Suya tullanma yarışlarında istifadə edilən hovuz

Olimpiada hovuzundakı su gözlənilmədən rəngini dəyişdi

0
(Yenilənib 16:11 10.08.2016)
Rio-2016-da suya tullanma yarışlarında istifadə edilən hovuzdakı su gözlənilmədən yaşıl rəng alıb.

BAKI, 10 avq-Sputnik. Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpia Oyunlarında maraqlı hadisə baş verib. 

Sputnik Championat-a istinadən xəbər verir ki, suya tullanma yarışlarında istifadə edilən hovuzdakı su gözlənilmədən yaşıl rəng alıb.

Rəsmilər rəng dəyişiminə baxmayaraq, idmançılar üçün heç bir təhlükənin olmadığını bildiriblər. Olimpiadanın təşkilatçıları havaların isti və küləksiz keçməsi ilə əlaqədar suyun yosun səbəbindən rəng dəyişməsini istisna etmirlər. Filtirlərin suyu yaxşı süzməməsi hovuzun rənginin yaşıl olmasına səbəb olub.

0
Teqlər:
hovuz, XXXI Yay Olimpia Oyunları, Rio-de-Janeyro, su
Əlaqədar
Rio-2016 Olimpiya çempionunu döydülər və qarət etdilər
Rio-de-Janeyroda jurnalistlər atəşə tutulub
Azərbaycan Rio-2016-da ilk medalını qazanıb
Rio-de-Janeyroda IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi keçirilib
Rio-2016 Sputnikin obyektivində