Şahmat oyunu. Arxiv şəkli

Şahmat Olimpiadasına belə hazırlıq gedir

20
(Yenilənib 18:00 04.07.2016)
Təlim-məşq toplanışına 6 şahmatçı - Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub

BAKI, 4 iyul — Sputnik. Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandası ilk təlim-məşq toplanışını başa vurub. Bu barədə Sputnik-ə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən məlumat verilib.

Təlim-məşq toplanışına 6 şahmatçı — Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub.

Qeyd edək ki, paytaxtdakı ilk hazırlıq İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilib.

20
Teqlər:
qrossmeyster, şahmatçı, Bakı Şahmat Olimpiadası, şahmat, təlim-məşq toplanışı
Əlaqədar
Azərbaycan sentyabrda şahmat dünyasının diqqətində olacaq
"Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışıdır"
Şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasına hazırlaşırlar
Əfsanəvi şahmatçı dünyasını dəyişib
Şahmatçılar bu dəfə meydançada yarışdılar
Şəhriyar Məmmədyarov yeniyetmə şahmatçıya heç-heçə təklif edib
Защитник Карабаха Аилтон Феррейра празднует забитый гол в ворота кипрского АПОЭЛ

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

24
Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

BAKI, 9 avqust - Sputnik. Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

24
İtaliya futbolunun əfsanələri: Paolo Maldini, Andrea Pirlo və Canluici Buffon

Baş məşqçi getdi, yaşasın yenisi! “Yuve” Sarriyə əvəz tapdı

18
(Yenilənib 22:33 08.08.2020)
Bundan öncə bildirilirdi ki, “Yuve” Maurusio Poçettino (eks-“Tottenhem”), Simone İndzagi (“Lasio”) və Pep Qvardiolanın (“Mançester Siti”) namizədliyini gözdən keçirir

BAKI, 8 avqust — Sputnik. Mövsümün nəticələrinə görə bu gün işdən çıxarılan baş məşqçi Maurisio Sarriyə “Yuventus” əvəz tapıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalistlər Fabrisio Romano, Canluka Di Marsio və digər insayderlər bildiriblər ki, italyan klubuna onun keçmiş yarımmüdafiəçisi Andrea Pirlo rəhbərlik edəcək.

Pirlo iyulun sonunda Turin klubunun 23 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunmuşdu.

Məşqçi karyerasında bir ilk yaşayacaq Andre Pirlonu “Yuventus”un prezidenti Andrea Anyelli özü seçib.

Klub sosial şəbəkə hesabından rəsmi olaraq Pirlonun baş məşqçi təyin olunduğunu bildirib.

Bundan öncə bildirilirdi ki, “Yuve” Maurusio Poçettino (eks-“Tottenhem”), Simone İndzagi (“Lasio”) və Pep Qvardiolanın (“Mançester Siti”) namizədliyini gözdən keçirir.

Andrea Pirlo İtaliya millisinin tərkibində 2006-cı ildə dünya çempionu olub. “İnter”, “Milan” və “Yuventus” klublarındakı oyunlarıyla məşhurlaşıb. Futbolçu karyerasını 2017-ci ilin noyabrında “Nyu-York Siti”də başa vurub.

Bildirək ki, dünən Çempionlar Liqasının 1/8 finalında “Yuventus” “Lion”a iki oyunun nəticələrinə görə (0:1, 2:1) uduzaraq yarışı tərk edib. Bu mövsüm İtaliya çempionu olmasına rəğmən klubun baş məşqçisi Maurisio Sarri bu gün vəzifəsindən azad edilib. O, “Yuve”yə 2019-cu ildə Massimilano Alleqrinin əvəzinə gəlmişdi.

18
Əlaqədar
Əfsanə futboldan getdi
Hamısı italyan olacaq - Millimizin məşqçisi qərarını verdi
“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib
Daha bir futbol fırıldağı? FİFA prezidentinə qarşı cinayət işi başlanıb
Bir də futboldan görək: Millimizin baş məşqçisindən daha bir jest