Rio-2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı Nicat Rəhimov

Azərbaycan artıq Nicatı birdəfəlik itirib

290
(Yenilənib 17:42 11.08.2016)
Ekspert: Rio-2016-nın azərbaycanlı çempionunu vətənindən baş məşqçi Zlatan Vanev didərgin salıb.

BAKI, 11 avq-Sputnik. "Əslən azərbaycanlı ağır atlet Nicat Rəhimov Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Azərbaycan Ağır Atletika milli komandası və keçmiş baş məşqçisi Zlatan Vanevlə problemlər yaşadığına görə, o, yığmamızı tərk edib və Qazaxıstana gedərək həmin ölkənin milli yığmasında iştirakını davam etdirib. Bu hadisə ilk deyil və onlarla belə idmançılarımız var ki, bəzi səbəblərdən Azərbaycanda uğur qazana bilmir, ölkədən gedir, digər ölkələri təmsil edir və uğur qazanırlar. 

Bunun hansı səbəblərdən baş verməsini Sputnik-ə idman eksperti, jurnalist Kənan Məstəliyev şərh edib:

"Bunun çox sadə səbəbi var. Nəticə qazanmaq istəyi. Əksər federasiyalar nəticəyə qısa yolla getmək üçün legionerlərdən istifadə etməyə çalışırlar. Doğrudur, elə idman növü var ki, bizim üçün ənənəvi deyil və legionerin gətirilməsi qaçılmazdır. Amma digər bizə xas idman növlərində vəziyyət fərqlidir. Legioner var ki, pul qazanmağa gəlir. Amma eləsi var ki, onlar həm də millətə dəyər verir, bayraq üçün çalışır. Məsələn, Mariya Stadnik elə legionerlərdəndir. Legioner gətirmək olar, amma o, çox güclü olmalıdır. Amma yerli idmançılarla eyni gücdə olan idmançını gətirməkdənsə, öz idmançılarımızı irəli vermək lazımdır."

Kənan Məstəliyev Ağır Atletika Federasiyasında vəziyyətin fərqli olduğunu söyləyib: "Bir neçə il ərzində ağır atletikada kütləvi legionerləşmə getdi. Bir- iki ildən sonra anlaşıldı ki, bu, düzgün siyasət deyil. Amma bunu anlayana kimi artıq gec idi. Bir neçə idmançımız dopinqə düşdü, bəziləri kənarda qaldığından idmandan uzaqlaşdı. Bu da milli yığmanı zəiflətdi." 

İdman eksperti Nicat Rəhimovun Azərbaycanı tərk etməsinin səbəbini baş məşqçi ilə yarandığı problemlərdə görür:

"Nicatın Azərbaycanı tərk etməsinə səbəb baş məşqçi Zlatan Vanevin idmançılara münasibəti oldu. Baş məşqçinin Nicat Rəhimova mane olması idmançının öz idman karyerasına xaricdə davam etdirmək qərarı verməsinə səbəb oldu. Görünür Nicat doğru qərar qəbul edib. Göründüyü kimi o, bu gün çempiondur. Nicat çəkdiyi zəhmətlərin nəticəsi olaraq uğur qazanıb."

Bəs Nicat yenidən Azərbaycana qayıdıb Azərbaycanı təmsil edə bilərmi? Kənan Məstəliyev bu suala cavab olaraq deyib ki, bunu əvvəlcə Nicatın özü istəməlidir:
"Düşünürəm ki, Nicat ən azı 2 il bunu istəməyəcək. Çünki onun Qazaxıstanla müqaviləsi var. Bir idmançı ölkəsini dəyişəndə ən azı 2 il heç bir yarışlarda iştirak edə bilməz. Necə ki, Nicat 2 il Qazaxıstana gedəndə iştirak edə bilmədi və sonra yenidən yarışlara qatıldı. Nicat yenidən Azərbaycana qayıdıb buranın vətəndaşlığını bərpa etsə, azı 4 ildən sonra bizi təmsil edə bilər. Bu da idmançının karyerası üçün ziyandır. Azərbaycan artıq Nicatı idmançı olaraq itirib."

Ekspert onu da əlavə edib ki, gedənin dalınca ağlamaq lazım deyil. Əksinə ölkəmizdə Nicat qədər performans nümayiş etdirə biləcək güclü idmançılar az deyil. Sadəcə belə idmançıları kəşf edib, onların uğur qazanmalarına kömək etmək lazımdır.

Ağır Atletika üzrə milli komandanın üzvü, 94 kq çəki dərəcəsində Avropa çempionu, London olimpiadasının 6-cısı İntiqam Zairov isə Sputnik-ə deyib ki, hansı ölkəni təmsil etməyinə baxmayaraq, Nicat Azərbaycanın fəxridir.

"Nicat Bakıda qalsaydı, onun bəlkə də dopinqə düşmə ehtimalı ola bilərdi. Azərbaycan komandası Rio Olimpiadasında iştirak etsəydi, ən azı 3 qızıl medal götürə bilərdi. Nicat Rəhimov, Valentin Xristov, Boyanka Kostova qaliblər sırasıda ola bilərdilər." — deyə İ.Zairov əlavə edib.

290
Teqlər:
Zlatan Vanev, Nicat Rəhimov, Rio-2016, Kənan Məstəliyev, Ağır Atletika federasiyası, Qazaxıstan, Azərbaycan
Əlaqədar
Azərbaycandan qovulan idmançı Rio-2016-nın qızıl medalını Qazaxıstana apardı
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

18
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

18
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10
Bakı karantinin yumşaldılmasından sonra

Kafe-restoran həsrətliləri üçün son tarix

0
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilsə də müəyyən yumşalmalar var

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar