Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rio-de-Janeyroda IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi keçirilib

© Photo : Министерство молодежи и спортаПрезентация IV Игр исламской солидарности
Презентация IV Игр исламской солидарности - Sputnik Azərbaycan
Abunə olmaq
XXXI Yay Olimpiya Oyunlarının ikinci günü Rio-de-Janeyro şəhərindəki "Windzor Barra" otelində 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi keçirilib.

Murad Fərzəliyev, xüsusi olaraq Sputnik Azərbaycan üçün

BAKI, 7 avq-Sputnik. XXXI Yay Olimpiya Oyunlarının ikinci günü Rio-de-Janeyro şəhərindəki "Windzor Barra" otelində 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi keçirilib.

Müxtəlif ölkələri təmsil edən 60-dan artıq qonağın və media nümayəndələrinin olduğu tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, Rio Olimpiya oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov iştirak edib.

Mərasimə həmçinin, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum, Nigerin baş naziri Ada Salissau, Qvineya-Bissaunun baş naziri Bakiro Dja, Malaziya, İndoneziya, Qvineya-Bissau, ÇAD, Qambiya, Fələstin, Suriya və digər İslam ölkələrinin Milli Olimpiya Komitələrinin prezidentləri, baş katibləri, idmana məsul nazirləri və digər rəsmilər də qatılıblar.

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib - Sputnik Azərbaycan
İDMAN
Çingiz Hüseynzadə: “Mən əminəm ki,...”
Təqdimat mərasimində qonaqları salamlayan gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın və Olimpiya Hərəkatının yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, ölkəmizin I Avropa Oyunlarına, "Formula 1 Grand Prix" turnirinə, Avropa, dünya çempionatlarına və bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib.

Nazir qeyd edib ki, tolerantlığı daim inkişaf etdirən Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını keçirməkdə məqsədi idmanın inkşafı ilə yanaşı, İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərinin daha yüksək səviyyədə inkişafını nümayiş etdirməkdir.

"IV İslam Həmrəyliyi Oyunlarının 12 yarış günü ərzində 5000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Daim hər bir yarışa yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, IV İslam Həmrəyliyi Oyunları ilə Azərbaycanın simasında müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını dünyaya nümayiş etdirəcək." — deyə Rəhimov bildirib.

Azad Rəhimovun çıxışından sonra qonaqlar üçün Azərbaycan, IV İslam Oyunlarına hazırlıq prosesi, idman obyektləri haqqında məlumat və digər mühüm məqamları özündə əks etdirən film nümayiş olunub.

Filmin nümayişindən sonra nazir Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prossesi, akkreditasiya, idmançıların qalacaqları məkanlar, yarışların keçiriləcəyi idman obyektləri və digər məsələlərlə bağlı sualları cavablandırıb, fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Xəbər lenti
0