Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Basketbol yığmamız Malta komandasını məğlub etdi

© Photo : basketball.azBasketbol. Arxiv şəkli
Basketbol. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan millisi qrupda 2-ci yeri tutaraq, yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə basketbolçularımızın rəqibi A qrupunun birincisi, Moldova seçməsi olacaq.

BAKI, 22 iyul — Sputnik. Kiprin Nikosiya şəhərində yeniyetmə basketbolçular arasında Avropa çempionatının C divizionunda mübarizə davam edir. Basketbol Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, A qrupunda yarışan Azərbaycanın U-16 yığması növbəti oyununu keçirib.

Samit Quluzadənin yetirmələri qrup mərhələsinin son matçında Malta komandasıyla qarşılaşıb. Görüş basketbolçularımızın böyük hesablı qələbəsiylə yekunlaşıb — 81:33. Komandamızın heyətinə Papuna Kirtadze 16 xalla oyunun ən məhsuldar oyunçusu olub.

Beləliklə, Azərbaycan millisi qrupda 2-ci yeri tutaraq, yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə basketbolçularımızın rəqibi A qrupunun birincisi, Moldova seçməsi olacaq. Həmin qarşılaşma iyulun 23-də keçiriləcək.

Xəbər lenti
0