Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Kəpəz"in baş məşqçisi: "Vəziyyət rəqibin xeyrinədir"

© Photo : kapazpfc.azŞahin Diniyev. Arxiv şəkli
Şahin Diniyev. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şahin Diniyev: "Amma "Kəpəz" əlini yuxarı qaldırıb məğlub olmağa getməyəcək, uğurlu nəticə əldə etmək üçün çox çalışmalıyıq"

BAKI, 6 iyul — Sputnik. Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Moldovada "Kəpəz" — "Daçiya" qarşılaşması baş tutacaq. "Kəpəz"in baş məşqçisi Şahin Diniyev oyun öncəsi qarşılaşma ilə bağlı fikirlərini Sputnik-ə bildirib.

"Doğma meydançamızda, çətin rəqib olan "Daçiya" ilə 0-0 oynadıq. Buna görə də oyunun taleyi Kişinyovda həll olunacaq. Bizi çox çətin oyun gözləyir", — baş məşqçi bildirib.

Onun sözlərinə görə, "Daçiya"nın həm evdə oynaması, həm səfərdə yaxşı nəticə əldə etməsi onların xeyrinədir: "Amma "Kəpəz" əlini yuxarı qaldırıb məğlub olmağa getməyəcək, uğurlu nəticə əldə etmək üçün çox çalışmalıyıq".

Xəbər lenti
0