Azərbaycanlı ağır atlet Sərdar Həsənov London-2012 Olimpiadası zamanı. Arxiv şəkli

Azərbaycanın ağır atletləri beynəlxalq səviyyədə sıradan çıxarılır?!

74
(Yenilənib 16:54 08.07.2016)
Azərbaycanın daha bir ağırlıqqaldıranı dopinq testindən üzüağ çıxa bilmədi.

BAKI, 8 iyul — Sputnik. Azərbaycanın daha bir ağır atletində dopinq testi müsbət nəticə verib.

Sputnik Beynəlxalq Ağır Atletika Federasiyasının saytına istinadən xəbər verir ki, idmançımız Sərdar Həsənovda doping aşkarlanıb.

Atletin orqanizmində istifadəsi qadağan edilmiş dehidroxlormethiltestosteron maddəsinin olduğu müəyyənləşib.

Beynəlxalq Ağır Ateltika Federasiyası 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş analizlərin təkrar yoxlanması nəticəsində azərbaycanlı idmançının testinin müsbət çıxdığını bildirib.

Cəzalar açıqlanana qədər Azərbaycan idmançısı yarışlardan diskvalifikasiya edilib.

Qeyd edək ki, bundan öncə dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlanması nəticəsində İntiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb.

Bir müddət əvvəl dopinq probleminə toxunan azərbaycanlı idmançı və ekspertlər Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti erməni əsilli Tamaş Ayanın azərbaycanlı idmançıları dopinqlə sıradan çıxarmasını onun ölkəmizə qarşı qərəzli münasibəti ilə əlaqələndirmişdilər. Onlar bildirirdilər ki, Tamaş Ayan ağır atletikanın Avropa Oyunlarına daxil edilməsi üçün Azərbaycana gəlib və gənclər və idman naziri Azad Rəhimovla görüşüb. O zaman onların danışıqları nəticəsiz qalıb, çünki Azərbaycan Avropa oyunlarına ev sahibliyi etdiyindən ağır atletikanı oyunlara salmaq istəməyib. O vaxtdan Tamaş Ayanın bizim idmançılara qarşı təxribatları başlayıb.

Ekspertlərin fikrincə, əgər belə getsə, Azərbaycanın ağır atletləri bütün beynəlxalq yarışlardan kənarda qalacaqlar.

74
Teqlər:
Pekin-2008, Sərdar Həsənov, Beynəlxalq Ağır Ateltika Federasiyası, 2008-ci il Pekin Yay Olimpiya Oyunları, Tamaş Ayan, gənclər və idman naziri Azad Rəhimov, Avropa Oyunları
Əlaqədar
Böyük qalmaqal: Olimpiadaya lisenziyalarımız ləğv olundu
İdman dünyasında böyük qalmaqal: Avropa Oyunlarına görə Azərbaycandan intiqam aldılar
Milli Olimpiya Komitəsinin vitse-prezidentindən idmançılara dopinq xəbərdarlığı
Azərbaycanla Dünya Ağır Atletika Federasiyası arasında dopinq qalmaqalı davam edir
"Dopinq ittihamı siyasi təzyiq vasitəsidir"
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

31
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

31
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

29
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

29