Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Lənkəran Taekvondo və Yunan-roma güləş məktəblərinin 22 illiyi qeyd edilib

© Sputnik/ Rahim MuradovLənkəran Taekvondo və Yunan-roma güləş məktəblərinin 22 illiyi
Lənkəran Taekvondo və Yunan-roma güləş məktəblərinin 22 illiyi - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəran Taekvondo və Yunan-roma Güləş məktəbləri bir neçə beynəlxalq miqyasda tanınmış yetişdirib.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Lənkəranda Taekvondo Məktəbi və Yunan-roma Güləş Məktəbinin yaradılmasının 22-ci illiyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Lənkəran Yunan-roma Güləş Məktəbinin yaradıcısı, əməkdar məşqçi Vüqar Sultanov açaraq hər iki məktəbin 22 il ərzində qazandığı uğurlar və problemlərindən danışıb. Əməkdar məşqçi qarşıda duran planlardan və idmançıların yarışlara hazırlıqları haqqında tədbir iştirakçılarına məlumat verib. 

Tədbirdə hər iki məktəbn veteran idmançıları da iştirak ediblər. Veteran idmançılar da çıxış edərək gənclərə öz tövsiyyələrini verib, karyeralarında uğurlar diləyiblər.

Qeyd edək ki, Lənkəran Taekvondo və Yunan-roma Güləş məktəbləri bir neçə beynəlxalq miqyasda tanınmış yetişdirib. Onların arasında London Olimpiadasının iştirakçısı taekvondoçu Ramin Əzizov, güləşçi — yeniyetmələr arasında keçirilən beynəlxalq yarışda qızıl medala sahib olan Təbriz Yusubzadə də var.

Xəbər lenti
0