AAAF rəhbər heyəti ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib

Ağır atletika komandalarına məşqçi heyəti seçilib

40
AAAF-in rəhbər heyəti ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər heyəti — baş katib Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib. Yığıncaqda ölkənin əksər ağır atletika məşqçi-mütəxəssisləri iştirak ediblər.

Sputnik AAAF-ın rəsmi saytına istinadən xəbər verir ki, baş katib Rizvan Rəsulov iclası açaraq, son zamanlar ağır atletikamızda baş verən hadisələr haqqında məlumat verib və məşqçilərin son dərəcə məsuliyyətli olmasının vacibliyini qeyd edib.

Federasiyanın vitse-prezidenti Ruslan Xanverdiyev Respublikamızda ağır atletikanın inkişafı üçün yaradılan şəraitin dünyanın heç bir ölkəsində olmadığını vurğulayıb. O, iclas zamanı yeni ağır atletika zallarının regionlarda inşa etdirilməsi haqqında da məlumat verib.

Yığma komandanın böyük məşqçisi Tofiq Heydərov bundan sonrakı fəaliyyət planı haqqında danışaraq Respublikamızda ağır atletikanın gələcəyinin parlaq olacağına inamını dilə gətirib. Ağır atletika ilə məşğul olan yüzlərlə yeniyetmə istedadlı atletlərimizin olduğunu qeyd edən mütəxəssis, yeni məşqçi heyəti işini düzgün quracağı halda, uğurların çoxalacağına əmin olduğunu qeyd edib.

Sonra səsvermə yolu ilə bütün yaş qruplarında yığma komandalara məşqçilər heyəti seçilib. Səsvermə zamanı 58 məşqçi və mütəxəssisin adı olan namizəd siyahısı təqdim edilib. Onların içərisindən ən çox səs toplayanlar müvafiq postlara seçiliblər.

Əməkdar məşqçi Maksum Xasanov səs çoxluğu ilə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi seçilib. Gənclər arasında yığma komandaya əməkdar məşqçi Kərim Kərimov, yeniyetmələr arasında yığmaya Anar Qasımov, qadınlar arasında yığma komandaya isə moldovalı Nataliya Prişepa baş məşqçi təyin olunub. Oktay Muxtarov isə yığma komandaların rəisi postuna təyin edilib.

Məşqçilərin tam siyahısı aşağıdakı kimidir:

Böyüklərdən ibarət yığma (əsas komanda)
Baş məşqçi: Maksum Xasanov (əməkdar məşqçi)
Köməkçilər:
— Məmməd Məmmədov (əməkdar məşqçi)
— Zəfər Tağıyev
— Soltan Kərimov (əməkdar məşqçi)
— Elnur Hüseynov

Gənclərdən ibarət yığma komanda
Baş məşqçi: Kərim Kərimli (əməkdar məşqçi)
Köməkçilər:
— Azad Nurməmmədov (əməkdar məşqçi)
— Emil Əliyev
— Teymur Əliquliyev (əməkdar məşqçi)
— Akif Alıyev

Yeniyetmələrdən ibarət yığma komanda
Baş məşqçi: Anar Qasımov
Köməkçilər:
— Nizam Rufullayev
— Azər Hacıxəlilov (əməkdar məşqçi)
— Vüsal Ağayev
— Ağakərim Kərimov
— Asif Məmmədov (U-15)
— Elxan Süleymanov (U-15)
— Ağalar Muxtarov (U-15)
— Zülfüqar Süleymanov (U-15)
— Turan Abdullayev (U-15)

Qadınlardan ibarət yığma komanda
Baş məşqçi: Natalya Prişepa
Köməkçilər:
— Hafiz Süleymanov
— Taleh Hüseynov
— Rayət Abdalov (əməkdar məşqçi)
— Təranə Abbasova

40
Teqlər:
Rizvan Rəsulov, Ruslan Xanverdiyev, AAAF, Azərbaycan Ağır Atletika Federasiyası, Tofiq Heydərov
Əlaqədar
Azərbaycanlı atlet: “Özümü Olimpiadada ilk üçlükdə görürəm”
Milli Olimpiya Komitəsinin vitse-prezidentindən idmançılara dopinq xəbərdarlığı
Dopinqdə ittiham olunan azərbaycanlı idmançı: "Son şansım idi..."
"Şarapovanın qəbul etdiyi dərmanda dopinqlik heç bir effekt yoxdur"
"Dopinq ittihamı siyasi təzyiq vasitəsidir"

Gənclər üçün nümunə: Yetmiş dörd yaşlı bodibilder müsabiqələri fəth edir

29
(Yenilənib 10:36 09.05.2021)
Bədən tərbiyəsi müəllimi Nikolay Çernuşkin gəncləri mükəmməl fiziki forma əldə etməyə və yarışlarda qələbələrə ruhlandırır. Daha ətraflı videomuzda.

Çernuşkinin dediyinə görə, uşaqlıqdan idmanla məşğul olub. Təqaüdə çıxmazdan əvvəl xizək sürməyə başlayıb, daha sonra qış idmanını tərk edib.

Təxminən 45 yaşından bodibildinqlə maraqlanıb və özünü tamamilə ona həsr edib.

Zamanla Nikolay müxtəlif yarışlara qatılaraq bir neçə dəfə qalib olub.

 

29
Beşiktaş klubunun azarkeşləri, arxiv şəkli

"Beşiktaş" növbəti dəfə Türkiyə Super Liqasının qalibi olub

474
Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.

BAKI, 15 may - Sputnik. Türkiyə Super Liqasında 2020/21 mövsümünün çempionu müəyyənləşib.

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, həm qızıl medalların, həm də digər mükafatçıların sahibləri son turda bəlli olub.

Son tur öncəsi “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” qızıl medallara iddia edirdi. Axırıncı oyunlar da kritik alınıb. Kayseridə yerli “Kayserispor” üzərində əzmkar qələbə qazanan “Fənərbaxça” buna rəğmən bürünc mükafatla kifayətlənib. Enner Valensiya və Sərdar Azizin son dəqiqələrdəki qolları sayəsində “sarı-lacivərdlilər”in 2:1 hesablı qələbəsi 3-cü pillədə yer alan komandanın mövqeyini dəyişməyib.

Öz meydanında “Yeni Malatyaspor” önündə hesabda geri düşən “Qalatasaray” İbrahim Dərvişoğlu, Rayan Babel və Oğulcan Çağlayanın ikinci hissədəki qolları sayəsində 3:1 hesablı qələbə qazanıb. Lakin bu, çempionluq üçün yetərli olmayıb. Çünki İzmirdə “Göztəpə” ilə üz-üzə gələn “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qara qartal”ın heyətində Domaqoy Vida və Raşid Qezzal fərqlənib.

“Beşiktaş”la “Qalatasaray” mövsümü eyni xalla (84) tamamlamasına baxmayaraq, müsbət top fərqi rəqibindən daha çox olan “ağ-qaralar” finişə birinci çatıb.

Beləliklə, 3 illik həsrətə son qoyan “Beşiktaş” 16-cıdəfə Türkiyə çempionluğunu qazanıb.

Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.

Bundan başqa, “Dənizlispor”, “Ərzurumspor” və “Ankaragücü”nün ardından “Gənclərbirliyi” də elitanı tərk edib.

474

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

0
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

0
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava