Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Erməni şahmatçıları Bakıya gəlsələr..."

© Photo : sportpress.azBakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov
Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Mahir Məmmədov: "Keçən il şahmat üzrə dünya kubokunda Ermənistan komandası Azərbaycana gəlib. O zaman digər komandalar kimi onların da tam təhlükəsizliyi qorunub"

BAKI, 26 iyul — Sputnik. Erməni şahmatçıları 1-14 sentyabr tarixlərində Azərbaycanda keçiriləcək Şahmat Olimpiadasında iştirak etməyəcəklər. Sputnik Ermənistan-ın verdiyi məlumata görə, bu haqda Ermənistan Şahmat Federasiyasının vitse- prezidenti Smbat Lputyan məlumat verib.

Кирсан Илюмжинов - Sputnik Azərbaycan
İDMAN
"Azərbaycanla Ermənistan arasında virtual şahmat yarışı keçirilsin"

"Biz komandamızın şahmatçıları ilə danışdıq və qərara aldıq ki, Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etməyək", — vitse-prezident deyib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov bu hadisəni Sputnik-ə belə şərh edib: "Bu qərarın nə səbəbdən verildiyi barədə məlumatım yoxdur. "Keçən il şahmat üzrə dünya kubokunda Ermənistan komandası Azərbaycana gəlib. O zaman digər komandalar kimi onların da tam təhlükəsizliyi qorunub. Bu gün də onları qəbul etməyə və tam təhlükəsizliklərini təmin etməyə hazırıq".

"Son günlərdə əldə etdiyimiz məlumata görə, Ermənistan komandası Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirakı müzakirə edib. Son bir neçə saat ərzində onların gəlməyəcəyi xəbəri mediada yayılıb. Bu haqda bizə rəsmi məlumat verilməyib. Ona görə hələ də biz ciddi rejimdə hazırlıqlarımızı davam etdiririk. Gəlsələr, qəbul etməyə hazırq".

Xəbər lenti
0