Bakı-2015 Avropa Oyunlarının peşəkar boks turniri finalının qalibi Teymur Məmmədov

Bayraqdarımız olimpiya oyunları ilə bağlı gözləntilərini açıqladı

29
(Yenilənib 13:02 21.07.2016)
Teymur Məmmədov: "Yarışlarda cüdoçularımız Orxan Səfərov və Nicat Sıxalizadədən, eyni zamanda 2012 London olimpiya oyunlarının qızıl medal mükafatçısı Toğrul Əsgərovdan uğurlu nəticələr gözləyirəm"

BAKI, 21 iyul — Sputnik. Möhtəşəm yarışa 15 gün qalıb. Dünyanın izləyəcəyi Rio-de Janeyro 2016 yay olimpiya oyunlarında bizi boks idman növündə 81 kq çəki dərəcəsində təmsil edəcək, eyni zamanda Azərbaycan komandasının bayraqdarı olacaq boksçu Teymur Məmmədov Sputnik-ə açıqlamasında, olimpiya oyunlarında medal gözlədiyi idmançılardan danışıb.

O, yarışlarda cüdoçular Orxan Səfərov və Nicat Sıxalizadədən, eyni zamanda 2012 London olimpiya oyunlarının qızıl medal mükafatçısı Toğrul Əsgərovdan uğurlu nəticələr gözlədiyini dilə gətirib.

Qeyd edək ki, Rio-de Janeyro olimpiadası 5-21 avqust tarixlərində keçiriləcək. Azərbaycanı 56 idmançı 14 müxtəlif idman növləri üzrə təmsil edəcək.

29
Teqlər:
bayraqdar, Teymur Məmmədov, idman, Yay Olimpiya Oyunları, Rio-de Janeyro
Əlaqədar
Prezident olimpiya çempionlarına 400 min manat mükafat verəcək
Prezident idmançıları olimpiadaya yola saldı
Olimpiadaya yollanacaq cüdoçularımızın tam heyəti açıqlandı
Güloğlan Cabbarov: “Bu Olimpiadadan daha çox medal gözləyirik”
Rio Olimpiadasına hazırlaşan güləşçilərimiz Ukraynaya gediblər