Pele

Pele Olimpiya məşəlini yandırmaqdan imtina etdi

37
Əfsanəvi futbolçu, üçqat dünya çempionu Pele Rio-de-Janeyroda Olimpiadanın açılış mərasimində məşəlin alovlandırılması mərasimində iştirak etməyəcək.

BAKI, 5 avq-Sputnik. Əfsanəvi futbolçu, üçqat dünya çempionu Pele Rio-de-Janeyroda Olimpiyadanın açılış mərasimində məşəlin alovlandırılması mərasimində iştirak etməyəcək.

Sputnik-in məlumatına görə, əfsanəvi futbolçunun nümayəndəsi bu yaxınlarda əməliyyat olunan 75 yaşlı Pelenin səhhətində yarandığı problemlərlə bağlı mərasimə qatılmayacağını aşıqlayıb.

Qeyd edək ki, Braziliya milli komandasının heyətində üç dəfə dünya çempionu olmuş "Futbol kralı" ləqəbli Peleyə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları-2016-nın açılış mərasimində Olimpiya məşəlini yandırmaq təklif olunub.

Buna səbəb Rio-2016-nın açılış mərasiminin avqustun 5-də "Marakana" stadionunda — 1969-cu ildə Pelenin karyerasındakı 1000-ci qolunu vurduğu arenada keçirilməsidir.

Pele bildirmişdi ki, məşəli yandırmağı ondan şəxsən İOC prezidenti Tomas Bax və OO-2016-nın təşkilat komitəsinin rəhbəri Karlos Artur Nuzman xahiş edib. Amma sponsorluq müqavilələri üzrə öhdəliklər ona mane ola bilər.

"Mənim yerinə yetirməli olduğum müqavilə şərtləri var. Amma bir braziliyalı kimi, əlbəttə, bunu etməyi istərdim. Bu məsələyə dəqiq cavabım cümə axşamı olacaq", — deyə 75 yaşlı Pele bildirmişdi.

Qeyd edək ki, avqustun 6-ı Bakı vaxtı ilə saat 03:00-da "Marakana" stadionunda XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

37
Teqlər:
İOC prezidenti Tomas Bax, Olimpiada, Pele, Karlos Artur Nuzman, Rio-de-Janeyro, "Marakana" stadionu, XXXI Yay Olimpiya Oyunları, Braziliya
Əlaqədar
Olimpiya məşəlini Pele yandıra bilər
Rio-da Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb
Rio-de-Janeyroda olimpiya obyektlərinin yerləşmə xəritəsi
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

22
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

22
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

22
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

22