Güləş üzrə beynəlxalq turnir. Arxiv şəkli

Güləş üzrə Avropa çempionatında yenilik

59
(Yenilənib 13:56 18.07.2016)
Bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər

BAKI, 18 iyul — Sputnik. 19-24 iyul 2016-cı il tarixdə İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər.

Mariya Stadnik
© Sputnik / Vladimir Astapkovich

Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib. Proqrama əsasən, iyulun 19-20-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Umudov və Yaşar Əliyevin rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda 18 sərbəst güləşçimiz mübarizə aparacaq.

Heyətdə Mahir Məmmədzadə, Maqomedsalix Abakarov (hər ikisi 42 kq), Əsgər Məmmədəliyev (46 kq), İntiqam Vəlizadə, Vüsal Hüseynov (hər ikisi 50 kq), Sabutay Əmişov, Maqomedqadji Kasumov (hər ikisi 54 kq), Daur Psardiya, Murad Məmmədov (hər ikisi 58 kq), Qadjimurad Qadjiyev, Djopua İnal (hər ikisi 63 kq), Abakar Abakarov, Abdulmuslim Məmmədov (hər ikisi 69 kq), Rəşad Yusifli, İslam Əliyev (hər ikisi 76 kq), Əhliman Quliyev (85 kq), Asxab Həmzətov və Əli Əminzadə (hər ikisi 100 kq) yer alıb.

İyulun 21-22-də böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun başçılığı altında 7 qız güləşçimiz — Şəhanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Aynur Camalova (43 kq), Sevinc Əhədova (46 kq), Jalə Əliyeva (49 kq), Alina Zakoeva (52 kq) və Ceyla Nağızadə (56 kq) çempion adı uğrunda yarışacaq.

Veteran cüdoçularımız Avropa çempionatını komanda hesabdında 3-cü başa vurdular
© Photo : Azərbaycan Cüdo Federasiyası

Və nəhayət, son 2 yarış günü, yəni iyulun 23-24-də yunan-roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev heyətə 14 güləşçi daxil edib. Yarışda ölkəmizi Azər Muxtarlı (42 kq), Fail İskəndərov (46 kq), Zaur Nuriyev, Ədil Sadıqzadə (hər ikisi 50 kq), Nurlan Dadaşov (54 kq), Cavidan Cavadov (58 kq), Elnur Əsədov, Cavid Miralayev (hər ikisi 63 kq), Ülvi Qənizadə, Şirxan Quliyev (hər ikisi 69 kq), Cavid Yusifov (76 kq), Tehran Əminzadə (85 kq), Uğur Hacılı və Əli Əminzadə (100 kq) təmsil edəcək.

Qeyd edək ki, 100 kq çəkidə mübarizə aparan Əli Əminzadə həm sərbəst, həm də yunan-Roma güləşi yarşlarında mübarizə aparacaq. Beynəxalq dərəcəli hakim Natiq Hacıyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.

59
Teqlər:
qayda, Stokholm, Avropa çempionatı, İsveç, güləş, yenilik
Əlaqədar
Rio Olimpiadasına hazırlaşan güləşçilərimiz Ukraynaya gediblər
Güləşçilərimizi növbəti sınaq gözləyir
Azərbaycan güləşçisi olimpiadaya lisenziya qazandı
Azərbaycan güləşçisi dünya reytinqində liderdir
Qadın güləşçimiz birinciliyi qazandı
Güləş üzrə Azərbaycan birinciliyi start götürüb
Roy Cons, arxiv şəkli

Dişləyə bilər. Mayk Taysonun rəqibinin qulaqları sığortalanacaq

14
(Yenilənib 15:36 05.08.2020)
1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb

BAKI, 5 avqust — Sputnik. Keçmiş mütləq dünya çempionu Roy Consun qulaqları həmvətəni Mayk Taysonla döyüşdən əvvəl sığortalana bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Consun meneceri Colt Barnanın belə bir niyyəti var.

Barnanın fikrincə, "mümkün kazusu" nəzərə almaq lazımdır.

1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb.

Holifild və Tayson 1996-cı ildən 1997-ci ilə qədər iki döyüş keçiriblər. Hər ikisində Holifild qalib gəlib. O, birinci döyüşün 11-ci raundunda Taysonu nokauta göndərib. İkinci döyüşdə isə rəqibinin qulağını dişlədiyinə görə Tayson diskvalifikasiya olunub.

Bu il iyulun 21-də 54 yaşlı Mayk Tayson 51 yaşlı keçmiş mütləq dünya çempionu Roy Consonla döyüşəcəyini bildirib. Döyüş sentyabrın 12-də Kaliforniyada keçiriləcək. Duelin səkkiz raundlu olması planlaşdırılır.

Tayson xeyriyyə turnirləri üçün peşəkar rinqə qayıtmaq istəyi barədə aprelin sonlarında danışıb. Amerikalı 2005-ci ildən döyüşlərdə olmayıb. Onun hesabına 58 duel var. O, onlardan 50-də qazanıb.

14
Xanım Balacayeva

"Adi uşaqla şahmatla məşğul olan uşağın beyin fəaliyyəti eyni ola bilməz"

2530
(Yenilənib 09:57 05.08.2020)
"Zəif rəqiblə oynamaq ikiqat məsuliyyət tələb edir. Rəqibim güclü olanda, həvəslə oynayıram, uduzsam belə təsir etmir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Xanım Balacayeva Qax rayonunda anadan olub. 18 yaşından Beynəlxalq dərəcəli qrossmeyster (WGM) olan Xanım, Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır.

Təxminən 5 yaşından başlayaraq şahmat oynamağa başlayan şahmatçı, 14 ildir ki, bu işlə məşğuldur. Dünyada, eləcə də ölkəmizdə bir çox uğurlara imza atan xanım şahmatçı, bu idman növünün çətinlikləri barədə Sputnik Azərbaycan-a danışıb: “Anam və atam şahmatçı olub. Uşaqlıqda Aynur Sofiyevanı kumir olaraq seçmişdim. Amma sonralar o, siyasətlə məşğul oldu. İndi isə daha çox kişi şahmatçılarını izləyirəm. Onların içində vəfat edənləri də var. Məsələn, 1946-cı ildə dünyasını dəyişən tanınmış rus şahmatçısı Aleksandr Alyoxinin oyunlarını öyrənirəm. Hazırda şahmatdan uzaqlaşan Anatoli Karpovun oyunlarını izləyirəm. Hazırki dünya çempionu Maqnus Karlseni də izləyirəm. Azərbaycanlılardan isə Şəhriyar Məmmədyarovun oyunlarını öyrənirəm”. 

“Yaxşı şahmatçı olmaq üçün insandan nə tələb olunur” sualına şahmatçının cavabı belə olur: “Güclü şahmatçı olmaq üçün öncə insandan möhkəm iradə tələb olunur. Bundan başqa, şahmatçı gün ərzində ən azı 5-6 saatını şahmata ayırmaldır. Fiziki və zehni hazırlıq şərtdir. Məğlubiyyəti ilə barışmalıdır və məğlubiyyətini unudub, böyük ruh yüksəkliyi ilə yoluna davam etməlidir. Məğlubiyyətdən sarsılsa, ondan çətin şahmatçı ola. Təbii ki, məğlubiyyətdən sarsıldığım vaxtlar da olub. Amma bir oyunda məğlub olub, məğlubiyyətimi düşünəndə, növbəti oyunlara da həmin emosiyayla gedirəm. Bu zaman itirən mən oluram”.

© Photo : Courtesy of Khanim Balajayeva
Xanım Balacayeva

“Mənim də ümidsizliyə qapıldığım vaxtlar olub. Məğlub olduqdan sonra dəfələrlə şahmata “əlvida” dediyim vaxtlar olub. Həmin vaxtlarda köməyimə valideynlərim çatıb. Bir müddət sonra özümə gəlib, özümü toparlayıb, yenidən başlayıram. Əslində bu hal dünya şöhrətli idmançılardan da yan keçməyib. Onlarda da olur. İradəli olan qazanır. Keçən il “Aeroflot-2019” yarışında çox pis çıxış etmişdim. Həmin vaxtlar çox böyük stress yaşadım. Düşündüm ki, çox pis oynayıram. Artıq oynamayacam. Amma 10 gün istirahət edəndən sonra toparlandım və oyuna davam etdim. Ən böyük dəstəkçim valideynlərimdir. Həm şahmat baxımından, həm də mənəvi baxımdan mənə çox dəstək olurlar”, – deyə əlavə etdi.

Balacayeva düşünür ki, şahmatla məşğul olan uşağın beyini və düşüncə tərzi digər həmyaşıdlarından daha üstündür: “Fikrimcə, adi uşaqla şahmatla məşğul olan uşağın beyin fəaliyyəti eyni ola bilməz. Onların düşüncələri də fərqli olur.  Şahmat, beyinin inkişafına kömək edir. Bundan başqa, şahmat insanı təmkinli və səbirli olmağı öyrədir. Adətən 5 yaşından başlayırlar şahmata. 5 yaşlı uşaqla bir dəfə oynamaqla artıq onun gələcəyini müəyyənləşdirmək mümkündür. Onun tapdığı gedişlərdən, düşüncə tərzindən, adi stolda oturmağından gələcəyi barədə proqnoz vermək olar”.

© Photo : Courtesy of Khanim Balajayeva
Xanım Balacayevanın mükafatları

Xanımın fikrincə, ən güclü şahmatçılar çinlilərdi: “Çinlilərlə oynamaq ikiqat məsuliyyət tələb edir. Onlarla oynamaq üçün yox yaxşı hazırlaşırıq. Son 2-3 olimpiadanın qalibləri də onlardır. Çindən sonra Rusiya və Hindistan gəlir. Adını çəkdiyim ölkələrdən daha çox qrossmeyster və olimpiya çempionu yetişib”.

X.Balacayeva deyir ki, bəzən oyun zamanı gözlənilməz sürprizlərlə qarşılaşır: “2013-cü ildə Dubayda Dünya Çempionatı keçiriləndə 2 gediş uddum. Həmin yarışda yarım xalla uduzdum. Hamı inanırdı ki, o yarışdan qalib olaraq ayrılacam. Amma gözlədiyimiz olmadı. Qəribə orasıdır ki, güclü rəqiblərimi udmuşdum, düşünürdüm ki, udacam. Bəzən insanın özündən asılı olmadan səhv gediş gedirsən. Bu da məğlubiyyətə aparır”.

“Gözlənilməz sürpriz” komanda yarışlarında daha çox baş verir: “Yarışdan 1 gün əvvəl püşkatma olur. Artıq biz bilirik ki, rəqibimiz kimdir. Oyundan bir gün qabaq, internetdən rəqibimizin oyunlarına baxırıq. Güclü rəqiblə oynamaq, zəif rəqiblə oynamaqdan daha asandı. Zəif rəqiblə oynamaq ikiqat məsuliyyət tələb edir. Rəqibin güclü olanda, həvəslə oynayıram, uduzsam belə, təsir etmir. Amma zəif rəqiblə oynayıb uduzanda daha pis təsir edir insana. Bu, özünü daha çox komanda oyunlarında biruzə verir. 2018-ci ilin Olimpiada oyunlarında son tura qədər bizim komandanın qazanmaq şansı var idi. Azərbaycana ilk dəfə şahmat olimpiadasından medal gələcəkdi. Biz elə komandaya düşmüşdük ki, düşünürdük ki, udacağıq. Hamı arxayın idi ki, biz qalibik. Çünki güclü rəqibləri udmuşduq. Mən də həmin oyundan qızıl medal udmuşdum. Rahatlıq var idi ki, komanda udacaq. Amma biz həmin yarışda gözlədiyimiz nəticəni qazana bilmədik. Rəqib komanda zəif idi, amma həmin gün bizə qarşı güclü oynamışdılar. Beləliklə biz medaldan məhrum olduq", – deyə X.Balacayeva bildirdi.

© Photo : Courtesy of Khanim Balajayeva
Xanım Balacayeva

Xanım şahmatçı 28 ildən sonra bu sahədə qazanılan qələbədən danışır: “Bu il olimpiada olacaqdı, pandemiyaya görə təxirə salındı. Çox güclü hazırlaşmışdıq, istəyirdik ki, komanda şəkilində qələbə qazanaq. Çünki qadınlar arasında bu, hələ olmayıb. Keçən il Avropa çempionatında 3-cü yerə layiq görüldük. 28 ildən sonra qadın şahmatçıları 3-cü yerə layiq görüldü. Özü də çox güclü komandaları udduq”.

6 yaşından beynəlxalq yarışlarda iştirak edən həmsöhbətimiz, digər idman sahələri ilə də maraqlanır: “Şahmatla bərabər 1 il yüngül atletikayla məşğul olmuşam. Voleybolla və boksla da məşğul olmuşam. Bütün yarışları ailəliklə izləyirik. Xüsusən də voleybolu çox sevirəm”.

“İnsanın formalaşmasında mühitin çox böyük rolu var” deyən şahmatçı uğur qazanmağının sirrini bizimlə bölüşür: “Sosial şəbəkələrdən maksimum uzaq qaçmağa çalışıram. Onlar insanın həm vaxtını, həm də əsəblərini tarıma çəkir. Boş vaxtlarımda musiqi dinləyirəm. Şahmatçılar beyinlərini rahatlaşdırmaq üçün sakit, həzin musiqiyə qulaq asmalıdırlar. Bundan əlavə, filmlər izləyirəm və daha çox mütaliə edirəm. Mütaliə insanı sakitəşdirən ən gözəl vasitədir”. 

© Photo : Courtesy of Khanim Balajayeva
Xanım Balacayevanın mükafatları

“Yaşadığın bölgənin də insana təsiri böyükdür. Əvvəllər Qaxda yaşayırdım. Doğrudur, orada yaşayanda da müvəffəqiyyətlərim olub. Amma Qaxda yaşayanda qohum-əqrəba, dost-tanışla vaxtımı keçirirdim, məktəbə gedirdim, başım qarışırdı. Nəticədə, vaxtım gedirdi. Amma, Bakıda bütünlüklə özümü şahmata həsr etdim”, – qrossmeyster etiraf edir.

Xanım Balacayevanın anası Zəminə Balacayeva da şahmatçıdır. Rayonda uzun illər şahmatla məşğul olan Zəminə xanım deyir ki, qızının erkən yaşlarından peşəkar olacağını hiss edib: “Artıq 5 yaşından hiss edirdik ki, Xanım bu sahədə bacaracaq. 5 yaşında Avropa çempionatına qatılmışdı. Həmin çempionata atası ilə getmişdi. Həmin yarışlarda, artıq özünü göstərməyə başladı. Digər övladlarıma da şahmatı öyrətmək istədik, amma gördük ki, onlarda alınmır”.

Balacayevanın fikrincə, peşə sahələrində genetik faktor çox böyük rol oynayır: “Şahmata yenicə başlayan uşaqlara bütün gedişlər addım-addım öyrədilir. Xanıma heç vaxt bir gediş belə, öyrətməmişik. Yoldaşımla mən şahmat məktəbində işləyirdik. Xanımı da özümlə aparırdım, mən uşaqlarla məşğul olurdum, o da ən arxada otururdu. Uşaqlara baxa-baxa artıq gördük ki, şahmatı öyrənib. Şahmat elə bir sənətdir ki, oturub başa salmaq da mümkün deyil. Gərək onun qanında-canında olsun. Məncə, burada gen öz sözünü deyir”.

© Photo : Courtesy of Khanim Balajayeva
Xanım Balacayeva

Söhbətimizin bu məqamında Xanımın atası – onun ən böyük dəstəkçisi olan Əsəd Balacayev də bizimlə söhbətə qoşulur. Əsəd müəllim də uzun illər şahmatla məşğul olub. Rayonun sayılıb-seçilən şahmatçılarından olan Balacayev bu sahənin inkişafından söz açır: “Əvvəllər 16 yaşında şahmata başlayan insan, müəyyən nailiyyətlər əldə edə bilirdi. İndi isə 12 yaşından başlayanlar belə, uğur əldə edə bilmir. Çünki rəqabət həddindən artıqdır. Gec başlayan, nə qədər çalışsa da, irəliyə gedə bilmir. Sovet dövrü və 90-cı illərin şahmatı ilə bugünkü şahmatın vəziyyəti arasında fərq böyükdür. O dövrdə 16-17 yaşlarında çox nadir hallarda qrossmeyster ortalığa çıxırdı. Bu gün şahmat sürətlə inkişaf edir. O dövrdə müəllim də az idi. Qrup dərslərində iştirak edib, nəsə öyrənməyə çalışırdıq. İndi isə fərdi məşqçilər çoxdur. Kompüter, internet uşaqları çox irəliyə apardı. İndi çox güclü proqramlar var, şahmatçılar o proqramlar vasitəsi ilə özlərini inkişaf etdirə bilərlər. Bizim dövrümüzdə isə belə deyildi. Məşqçi də az idi, məlumat bazamız da yox idi. Biz kitablardan öyrənməyə çalışırdıq, kitablardan da yetərincə faydalana bilmirdik”.

2530
“Kəlbəcər”  tankeri

Odessada dizayn olunan "Kəlbəcər" suya salınıb - VİDEO

0
(Yenilənib 19:27 06.08.2020)
Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir

BAKI, 6 avqust — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa edilən "Kəlbəcər" neftdaşıyan tankeri növbəti mərhələsinin tikintisinin aparılması üçün suya salınıb. Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə "Kəlbəcər" tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

Qeyd edək ki, bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.

Yeni nəsil "Kəlbəcər" tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd "Wartsila" istehsalı mühərriklərlə təchiz edilib.

Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatddıqdan sonra "Kəlbəcər" tankerinin dəniz-istismar sınaqlarına başlanacaq.

Yeni nəsil "Kəlbəcər" tankerinin xarici sularda istismarı nəzərdə tutulur.

Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir. Ötən ilin sonunda istismara verilmiş "Laçın" adlı ilk tanker artıq üçrəngli bayrağımız altında xarici sularda istismar olunur. Eyni zamanda, ASCO-nun sifarişinə uyğun olaraq daha iki ədəd eyni tipli gəminin tikintisi işləri də qrafikə uyğun davam edir.

Bununla belə, hazırda ASCO-nun donanmaları üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar davam etdirilir.

0