Pele

Olimpiya məşəlini Pele yandıra bilər

5
(Yenilənib 17:57 03.08.2016)
Pele 1000-ci qolunu vurduğu arenada keçiriləcək mərasimdə məşəli yandırıb-yandırmayacağına cümə axşamı aydınlıq gətirəcək.

BAKI, 3 avq-Sputnik. Braziliya milli komandasının heyətində üç dəfə dünya çempionu olmuş əfsanəvi futbolçusu, "Futbol kralı" ləqəbli Pele Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları-2016-nın açılış mərasimində Olimpiya məşəlini yandırmaq təklifi alıb.

Sputnik "RİA Novosti"yə istinadən xəbər verir ki, Rio-2016-nın açılış mərasimi avqustun 5-də "Marakana" stadionunda — 1969-cu ildə Pelenin karyerasındakı 1000-ci qolunu vurduğu arenada keçiriləcək.

Əfsanəvi futbolçu bildirib ki, məşəli yandırmağı ondan şəxsən İOC prezidenti Tomas Bax və OO-2016-nın təşkilat komitəsinin rəhbəri Karlos Artur Nuzman xahiş edib, amma sponsorluq müqavilələri üzrə öhdəliklər ona mane ola bilər.

"Mənim yerinə yetirməli olduğum müqavilə şərtləri var. Amma bir braziliyalı kimi, əlbəttə, bunu etməyi istərdim. Bu məsələyə dəqiq cavabım cümə axşamı olacaq", — deyə 75 yaşlı Pele bildirib.

Xatırladaq ki, Rio-2016 Oyunları avqustun 5-dən 21-dək keçiriləcək.

5
Teqlər:
Karlos Artur Nuzman, Tomas Bax, Rio-de-Janeyro, Marakana, Braziliya
Əlaqədar
Sabah Rio-de-Janeyroda karatenin taleyi müəyyənləşəcək
Rio-de-Janeyroda olimpiya obyektlərinin yerləşmə xəritəsi
Rio Olimpiadasına hazırlaşan güləşçilərimiz Ukraynaya gediblər
Bakı 2015-dən Rio 2016-ya gedənlər
Azərbaycan “Rio-2016” Olimpiadasına ikinci lisenziya qazanıb
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

38
(Yenilənib 21:08 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad Məmmədovun səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

38
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

39
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

39
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

7
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

7
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma