Fransa-Portuqaliya qarşılaşması. 2006-cı il Dünya Kubokunun yarımfinalı

Avro-2016-nın finalı: komandalar qələbə üçün istənilən qurbana hazırdırlar

56
(Yenilənib 23:03 10.07.2016)
Əslində nəyin baş verəcəyini biz bir neçə saatdan sonra biləcəyik.

BAKI, 10 iyul-Sputnik. Bir ay əvvəl Fransa-Rumıniya oyunu ilə Fransada Avropa çempionatı başladı. Bu gün biz səbirsizliklə Avropa birinciliyinin sonuncu və əsas oyununu gözləyirik. Bu oyunun birinci ilə oxşarlığı yalnız birdir, hər iki görüşdə meydan sahibləri iştirak edirlər.

Çempionat başlamazdan əvvəl bir çoxları qalibiyyət uğrunda mübarizədə favorit kimi Fransanın adını çəkirdilər. Lakin heç bir bukmeker və ya idman icmalçısı finalda Portuqaliyanı görmürdü (portuqaliyalı fanatlar istisna olmaqla). Çempionatın gedişində qələbələrinə baxmayaraq, inamlı görünməyən fransızların çempionluğuna əminlik bir qədər zəiflədi. Lakin Kop, Platini və Zidanın varisləri zənnləri yanıltmadılar və ulduzlarının fərdi oyununun sayəsində finala çıxdılar. Eysebio və Fiqunun varisləri də onların mirasına layiq olduqlarını nümayiş etdirərək birinciliyin sonuncu oyununa qədər irəliləsələr də, oyunları ilə fanatları məyus etdilər.

Qısa olaraq yarımfinallardan danışaq. Portuqaliya-Uels. Bir çox futbol fanatlarının həmin görüşdə uelslilərə azarkeşlik etdiyini desəm, yanılmaram. Onlar buna layiq idilər. Gözəl oyunlar keçirən Uels yığması əlçatmaz bir nəticəyə, Avropa çempionatı kimi mötəbər turnirin yarımfinalına çıxmağa nail oldu.

Hörmətli futbol həvəskarları, ötən yazımda qeyd etmişdim ki, Uels disklvalifikasiya ucbatından oynamayan Aaron Remzi problemini həll etsə, bu yarımfinal görüşünün qalibi olacaq. Bu problemi həll etmək mümkün olmadı. Uelslilərin oyunu məna və kəskinliyini itirdi. Qaret Beyl meydançanın ortasından ötürmə almayaraq özü geri çəkilməyə başladı. Lakin hətta Beyl kimi böyük futbol ustası da eyni zamanda pleymeyker və qoleador ola bilmədi. Portuqallar Fransada ilk dəfə oyunu əsas vaxtda, özü də ədalətli olaraq uddular. Buna şübhə yoxdur. Lakin düşünürəm ki, dünya futbol ictimaiyyətinin nümayəndələrinin əksəriyyətinin finalda pireneylilərin yerinə daha layiqli yığmanı görmək istədiklərini desəm, çoxsaylı futbolsevərlərin fikirlərini ifadə etmiş olaram. Lakin bütün bunlar artıq tarixdir və o, məlum olduğu kimi əhval-ruhiyyəyə tabe deyil.

Uelslilər qəhrəman kimi qarşılandıqları evə döndülər, portuqaliyalılar isə bu gecə Paris yaxınlığındakı Sen-Deni şəhərində yerləşən "Stad de Frans" stadionunda çempion titulu uğrunda mübarizə aparacaqlar. Almaniya ilə Fransa arasında keçirilən ikinci yarı-final matçının nəticəsinə gəlincə, çox şeyi italyan arbitr Nikola Ritssoli həll etdi. Avropa Çempionatında onun hakimliyi mükəmməllikdən uzaq idi və şəxsən mənim üçün təəccüblü və gözlənilməz idi. Məhz bu hakim həmin prinsipial oyunun taleyini həll etdi. Bununla belə, Avropa Çempionatındakı matçlardakı hakimiliyi dövründə Ritssolinin kifayət qədər yumşaq desək, ləkələri olub. Təşkilatçılar nəzərə almalı idilər ki, 1\4 finalda almanlar amansız mübarizədə — penaltidə İtaliya yığmasına qalib gəlmişdilər.

 Mən heç bir halda Ritssolini qeyri-obyektivlikdə günahlandırmıram, amma razılaşın ki, birinci hissənin sonunda onun almanların qapısına təyin etdiyi penalti oyunun sonrakı hissəsini korladı. Təkrar kadrlar aydın şəkildə göstərdi ki, Şvaynştaygerin əllə oyunu var idi, amma bir çoxları bunun fərqinə varmamışdılar. Belə bir sual ortaya çıxır: Ritssolini Avropa Çempionatının yarı-final matçında, birinci hissənin sonunda belə vasvası prinsipiallığa nə məcbur etmişdi?

Digər tərəfdən qeyd edim ki, bu qəbildən olan futbol fəlakəti, yaxın keçmişdə Almaniya yığmasının oynunu korlaya bilməmişdi, əksinə, onu yalnız səfərbər etmişdi. Amma bu dəfə almanlar öz iradələrinin gücünü nümayiş etdirmədilər. Birinci hissədə penalti ilə cəzalandırılandan sonra, hansı ki, Qrizmann bundan səmərəli istifadə etdi, parlaq oyun nümayiş etdirən almanların ikinci hissədə oyunu tamamilə söndü və Antuana Noyerin qapısına bu oyunun ikinci, özünün isə çempionat ərzindəki 6-cı qolunu vurmağa imkan yarandı.

Fransızlar bukmeyker kontorlarının böyük xoşbəxtliyindən ev sahibliyi etdikləri çempionatın finalına çıxıblar və bu gün portuqallarla qarşıdurmada öz həmvətənlərini pərişan etməməyə çalışacaqlar. Finalın nəticələrini öncədən demək yaxşı iş deyil. Lakin fransızların sonuncu  oyunu göstərdi ki, bu yığmanın nəhəng üçlüyü — Poqba-Jiru-Qrizmanın (yeri gəlmişkən, Rusiya KİV-lərinin məlumatına görə, Antuan ana tərəfdən portuqaldır) oyunu baş tutdu və əgər onlar bu iki günü yaxşı istirahət edə bilsələr, pireneylilərə çox çətin olacaq. İnandırıcıdır ki, bu üçlüyü Payet dəstəkləyir. O, start matçlarından sonra bir qədər yavaşısa da, demək olar ki, köməksiz fransızlara qələbə gətirdi.

Portuqaliyalılar elə-belə təslim olmayacaqlar. Və burada ən böyük rolu Ronaldu oynamalıdır. Çünki o, tamamilə təbii olaraq Portuqaliyaya qızıl medal gətirmək istəyir. Onun qələbə naminə mümkün olan və olmayan hər şeyi etmək üçün daha bir üzrlü səbəbi də var. İki müasir nəhəng futbolçu — Lionel Messi və Kriştianu Ronaldo əbədi qarşıdurmadadır. Bu hər iki top sehrbazının xidməti dünyanın futbol ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Lakin onların heç biri heç bir iri beynəlxalq turnirdə öz yığmasını qələbəyə daşımayıb. Lionel Messi keçən Amerika çempionatında öz komandasını finala daşıdı, lakin argentinalılar çempion titulunu çilililərə güzəştə getdilər. 

Futbol üzrə Almaniya yığmasının oyunqabağı son təlim-məşq toplantısı
© REUTERS / Denis Balibouse
Penaltilar seriyasında kifayət qədər həvəskarcasına güzəştə getdilər, Lionel öz onbirmetrliyini qaçırdı. Ronaldo da komanda ilə birlikdə finala yüksəlməyi bacardı (o artıq bir dəfə Portuqaliyada Avropa Çempionatının finalında oynayıb, hansı ki, o oyunda meydan sahibləri sensasiyalı bir şəkildə yunanlara məğlub olmuşdular). O artıq çoxdan uşaq deyil və başa düşür ki, gələcəyə kor-koranə ümid etmək olmaz. Hamı düşünür ki, Kriştianu bu gün Avropa çempionu olmaq barədə arzu olunan məqsədə çatmaq və Messinin burnunu qırmaq üçün özünün bütün ustalığını ortaya qoymağa çalışacaq. Ronaldo üçün stimul olduqca önəmlidir.

Bugünki final necə keçəcək? Bu barədə bu futbol tamaşasının baş rejissorlarından biri, Portuqaliya yığmasının çalışdırıcısı Fernandu Santuş final matçı ərəfəsində jurnalistlərlə öz fikirlərini bölüşərkən kifayət qədər dəqiq fikir söyləyib: «Hər şey situasiyadan asılıdır. Bu alma və portağal kimidir: hərdən bunu seçirsən, hərdən də o birini. İstənilən halda biz rəqibin əleyhinə oynamayacağıq. Biz onlarla üz-üzə oynacağıq. Finalda, artıq mənim dediyim kimi, futbolun keyfiyyəti haqqında danışmaq olmaz. Burada söhbət yalnız uduşdan gedə bilər.»

Düşünürəm ki, Santuşla razılaşmamaq olmur. Bu gün rəqib komandalar qələbə naminə hər cür qurban verməyə hazırdırlar. Həmçinin oyunun keyfiyyəti baxımından. Amma bütün bunlar sadəcə fərziyyədir. Əslində nəyin baş verəcəyini biz bir neçə saatdan sonra biləcəyik.

56
Teqlər:
Jiru, Fernandu Santuş, Qrizman, Poqba, Aaron Remzi, Şvaynştayger, Sen-Deni, "Stad de Frans", Nikola Ritssoli, Avro-2016, Portuqaliya yığması, Avropa çempionatı, Uels, Paris, Fransa, Kriştianu Ronaldo, Lionel Messi, futbol
Əlaqədar
Futbol yığmasının məşqçisi istefa verir
Futbol psixozunun arxasında nə dayanır?
Futbol bayramı davam edir
Futbol üzrə Avropa çempionatı başlayır
Portuqaliya, yoxsa Fransa: Ən çox pul hansının qələbəsinə atılır?
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

18
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

18
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10
Xalq artisti Faiq Ağayev, arxiv şəkli

Faiq Ağayev anasını klipə çəkdi, məşhurları oxutdu - VİDEO

0
(Yenilənib 13:24 16.01.2021)
Klipdə Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova və digər məşhurlar da yer alıblar

BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.

Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.

0
Teqlər:
qələbə, Qarabağ, klip, Faiq Ağayev