Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Xəzər Lənkəran" tarixə qovuşdu?

© axar.azXəzər-Lənkəran futbol komandası
Xəzər-Lənkəran futbol komandası - Sputnik Azərbaycan
Abunə olmaq
Klubun əsas komandasının bağlanması azarkeşləri məyus edib. Bununla yanaşı, mütəxəssislər XL-in fəaliyyətinin yenidən bərpa olunacağına ümid edirlər.

BAKI, 27 iyul — Sputnik. Azərbaycan futbol tarixində mühüm iz buraxan "Xəzər Lənkəran" klubunun əsas komandasının bağlanması azarkeşləri məyus edib. Bununla yanaşı, aşağı 3 yaş qrupunun yenidən "Xəzər Lənkəran"ın bərpa olunmasına ümidlər yaradır.

Xəzər Lənkəranın oyunçuları Qarabağ klubu ilə oyuna əsgər formasında çıxıblar - Sputnik Azərbaycan
İDMAN
"Xəzər Lənkəran"dan nümunəvi addım

Sputnik-in əməkdaşı "Xəzər Lənkəran"ın bu günkü vəziyyəti və klubdan gözləntilər barədə mütəxəssislərlə həmsöhbət olub. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayılov klubda işlərin əvvəlki kimi davam etdiyini deyib: "Klubu satmaqdan söhbət gedə bilməz. Reallıq budur ki, "Xəzər Lənkəran"ın əvvəlki nüfuzu yoxdur. Bu gün AFFA-nın binasında püşkatma keçirilib. 12 ildən sonra ilk dəfədir XL o siyahıda yoxdur. Bu hadisənin şahidi olmaq belə, çox çətindir. Amma biz ümid edirik ki, əsas komanda tezliklə bərpa olunacaq".

Stadionun satılması və təmirə ehtiyacının olması barədə yayılan xəbərləri şayiə adlandıran H. Cəbrayılov əlavə edib: "Burada nəinki stadiona, hətta futbol bazaya da yüksək səviyyədə baxılır və hər şey qaydasındadır".

Klubun keçmiş məşqçilərdən Elbrus Məmmədov da XL-in fəaliyyətinin tam gücü ilə bərpa olacağı ümidindədir: "Sonradan tez bir zamanda klub öz nüfuzunu bərpa edə bilər. Çıxış yolu bununla bağlı dövlət proqramının hazırlanmasındadır. Yalnız bu zaman nəinki XL, eyni zamanda digər bölgələrimizdə də futbol klublarının inkişafı mümkün ola bilər".

Uzun illər "Neftçi" klubunun məşqçisi işləmiş Böyükağa Hacıyev də "Xəzər Lənkəran"ın üzləşdiyi böhrandan dolayı məyusdur: "Bu, Azərbaycan futbolu üçün böyük itkidir. Əgər Mübariz Məsimov qərar verərsə, yenidən komandanı qurmaq olar. Amma Mübariz Məsimov qərar verməsə, çətin olacaq".

B. Hacıyev köhnə klubları saxlamağı vacib hesab edib: "Onları qorumaq lazımdır və paralel olaraq yeni klublar yaratmaq olar. Bu mənada, hesab edirən ki, "Xəzər Lənkəran" yenidən fəaliyyətini bərpa edərsə, uğur qazana bilər. Çünki, harda pul varsa, orda rəqabət də var, uğur da".

Xəbər lenti
0