Stolüstü tennis üzrə Respublika çempionatının iştirakçıları

Azərbaycan stolüstü tennis tarixində ən böyük uğur

29
İlk dəfə olaraq ən yüksək nəticələr əldə edən millimiz Vətənə 4 medalla qayıdır

BAKI, 21 iyul — Sputnik. Xorvatiyanın Zaqreb şəhərində keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyinın son günləri də stolüstü tennisçilərimiz üçün uğurlu olub. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, gənclərin şəxsi birinciliyində tennisçimiz 2-ci yeri tutaraq gümüş medala, yeniyetmələrin şəxsi oyunlarında isə digər tennisçimiz 3-cü yeri qazanaraq bürünc medala layiq görülüb.

Yeniyetmələr arasında qarışıq qoşa yarışlarda tennisçilərimiz 3-cü yeri tutaraq komandamıza daha bir bürünc medal qazandırıblar.

Ümumiyyətlə, artıq başa çatan Avropa birinciliyində Azərbaycan millisi yüksək nəticələr göstərib. Uğurla çıxış edən Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Avropa birinciliyində üçüncü yeri tutub. Komanda yarışlarında yeniyetmə qızlarımız 9-cu yerə, gənc qızlarımız isə 5-ci yerə sahib olublar.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə edən millimiz Vətənə 4 medalla qayıdır.

29
Teqlər:
stolüstü tennis, tennis, Avropa birinciliyi, Zaqreb, Xorvatiya
Əlaqədar
Stolüstü tennis üzrə Respublika çempionatı yekunlaşdı
Gimnastlarımız dünya kuboku uğrunda yarışıblar
"Məşqçini yarışa özüylə gətirir ki, rəqibləri qorxutsun"
“Olympic Moves” yarışının qalibləri müəyyən olub
Alfonso Dominges

Azərbaycan Tokioda ikinci medalını qazandı

99
(Yenilənib 15:28 30.07.2021)
Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya üçüncü yer uğrunda görüşdə rəqibinə ipponla qalib gələrək, Azərbaycan millisinə ilk medalı qazandırıb. Boksçumuz Alfonso Dominges də yarımfinala çıxdığından, ən azı bürünc medalı təmin edib.

BAKI, 30 iyul — Sputnik. Azərbaycan Tokio Olimpiya Oyunlarında ikinci medalını qazanıb. Sputnik Azərbaycan bildirir ki, boksçumuz Alfonso Dominges (81 kq) boks turnirinin yarımfinalına çıxıb.

Dörddəbir finalda Alfonso Dominges Türkiyə təmsilçisi Bayram Malkanla görüşüb.  Birinci raundu azacıq üstünlüklə Malkan qazanıb. Ancaq ikinci raundda bütün beş hakimin hamısı qələbəni Domingesə verib. Türk idmançı döyüşü başını aşağı salaraq passiv keçirdiyindən hətta bir xal itirib də. Son saniyələrdə isə Dominges rəqibini nokdauna göndərib. Üçüncü raundda da əmin davranan idmançımız qələbə qazanıb.

© Pool via REUTERS/Buda Mendes
Alfonso Dominges Türkiyə təmsilçisi Bayram Malkanla

Qeyd edək ki, qələbədən sonra Dominges İkinci Qarabağ müharibəsinin şəhidləri və iştirakçılarına hörmət əlaməti olaraq hərbi salam göndərib.

Boks turnirlərində üçüncü yer uğrunda yarışlar keçirilmədiyindən, onun yarımfinala çıxması ən azı bürünc medal qazanacağına zəmanət verir. Yarımfinalda Domingesin rəqibi həmyerlisi, kubalı boksçu Orlen Lopes olacaq.

---------

13:16

Azərbaycan Tokio Yay Olimpiadasında ilk medalını qazanıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gələrək, Azərbaycan millisinə ilk medalı qazandırıb.

Kindzerskaya yarışa 1/8 final mərhələsindən qoşulub və Bosniya və Herseqovina idmançısı Larisa Çeriçə qalib gəlib. 1/4 finalda isə idmançımız koreyalı cüdoçu Mijin Xanı məğlub edib.

  • Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gəlib
    © REUTERS / ANNEGRET HILSE
  • Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gəlib
    © REUTERS / ANNEGRET HILSE
  • Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gəlib
    © REUTERS / ANNEGRET HILSE
  • Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gəlib
    © REUTERS / SERGIO PEREZ
1 / 4
© REUTERS / ANNEGRET HILSE
Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerskaya (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Xu ilə qarşılaşıb və ipponla qalib gəlib

İdmançımız yarımfinalda Yaponiyanın 21 yaşlı dünya çempionu Akira Sone ilə qarşılaşıb. Təəssüf ki, bu dəfə özü ipponla uduzan Kindzerska qızıl medal şansını əldən verib.

Azərbaycanı təmsil edən digər ağır çəkili idmançı Uşanqi Kokauri (100 kq-dan çox) Olimpiadada çıxışlarını artıq başa vurub. İlk qarşılaşmada polşalı idmançı Matsey Sarnaka qalib gələn Kokauri növbəti mərhələdə dünya reytinqinin lideri Rafael Silvaya məğlub olub.

İrina Kindzerskaya haqqında maraqlı faktlar

1991-ci il iyunun 13-də Ukraynanın Xmelnitsk vilayətinin Kamenets-Podolsk şəhərində anadan olub.

Cüdo ilə 13 yaşından məşğul olmağa başlayıb.

2012-ci ilin London Olimpiadasında 5-ci olub.

Ukrayna milli komandasının 78 kq-dan artıq çəki dərəcəsində üçüncüsü və ən yaşlı idmançısı olub.

2016-cı ildə ailə qurub və hazırda rəsmən Əliyeva soyadını daşıyır.

2017-ci ilin mayında vətəndaşlığını dəyişərək Azərbaycanın cüdo üzrə milli komandasına keçib.

İdmançının hesabında xeyli mükafat var: 2017-ci il dünya çempionatının bürünc, 2019-cu il Avropa birinciliyinin bürünc, 2020-ci il Avropa çempionatının gümüş medalı, Grand Slam, Masters.

Kindzerskayanın uğurları arasında təkcə Olimpiya medalı çatmırdı.

İdmanda kredosu: hər bir qarşılaşmaya elə çıxmaq lazımdır ki, sanki bu final görüşüdür!

22 azərbaycanlı atlet evə qayıdır

Artıq 22 idmançımız Tokio Olimpiya oyunlarında heç bir mükafat əldə etmədən çıxışlarını başa vurub.

Bunlar – taekvondoçular Fəridə Əzizova (67 kq) və Milad Beiqi Harçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (100 kq-dan çox) və Aişə Qurbanlı (48 kq), boksçular Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (91 kq-dan çox), üzgüçülər Maksim Şemberov və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov və çoxnövçü Rostislav Pevtsov və badmintonçu Edi Reski Dviçayodur.

Azərbaycan Tokio-2020-də

Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

99
Teqlər:
Tokio Yay Olimpiya Oyunları, Azərbaycan, medal, cüdo
UEFA loqosu, arxiv şəkli

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

10
(Yenilənib 08:47 30.07.2021)
Azərbaycanın iki klubunun UEFA Konfrans Liqasındakı dünənki uğuruszluğu ölkəmizin reytinqdəki mövqeyinə təsir etməyib.

BAKI, 30 iyul - Sputnik. Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

"Report"un məlumatına əsasən, Azərbaycan 13,625 xalla 29-cu sıradakı mövqeyini qoruya bilib.

Sloveniya (14,125) 28-ci sıraya düşüb. Qazaxıstan (14,250) bir pillə irəliləyərək 27-ci olub. Polşa isə 13,500 xalla 30-cu yerdədir.

"Qarabağ"ın İsraildə "Aşdod"a 1:0 hesabı ilə qalb gəlməsi ölkəmizin aktivinə daha 0,250 xal qazandırıb.

Daha əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsindəki qələbələrə görə "Neftçi" 0,500 xal, Konfrans Liqasında "Çukariçki" ilə Serbiyadakı qolsuz heç-heçəyə görə isə "Sumqayıt" 0,125 xal qazanıb. Bununla da cari mövsüm Azərbaycanın qazancı 1.000-ə çatıb.

Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Həmçinin oxuyun:

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

10
Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya XİN Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib

2
Moskva Bakı və Yerevanı vəziyyətin daha da pisləşməsinə gətirə biləcək hərəkətlərdən çəkinməyə və ortaya çıxan məsələləri siyasi-diplomatik yolla həll etməyə çağırıb.

BAKI, 30 iyul — Sputnik. Moskva Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentlərdən narahatdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) informasiya və mətbuat departamenti direktorunun müavini Aleksandr Bikantovun qurumun saytında dərc olunmuş şərhində deyilir.

"Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində baş verən və insan tələfatı ilə nəticələnən son silahlı toqquşmalardan ciddi narahatlıq keçiririk. Həlak olanların ailələrinə başsağlığı verir, zərərçəkən və yaralılara sağalmağı arzu edirik. Təəssüf ki, sərhəddə vəziyyət gərgin olaraq qalır", - deyə o qeyd edib.

Daha sonra qurum rəsmisi bildirib ki, Rusiya Bakı və Yerevanı vəziyyətin daha da pisləşməsinə gətirə biləcək hərəkətlərdən çəkinməyə və ortaya çıxan məsələləri siyasi-diplomatik yolla həll etməyə çağırır.

"Rusiya bundan sonra da gərginliyi aradan qaldıracaq tədbirlər vasitəsilə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin normallaşdırılması üçün bütün mümkün səyləri göstərməyə və tezliklə sərhədlərin delimitasiyası və demarkasiyasına dair birgə işlərin başlanmasına hazırdır", - deyə şərhdə bildirilir.

Bikantov onu da əlavə edib ki, Moskva Cənubi Qafqazın sabitlik, təhlükəsizlik zonasına çevrilməsi və Qarabağa dair üçtərəfli bəyanata uyğun şəkildə çiçəklənməsi üçün fəal iş aparmaq niyyətindədir.

Azərbaycan-Ermənistan sərhədində iyulun 30-na olan məlumat

Cümə günü, iyulun 30-da Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin növbəri dezinformasiyasını təkzib edib. Bildirilib ki, Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır.

Azərbaycan-Ermənistan sərhədində iyulun 29-na olan məlumat
11:10

Ermənistan tərəfinin guya atəşkəsin tərəfimizdən pozulması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Bildirilir ki, Azərbaycan Ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir.

Ermənistan tərəfi son saatlarda guya Azərbaycan Ordusunun atəşkəsi pozması nəticəsində erməni hərbçinin yaralandığı barədə məlumat yayıb.  

09:10

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İyulun 28-də Azərbaycan-Ermənistan sərhədində baş verənlər
09:57

İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmışdır.

Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

05:05

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. 

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. 

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

İyulun 27-də dövlət sərhədində baş verənlər

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

İyulun 26-da dövlət sərhədində baş verənlər

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.

İyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. 

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

İyulun 25-də dövlət sərhədində baş verənlər

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

İyulun 24-də Azərbaycan-Ermənistan sərhədində baş verənlər

11:07

Hazırda Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir. 

"Əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır", - məlumatda qeyd olunur.

03:23

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.

İyulun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlər

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir. 

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.

2
Teqlər:
Rusiya, Ermənistan, Azərbaycan, XİN, sərhəd
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə