Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Onun göz yaşları yox idi"

© AFP 2023 / Toshifumi KITAMURARüstəm Orucov
Rüstəm Orucov - Sputnik Azərbaycan
Abunə olmaq
Rüstəm Orucovun Rio-2016-da medal qazanmasını doğulub-böyüdüyü Rusiya şəhərində bayram kimi qeyd ediblər.

BAKI, 10 avq-Sputnik. Rio-2016 olimpiadasında ölkəmizə ilk medal qazandıran Rüstəm Orucov nəinki Azərbaycan, eyni zamanda Rusiya mətbuatında da maraqla qarşılanıb. Sputnik xəbər verir ki, Rüstəm Orucovun doğulduğu İrkutsk vilayətinin Ust-İlimsk şəhərində də onun zəfəri qeyd olunub.

İrkutsk televiziyasının "Xəbərlər" proqramında idmançımız haqqında xüsusi süjet hazırlanıb. Ust-İlimsk cüdosunun fəxri hesab olunan R.Orucovun uğurunda payı olan mütəxəssislər də proqramda fikirlərini bildiriblər.

Rüstəmin cüdoda ilk məşqçisi sayılan Aleksandr Koroteyev idmançımızın uşaqlığını yada salıb: 

Rüstəm Orucov - cüdoçu - Sputnik Azərbaycan
Cüdoçumuz finalda məğlub olaraq gümüş medal qazanıb

"Bu uşaq çox fəallığı ilə seçilirdi. Heç nədən qorxmurdu, demək olar ki, onun göz yaşları yox idi. Həmişə döyüşə can atırdı, mübariz keyfiyyətləri ilə seçilirdi. Məşqlərdə çox çalışqan idi. Bütün yarışlarda ilk "üçlük"də yer alırdı. Heç vaxt "mən" ifadəsini işlətmirdi. Tatamidə də özünü sübut edə bilir. Xatırlayıram ki, o, yalnız bir dəfə mənə yorulduğunu etiraf etdi. Həmin vaxt turnirdə sənədlər düzgün tərtib olunmadığından Rüstəm hər rəqibi ilə bir deyil, iki dəfə qarşılaşmalı oldu. Lakin buna baxmayaraq, yenə yarışın qalibi olmağı bacardı. Onun Olimpiadada gümüş medal qazanmasına çox sevinirəm. Artıq neçə ildir Azərbaycana köçməsinə baxmayaraq, daima skaypla əlaqə saxlayırıq".

Orucovun cüdodakı ilk addımlarını atdığı Ust-İlimsk İdman Klubunun direktoru Aleksandr Zareçnev də proqrama telefon vasitəsilə qoşularaq, idmançının uğuruna sevindiyini dilə gətirib: "Hələ 4 il əvvəl onu London Olimpiadasında çıxış etdiyindən xəbər tutduq. Yarışda çıxışını başa vuran kimi onlarla tanışımıza zəng vurub, nəhayət ki, Orucovla əlaqə saxlaya bildik. Yenidən onun səsini eşitmək sevindirici idi. Rüstəm etiraf etdi ki, daim bizi xatırlayır, vətən də onu özünə çəkir. Elə o vaxtdan daim onunla əlaqədəyik, yazışırıq, zəngləşirik. Rüstəmin gümüş medal qazandığı gecə isə dərhal təbriklərimizi ona çatdırdıq. İndi isə onu gözləyirik. O söz verib ki, Olimpiadadan sonra Ust-İlimskə gələcək".

Xatırladaq ki, 2-ci dəfə Olimpiadaya qatılan Rüstəm Orucov Rioda ardıcıl 4 görüşdə qələbə qazansa da, finalda yaponiyalı rəqibinə məğlub olaraq gümüş medal qazanıb. 

Xəbər lenti
0