Karate

"Biz 30 ildən artıqdır bu qərarı gözləyirdik"

75
(Yenilənib 18:19 04.08.2016)
Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov: "Karatenin Olimpiya Oyunlarına daxil edilməsinə prezident İlham Əliyevin atdığı addım təkan verib."

BAKI, 4 avq-Sputnik. Dünən Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına 5 yeni idman növünü daxil edib.
Sputnik-in məlumatına görə, bu barədə BOK-un Rio-de-Janeyroda keçirilən 129-cu sessiyasında qərar qəbul olunub. Tokio 2020 olimpiadasına daxil edilən idman növləri bunlardır: beysbol/softbol, karate, skeytbordinq, qayalara dırmanma və sörfinq.

Sputnik-in əməkdaşı Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovdan federasiyanın 2020-ci il Tokio Olimpiadası haqqında planlarını öyrənib.
Vitse-prezident bildirib ki, bu xəbəri illərlə gözləyirdilər:

"Karatenin Olimpiya Oyunlarına daxil olmasını 30 ildən artıqdır gözləyirdik. Bizim komanda dünya komandaları içində ilk beşliyə daxildir. Güclü komandamızın olmasına görə, gələcək olimpiadada uğur qazanacağımıza inanırıq."

Milli komandanın kişilərdən ibarət yığmasının idmançılarının yaşı 28-30 arasındadır. 4 il sonra 34 yaşlı idmançı olacaqlar. Bu da onların nisbətən cavan rəqibləri ilə döyüşmələrinə mənfi təsir göstərəcək. O zaman bizim milli komandadan uğur gözləmək olar?

Rəhman Hətəmov bu problemlə bağlı suala cavabında deyib: 

"Öncəliklə qeyd edim ki, karatenin olimpiya idman növlərinə daxil edilməsi bu idman növünə marağın artmasına və bu sahəyə daha çox idmançının gəlməsinə səbəb olacaq. Bu da özlüyündə rəqabətin artmasına gətirib çıxaracaq. Olimpiadaya kimi 4 il vaxtımız var. O vaxta kimi ən güclülər seçiləcək və Azərbaycanı təmsil edəcəklər."

Vitse-prezident karatenin olimpiya idman növünə daxil edilməsinin bir səbəbinin də Bakıda keçirilən Birinci Avropa Oyunlarının olduğunu qeyd edib.

"Prezident İlham Əliyevin təşəbbüsü ilə karate idman növünün Avropa oyunlarına salınması və oyunlar zamanı bu idman növünə marağın çoxluğu Beynəlxalq Olimpiya Komitəsinin diqqətindən yayınmayıb və bu, karatenin olimpiya idman növünə əlavə etməsinə təkan verən amillərdən biri olub."

75
Teqlər:
Rəhman Hətəmov, BOK, Beynəlxalq Olimpiya Komitəsi, karate, İlham Əliyev, Avropa Oyunları
Əlaqədar
Karate tariximizdə daha bir ilkə imza atıldı
Rio-de-Janeyroda təntənəli surətdə Azərbaycan bayrağı qaldırılıb
Rio-da Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb
Sabah Rio-de-Janeyroda karatenin taleyi müəyyənləşəcək
Azərbaycanın olimpiya yığması Rio-ya yola düşdü
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

34
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

34
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0