Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu axşam son finalçı bəlli olacaq

© REUTERS / Denis BalibouseFutbol üzrə Almaniya yığmasının oyunqabağı son təlim-məşq toplantısı
Futbol üzrə Almaniya yığmasının oyunqabağı son təlim-məşq toplantısı - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya-Fransa yığmalarının qarşılaşması nəticəsində Avropa çempionatının sonuncu finalçısı müəyyənləşəcək

BAKI, 7 iyul — Sputnik. Bu gün futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi başa çatacaq. Sputnik xəbər verir ki, Almaniya ilə Fransa yığmaları arasında bu axşam keçiriləcək matçda ikinci finalçı müəyyənləşəcək.

Avropa birinciliyinin yarımfinalında ilk dəfə üzləşəcək bu komandalar, rəsmi oyunlarda 12 dəfə rəqib olublar və statistika fransızların xeyrinədir. AVRO-2016-nın meydan sahibi matçların yarısında qalib olub. Dörd oyun almanların qələbəsi ilə, 2 matç isə heç-heçə nəticələnib.

İtaliya yığmasının üzvü Simone Zaza irlandiyalı Darren Randolfla toqquşadan sonra əllərilə üzünü örtür - Sputnik Azərbaycan
İDMAN
Avropa çempionatında favorit komandadan acı məğlubiyyət

 

Beləliklə, 7 iyul, saat 23.00, Avropa çempionatının yarımfinal oyunu:

Almaniya — Fransa

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Damir Skomina

Ehtiyat köməkçi hakim: Yure Praprotnik (hər ikisi Sloveniya)

Marsel. Velodrom stadionu

 

Final oyunu iyulun 10-da keçiriləcək. Portuqaliya yığması Uelsə 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Xəbər lenti
0