Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vidanın zərbəsi

Üç komanda Avropa çempionatının 1/4 mərhələsinə çıxdı

36

BAKI, 26 iyun — Sputnik. Avropa çempionatında 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub. 

İlk olaraq, meydana İsveçrə və Polşa milliləri çıxıblar. Olduqca gərgin mübarizəyə səhnəolan oyunda hesabı Polşa açıb. Blaşikovskinin zərbəsi dəqiq olub. İsveçrəlilər buna Şakirinin möhtəşəm qolu ilə qarşılıq verərək oyunu əlavə vaxta aparıblar. 30 dəqiqə ərzində də bərabərlik pozulmayıb və matçın qalibi penalti zərbələri ilə müəyyən olunub. Polşa futbolçuları 5 zərbəni də dəqiq yerinə yetiriblər, İsveçrədən isə yalnızca Qranit Caka qeyri-dəqiq oynayıb və komandasının məğlubiyyətinə "imza atıb". 

Günün ikinci oyunu isə Britaniya derbisi olub. B qrupunu lider olaraq tamamlayan Uels ən yaxşı üçüncülərdən biri olan Şimli İrlandiya ilə qarşılaşıb. Bu görüçün taleyini avtoqol həll edib. Epizodların birində Qaret Beylin sol cinahdan qapı ağzına ötürməsini Makolun öz qapısından keçirib. 

Gecənin son oyunu isə olduqca maraqsız keçib. Xorvatiya — Portuqaliya matçında tərəflər əsas vaxtda qapılara bir zərbə belə vura bilməyiblər. Əlavə olunmuş vaxtın sonuna 4 dəqiqə qalmış Ronaldonun zərbəsindən sonra qapıçıdan dönən topu Quaresma başla qapıdan keçirib və Portuqaliya üçüncü 1/4 finalçı olub.

Avropa çempionatı
1/8 final
25 iyun

Xorvatiya — Portuqaliya — 0:1 (əlavə vaxtda)
Qol: Quaresma, 116

Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes
Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Ehtiyat yan xətt hakimi: Gyorgi Rinq (Macarıstan)
Hakim-inspektor: Devid Ellari (İngiltərə)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Lans. "Bollar-Delelis" stadionu

Xorvatiya: 23. Daniel Subaşiç, 3. İvan Ştirniç, 4. İvan Perisiç, 5. Vedran Çorluka (9. Andre Kramariç, 120), 7. İvan Rakitiç (20. Marko Pyaça, 110), 10. Luka Modriç, 11. Dario Srna (k), 14. Marselo Brozoviç, 17. Mario Mancukiç (16. Nikola Kaliniç, 88), 19. Milan Badelj, 21. Domoqoy Vida
Ehtiyat oyunçular: 1. İvan Vargiç, 2. Sime Versaliko, 6. Tin Yedvay, 12. Lovre Kaliniç, 13. Qordon Şildenfeld, 8. Mateo Kovaçiç, 15. Marko Roq, 18. Ante Çoriç, 22. Duje Çop



Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 5. Rafael Gerrero, 7. Kristiano Ronaldo, 10. Joa Mario (20. Rikardo Quaresma, 87), 14. Villiam Karvalyo, 15. Andre Qomes (16. Renato Sançes, 50), 17. Nani, 21. Sedrik, 23. Adrien Silva (13. Danilo, 108)
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 6. Rikardo Karvalyo, 8. Joa Moutinyo, 9. Eder, 11. Vierinya, 18. Rafa Silva, 19. Eliseu

İsveçrə — Polşa — 1:1 (penaltilər: 4:5)
Qollar: Şakiri, 83 — Blaşikovski, 39

Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)
Sent-Etyenn. "Joffrua Qişar" stadionu

İsveçrə: 1. Yann Sommer, 2. Stefan Lixtştayner (k), 9. Haris Seferoviç, 10. Qranit Xaka, 11. Valon Behrami (16. Qelson Fernandes, 77), 13. Rikardo Rodriges, 15. Blerim Dzemaili (7. Bril Embolo, 58), 18. Admir Mehmedi (19. Ərən Dərdiyok, 70), 20. Yohan Curu, 22. Fabian Şyer, 23. Xerdan Şaqiri
Ehtiyat oyunçular: 3. François Mubandje, 4. Niko Elvedi, 5. Stiv von Bergen, 6. Mikael Lanq, 8. Fabian Fray, 12. Marvin Hits, 14. Denis Zakaria, 17. Şani Taraşay, 21. Roman Bürki
Baş məşqçi: Vladimir Petkoviç

Polşa: 22. Lukas Fabianski, 2. Mixal Pazdan, 3. Artur Yedrzeyçik, 5. Kristof Maçzinski (6. Tomas Yodlovyeç, 101), 7. Arkadius Milik, 9. Robert Levandovski (k), 10. Qrzeqorz Kriçovyak, 11. Kamil Qrosiçki (17. Slavomir Peşko, 104), 15. Kamil Qlik, 16. Yakub Blaşikovski, 20. Lukas Pişek
Ehtiyat oyunçular: 1. Voyçex Şesnı, 8. Karol Linetti, 12. Artur Boruç, 13. Marius Stepinski, 14. Yakub Vavrzinyak, 18. Bartos Salamon, 19. Pyotr Zelinski, 23. Filip Starzinski
Baş məşqçi: Adam Navalka

Uels — Şimali İrlandiya — 1:0
Qol: Makoli, 75 (öz qapısına)

Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mellarki, Stefen Kild
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Feliks Brix (Almaniya)
Ehtiyat yan xətt hakimi: Mark Borş (Almaniya)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)
Paris. "Stad de Frans"

Uels: 1. Ueyn Hennessi (q), 2. Krin Qanter, 3. Neyl Teylor, 4. Ben Deyvis, 5. Ceyms Çester, 6. Eşli Uilyams (k), 7. Co Allen, 10. Aron Remsi, 11. Qaret Beyl, 16. Co Ledli (20. Conatan Uilyams, 63), 18. Sem Vouks (9. Hal Robson-Kanu, 55)
Ehtiyat oyunçular: 12. Oveyn Fon Uilyams (q), 8. Endi Kinq, 21. Denni Uard (q), 13. Corc Uilyams, 14. Devid Eduards, 15. Cazz Riçards, 17. Devid Kotterill, 19. Ceyms Kollins, 22. Devid Vuqan, 23. Saymon Çerç
Baş məşqçi: Kris Koulman

Şimali İrlandiya: 1. Mixail Makqovern, 4. Qaret Makauli (21. Coş Makgeniş, 84), 5. Coni Evans, 8. Stiven Deyvis, 10. Kayl Lafferti, 13. Korri Evans, 14. Stüart Dallas, 16. Oliver Norvud (7. Neyl Makgin, 79), 18. Aaron Hyuz, 19. Ceymi Vard (11. Konor Vaşinqton, 69), 20. Kreyq Koçart
Ehtiyat oyunçular: 12. Roy Kerol (q), 23. Alan Mannus (q), 2. Konor Maklaflin, 3. Şeyn Ferqüsson, 6. Kris Beyrd, 9. Vill Qrik, 17. Peddi Makneyr, 15. Luk Makkoluq, 22. Lii Hodson
Baş məşqçi: Maykl Oni

36
Teqlər:
Portuqaliya, Avropa çempionatı, Uels, İsveçrə, Xorvatiya, Polşa, Şimali İrlandiya, futbol
Əlaqədar
İslandiya və Macarıstan Avropa çempionatında heç-heçə oynayıblar
Azərbaycanlılardan Avropa futbol çempionatına dair maraqlı proqnozlar
Avropa çempionatında Polşa Şimali İrlandiyaya qalib gəldi
Türkiyə Avropa çempionatına məğlubiyyətlə başladı
Fransa çempionata qələbə ilə başladı
Futbol üzrə Avropa çempionatı başlayır