Anar Süleymanov, dördqat Avropa və Dünya çempionu

"Çalışacağam ki, ölkəmizdə daha güclü kikboksçu qızlar olsun"

173
(Yenilənib 16:40 14.07.2016)
Baş məşqçi təyin olunan Anar Süleymanov: "Belə komandanın formalaşması rəqabəti artıracaq. Eyni zamanda, bu sahəyə maraq güclənəcək və daha çox uğur qazanmaq şansımız olacaq"

BAKI, 14 iyul — Sputnik. Azərbaycan Kikboks Federasiyasında (AKF) yeni vəzifəyə təyinat olub. Belə ki, bir neçə gün öncə Federasiyanın prezidenti Adil Əliyevin sərəncamı ilə məşqçi Anar Süleymanov qızlardan ibarət milli komandanın baş məşqçisi postuna gətirilib.

AKF-in vitse-prezidenti Güloğlan Cabbarov Sputnik-ə açıqlamasında deyib ki, Anar Süleymanov uzun illərdir, xanım kikboksçularımıza məşq keçir: "Başqa məşqçilərdən fərqli olaraq onun yetirmələri, demək olar ki, xanımlardır, həm də bu illər ərzində yaxşı kikboksçu xanımlar yetişdirməyi bacarıb".

"Məhz buna görə də Federasiyamızın prezidenti Adil Aliyevlə məsləhətləşdikdən sonra qərara gəldik ki, Anar Süleymanovu qızlardan ibarət yığma komandanın baş məşqçisi vəzifəsinə gətirək. Düşünürəm, bundan sonra beynəlxalq yarışlarda daha uğurlu nəticələr olacaq".

Anar Süleymanov isə Sputnik-ə açıqlamasında təyinatdan razı qaldığını və bunun məsuliyyət olduğunu dilə gətirib: "Güloğlan Cabbarovun məsləhəti, Adil Əliyevin təşəbbüsü ilə mən Kikboks Federasiyasında qızlardan ibarət milli komandanın baş məşqçisi postuna gətirildim".

"Bundan sonra Respublika çempionatında 1, 2, 3-cü yerləri tutan xanım idmançılar bir araya gələrək məşqlər ediləcək", — A. Süleymanov vurğulayıb.

Baş məşqçi bildirib ki, belə komandanın formalaşması rəqabəti artıracaq: "Bu, eyni zamanda marağı artıracaq, daha çox uğur qazanma şansları olacaq. Bu gündən sonra çalışacağam ki, ölkədə daha güclü qız kikboksçular olsun və daha çox Dünya və Avropa medalları gətirək ölkəmizə".

173
Teqlər:
Güloğlan Cabbarov, AKF, Azərbaycan Kikboks Federasiyası, Adil Əliyev, kikboks, Anar Süleymanov
Əlaqədar
İdmançı xanım: "İki oğlandan birini döydüm, o biri qaçdı"
Azərbaycanın ən məşhur qadın cüdoçusu: "Baş məşqçini çoxdan dəyişmək lazım idi"
Qadın güləşçilərimizin Ukraynaya yollanıblar
Karateçilərimiz mübarizəyə başladılar
Oskar heykəli, arxiv şəkli

Hollivudla əməkdaşlıq edən məşhur idmançı "Oscar" almaq istəyir

13
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib.

BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".

Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.

13
Teqlər:
Oskar, Hollivud, Həbib Nurməhəmmədov
Braziliya futbolçusu Ronaldinyo Bakıda, arxiv şəkli

Dünyanın ən yaxşı futbolçusu qəmə batdı: əzizini COVID apardı

11
(Yenilənib 14:41 21.02.2021)
Ronaldinyo 71 yaşlı anası Migelinanın xəstəxanaya aparıldığını hələ ötən ilin dekabrında sosial şəbəkədə yazmışdı

BAKI, 21 fevral - Sputnik. Futbol ulduzu Ronaldinyo Qauçonun anası koronavirusdan vəfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Mundo Deportivo xəbər yayıb. 

Ronaldinyo 71 yaşlı anası Migelinanın xəstəxanaya aparıldığını hələ ötən il dekabrın 21-də sosial şəbəkədə yazmış, anasının intensiv terapiya şöbəsinə yerləşdirildiyini və həkimlərin tam qayğısı ilə əhatə olunduğunu demişdi. 

​Ronaldinyo 2018-ci ildə futbolçu karyerasına son qoyub. O, 2003-2008-ci illərdə "Barselona"nın heyətində iki dəfə İspaniya çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.

 

11
Teqlər:
COVID-19, vəfat, ana, Ronaldinyo
İntihar kəndiri, arxiv şəkli

Akademiya birinci kurs tələbəsinin intiharına münasibət bildirib

0
(Yenilənib 10:08 28.02.2021)
Birinci kursda, məşqçilik ixtisası üzrə təhsil alan Seymur Əsgərov onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub.

BAKI, 28 fevral - Sputnik. “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Seymur Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladıq”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu sözləri Akademiyanın Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.

O bildirib ki, birinci kursda, məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub:

“Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib. Belə nümunəvi bir tələbəsini itirən akademiyamız Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı verir”.

Qeyd edək ki, hadisə dünən Qəbələ rayonunda baş verib. Zərgərli kəndində yerli sakin, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

0