Fəridə Əzizova

Dinini dəyişmiş azərbaycanlı idmançı: "Boynumdakı xaçı görüb üstümə gəldilər"

1246
Fəridə Əzizova: "Neçə illərdir, ailəmlə bir yerdə yaşamıram, mənim öz yolum var. Valideynlərim mənim seçimimə qarışmır və hörmət edirlərsə, başqa insanlar da seçimimi normal qarşılamalıdırlar"

BAKI, 4 iyul — Sputnik. 2012-ci il London olimpiadasında Azərbaycanı təmsil edən, 2016-cı il Rio-de Janeyro olimpiadasına lisenziya qazanan, Gənclər arasında Avropa çempionu, Qadınlar arasında dünya 3-cüsü, Dünya təsnifat turnirinin 2-cisi, Avropa oyunlarının gümüş medalçısı, xanım taekvandoçumuz Fəridə Əzizova Sputnik-in suallarını cavablandırıb.

– Fəridə Əzizovanın fərqli imici və kişi geyimlərinə üstünlük verməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bu haqda nə düşünürsən?

– Belə bir məsəl var ki, "pişiyin əli ətə çatmayanda adını iylənmiş qoyur". Bizim cəmiyyətdə belə hallar var. İnsanlar xoşlayırlar ki, başqalarının həyatına müdaxilə eləsinlər. Xüsusilə özü kimi olmayan, özü kimi düşünməyən insanın həyatı daha maraqlı gəlir. Hər kəsin şəxsi həyatı var. Mən heç kimin şəxsi həyatına müdaxilə etmirəm. Xüsusilə 18 yaşından böyük insanın fikrini dəyişmək və ya onu özlərinə oxşatmağa çalışmaq çox çətindir və düzgün deyil.

Taekvandoçu Fəridə Əzizova
© Sputnik / Tarana Khudabakhshiyeva
Taekvandoçu Fəridə Əzizova

O ki qaldı mənim geyim tərzimə, mən 10 ildir, belə geyinirəm və bu, mənə çox rahatdır. İdmançıyam, idmandan çıxandan sonra mənim saçıma, makiyajıma sərf etməyə vaxtım yoxdur. O vaxtı idmanıma sərf etməyi üstün tuturam. Onu da qeyd edim ki, elə insanlar var, mənim geyimimi şəxsi fikirləri ilə bağlayırlar. Belə insanlara demək istəyirəm ki, düşüncələrinizi dəqiqləşdirmək üçün başqalarından deyil, məhz məndən soruşun və mən də lazımı olan düzgün cavabı verim.

– Bu imicini nə qədər davam etdirmək fikrin var?

–  Buna imic deyə bilmərəm. Çünki, mənə rahat olduğu üçün belə geyinirəm. Düşünmürəm, nə vaxtsa geyim tərzimi dəyişəcəm. Böyük ehtimalla, həmişə belə geyinəcəm.

– Bir müddət sonra gənc qızlar Fəridənin imicinə müraciət edə bilərlərmi?

– Ola bilər. Niyə də olmasın? Mən düşünürəm ki, heç də pis geyinmirəm. Kimsə özünə bu imicdə görürsə, geyinsin.

– Bir neçə il əvvəl dinini dəyişdin. Niyə məhz xristianlıq və onun provaslav qanadı?

– Hər bir insanın özünə yaxın bildiyi din var. Mən xristianlığı qəbul edəndə heç kimə açıqlamadım. Bilirdim, çoxu mənə pis baxacaq, hətta mənə kafir deyən də çox olacaq. Mən bunu gündəm üçün eləmədim, əksinə özümə görə etdim. Sonradan şəkillərdə boynumdakı xaçı görüb başladılar sosial şəbəkələrdə mənə yazmağa və üzərimə gəlməyə. O insanlar cavabını aldılar. Mən düşünürəm ki, Allaha inanmaq lazımdır. Fərq eləmir məsciddəsən, kilsədəsən. Mən məscidə də getmişəm, sadəcə özümü rahat hiss edə bilmirdim. Kilsəyə gəldim, aylarla dərinliyə kimi araşdırdım və bir il sonra xristianlığı qəbul etdim. 3 ildir artıq bu dini qəbul etmişəm.

– Ailə üzvülərin bu haqda bilirlər?

– Necə ki digər insanlara, eləcə də ailəmə bu haqda heç nə demədim. Mən ailəmlə illərdir ki, bir yerdə yaşamıram və mənim öz yolum var. Ailəm də mənim seçimimə hörmətlə yanaşır. Valideynlərim mənim seçimimə qarışmırsa və hörmət edirlərsə, başqa insanlar da seçimimi normal qarşılamalıdırlar.

– Gələcəkdə hansısa müsəlman oğlanı sevsən və o, yenidən müsəlmanlığa qayıtmağı qarşına şərt qoysa, qərarın nə olar?

– Məni sevən olduğum kimi sevməlidir. Bunu bacarmırsa, demək sevmir. Ona görə dinimi dəyişmək fikrim yoxdur. Sevgi hörmətdir, sevgi bir-birini qarşılıqlı anlamaqdır. Əgər məni olduğu kimi qəbul etməsə, o insandan imtina edərəm.

1246
Teqlər:
London olimpiadası, Avropa çempionu, Rio-de Janeyro Olimpiadası, Fəridə Əzizova, taekvando, idman
Əlaqədar
İdmançı xanım: "İki oğlandan birini döydüm, o biri qaçdı"
Azərbaycanlı idmançı Britaniyada idman klubu yaradıb
Azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava - şok kadrlar
Avropa çempionatında azərbaycanlı və türkiyəli idmançılara qarşı böyük haqsızlıq
Brüssel terrorunun şübhəlisi məşhur idmançının qardaşıdır
Öldürülən idmançının yaxında üçüncü övladı dünyaya gələcək
Transseksual idmançılar üçün yeni qaydalar
Transseksual idmançılarla bağlı sensasion təklif: bu, reallaşarsa...
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub - FOTO

22
UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq.

 

BAKI, 7 may — Sputnik. Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.

© Official website of President of Azerbaijan Republic
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

22
Teqlər:
İlham Əliyev, kubok, AVRO-2020
Laurel Habbard, arxiv şəkli

Transgenderlər Olimpiya oyunlarına ayaq aça bilərlər

12
(Yenilənib 08:18 07.05.2021)
Laurel Habbard 12 il əvvəl əməliyyat etdirərək cinsini dəyişdirib və kişiliklə vidalaşaraq zərif cinsin nümayəndəsinə çevrilib. İdmançı beynəlxalq yarışlarda iki qızıl və bir gümüş medala sahib olub.

BAKI, 7 may — Sputnik. Yeni Zelandiyalı ağır atlet Laurel Habbard Olimpiya oyunları tarixində yarışlarda iştirak edəcək ilk transgender (cinsini dəyişmiş insan) ola bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 43 yaşlı, əvvəllər kişi olmuş Habbard hələ Yeni Zelandiya yığmasına rəsmən daxil edilməyib. Lakin buna rəğmən Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarışlarda iştiraka dair qaydalara dəyişikliklər etdikdən sonra idmançının super-ağır çəki kateqoriyasında yarışlarda iştirakı məsələsi demək olar ki, həll olunub.

"The Guardian" məcmuəsi yazır ki, BOK hətta yumurtalıqların kəsilib götürülməsi əməliyyatı etmədən də cinsini dəyişdirən idmançılara yarışlarda iştirak etməyə icazə verib. Bunu üçün şərt olaraq son on iki ay ərzində testesteron miqdarının bir litrdə 10 nanomol həddini keçməməsidir.

Xatırladaq ki, 2019-cu ildə Habbard bir sıra ictimai təşkilatların qınaq obyektinə çevrilib. Qeyd olunub ki, hazırda faktiki qadın olmağına baxmayaraq, o kişilərə aid olan "fiziki üstünlüklərdən" istifadə edir.

Qeyd edək ki, Habbard 12 il əvvəl əməliyyat etdirərək cinsini dəyişdirib və kişiliklə vidalaşaraq zərif cinsin nümayəndəsinə çevrilib. İdmançı bundan əvvəl də ağır atletika ilə məşğul olub və beynəlxalq yarışlarda iki qızıl və bir gümüş medala sahib olub.

12

Meteohəssasları sevindirəcək proqnoz

0
(Yenilənib 11:47 10.05.2021)
Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 10 may - Sputnik. Azərbaycan ərazisində mayın 11-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 15-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi  766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55  faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər  bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər saatlarında  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  7-11 dərəcə  isti, gündüz  20-25 dərəcə  isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz  7-12 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Eləcə də oxuyun: 

Külək Goranboy sakinlərini müharibə dövrünə qaytardı - FOTO

* "Nur şəhəri" gecə boyu işıqsız qaldı - FOTO

* Umayra Tağıyeva: “Mayın 11-dən 14-dək havanın temperaturu gündən-günə yüksələcək

 

0
Teqlər:
yağış, külək, hava proqnozu