koronavirus testi müsbət nəticə verib.

20
Teqlər:
Qurban Qurbanov, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər