Rio-de-Janeyroda Olimpiadaya hazırlıq

Braziliyadan Olimpiada ilə bağlı sensasion qərar

84
(Yenilənib 14:35 02.08.2016)
Braziliya Rio-de-Janeyroda Olimpiadanın təmtəraqlı acılışını keçirməkdən imtina etdi.

BAKI, 2 avq-Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunları-2016-nın açılış mərasimi əvvəlki yay Olimpiadalarında olduğu kimi bahalı və miqyaslı olmayacaq.

Sputnik Reuters-ə istinadən xəbər verir ki, məlumatı tədbirin icraçı prodüseri Marko Baliç verib.

"Bu dəfə möhtəşəm şou keçirilməyəcək. Rioda Pekindəki dəbdəbə, Afinadakı nəhəng xüsusi effektər, Londondakı qeyri-adilik olmayacaq. Sadə, amma müasir mərasim olacaq. Hətta xüsusi effektlər olmadan da o, insanlara gələcək haqqında danışacaq", — deyə M.Baliç söyləyib.

M.Baliç tədbirin Braziliyadakı çətin maliyyə vəziyyəti fonunda təşkil edildiyini qeyd edib. Açılış mərasiminin ümumi smetası Londonda keçirilmiş Olimpiya Oyunları 2012-dəki 42 milyon dolların təxminən yarısı qədər olacaq.

Xatırladaq ki, Rio-2016-nın açılış mərasimi avqustun 5-də "Marakana" stadionunda keçiriləcək. Olimpiada avqustun 21-də başa çatacaq.

84
Teqlər:
Marakana, "Marakana" stadionu, Marko Baliç, Rio-de Janeyro, Rio-de-Janeyro Yay Olimpiya Oyunları, Rio-2016 olimpiadası, London, Afina, Pekin
Əlaqədar
Tarixdəki ən qeyri-adi Olimpiada
Azərbaycanın olimpiya yığması Rio-ya yola düşdü
Rio-de-Janeyroda olimpiya obyektlərinin yerləşmə xəritəsi
BOK Rusiya yığmasını Rio Olimpiadasından kənarlaşdırmayıb
Üç boksçumuz Rio Olimpiadasına lisenziya qazanıb