XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi keçirilib

Prezident idmançıları olimpiadaya yola saldı

58
İlham Əliyev: "Düşünülmüş siyasət idmanı Azərbaycan cəmiyyətində önəmli amilə çevirib"

BAKI, 18 iyul — Sputnik. Bu gün, Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi keçirilib. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də mərasimdə iştirak edib.

Prezident avqustun 5-də Braziliyanın Rio-de Janeyro şəhərində başlayacaq XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğulayıb. Yay Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançı ilə təmsil olunacağını deyən dövlət başçısı, bu dəfəki Oyunlara 57 lisenziyanın qazanıldığını diqqətə çatdırıb.

Ötən dövrdə idmançılarımızın beynəlxalq yarışlarda yüksək səviyyədə iştirak etdiyini, Olimpiya Oyunlarında uğurlu nəticələr qazandığını deyən İlham Əliyev bildirib ki, Azərbaycan idman dövlətidir və ölkəmizdə idmanın inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır.

"Düşünülmüş siyasət idmanı Azərbaycan cəmiyyətində önəmli amilə çevirib", deyən dövlət başçısı cəmiyyətimizdə idmançıların layiqli yer tutduğunu və idmanla məşğul olmaq istəyənlərin sayının getdikcə artdığını vurğulayıb.

1 / 8
XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi keçirilib

O bildirib ki, bunun əsas səbəbi idmançılarımızın uğurları və onlara göstərilən dövlət qayğısıdır. İdmançıların mənzil-məişət problemlərinin həll olunduğunu, bütün ölkədə mükəmməl idman infrastrukturunun yaradıldığını diqqətə çatdıran Prezident, son bir neçə ildə Bakıda gözəl memarlıq əsərləri olan möhtəşəm idman obyektlərinin istifadəyə verildiyini bildirib.

"Ancaq güclü dövlətlərdə güclü idman olur və Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür. Bütün idman yarışları bir sınaqdır. Ən əsası bu sınaqdan üzüağ çıxmaqdır. Çünki bütün xalqımız idmançılarımızdan qələbə gözləyir", — dövlət başçısı vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda Olimpiya hərəkatının inkişafında mərhum prezident Heydər Əliyevin xidmətlərini xatırladıb: "Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq prosesi uğurla həyata keçirilib. Rio Olimpiadasında ölkəmiz idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunacaq. Azərbaycan idmanın dörd növündə isə ilk dəfə təmsil ediləcək. Azərbaycan komandası əsasən titullu idmançılardan ibarətdir. Bu Olimpiya oyunlarında üç hakimimiz də təmsil olunacaq".

Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev idmançılara, ümumilikdə ölkəmizdə idmanın inkişafına verdiyi güclü dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib. O, budəfəki Olimpiya Oyunlarında uğurla çıxış edəcəklərini bildirib.

Tədbirdə paralimpiyaçı İlham Zəkiyev, Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvü Rəsul Çunayev çıxış edərək idmançılara uğur arzulayıblar. Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevə XXXI Yay Olimpiya Oyunlarında atletlərimizin geyinəcəyi idman forması təqdim olunub.

58
Teqlər:
Rəsul Çunayev, yolasalma mərasimi, Rio-de Janeyro, XXXI Yay Olimpiya Oyunları, Akif Əliyev, İlham Zəkiyev, Azad Rəhimov, olimpiada, Braziliya, İlham Əliyev
Əlaqədar
Tarixdəki ən qeyri-adi Olimpiada
Olimpiadaya yollanacaq cüdoçularımızın tam heyəti açıqlandı
Rio Olimpiadasına hazırlaşan güləşçilərimiz Ukraynaya gediblər
Olimpiya oyunlarında bayraqdarımız bəlli oldu
Milli Olimpiya Komitəsinin vitse-prezidentindən idmançılara dopinq xəbərdarlığı
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

42
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

42
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli

Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşüb

0
Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşüb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunub.

0